"Zəngəzur dəhlizi Bakı-Ankara oxunun strateji layihəsidir və bu layihə artıq geri dönməz mərhələyə keçib" - AÇIQLAMA
Türkiyə Zəngəzur dəhlizinin Azərbaycanın da istədiyi kimi reallaşacağını görməyi arzulayır.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.
O qeyd edib ki, bu dəhliz böyük strateji mənzərədə Orta Dəhliz, daha regional aspektdən isə Azərbaycanın digər bölgələrinin Naxçıvanla birləşməsi baxımından vacibdir:
"Türkiyənin artıq Orta Dəhliz üzərindən Türk dünyasına, Mərkəzi Asiyaya açılması faydalıdır. Bunun üzərində işləyirik. Ermənistan XİN başçısı ABŞ-də olanda bir sənəd yayımlandı və onlar bunu TRIPP adlandırırlar, biz isə Zəngəzur dəhlizi deyirik. Həmin sənədi çox analiz etdik. Həmin sənədlə bağlı azərbaycanlı həmkarım Ceyhun Bayramovla iki saata yaxın müzakirə apardıq, Azərbaycanın necə baxdığını öyrəndik. Çünki onların perspektivi önəmlidir. Prezidentimizə də bu barədə məlumat verdik".
"Zəngəzur dəhlizi Bakı-Ankara oxunun strateji layihəsidir və bu layihə artıq geri dönməz mərhələyə keçib", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Hakan Fidanın dedikləri diplomatik nəzakət dili ilə deyilmiş geosiyasi mesajdır - Türkiyə bu dəhlizi sadəcə istəmir, onu regional nizamın sütunu kimi qəbul edir.
Azərbaycan üçün Zəngəzur Naxçıvana gedən yol deyil, dövlətin ərazi və iqtisadi bütövlüyünün tamamlanmasıdır. 30 illik blokadanın faktiki olaraq aradan qalxması, Türk dünyası ilə birbaşa bağlantı, Orta Dəhliz üzərindən Asiya-Avropa ticarətinə çıxış - bunların hamısı Bakını Cənubi Qafqazın nəqliyyat və logistika mərkəzinə çevirir. Bu, Ermənistanın yox, Azərbaycanın yaratdığı yeni reallıqdır.
Türkiyə baxımından isə məsələ daha böyükdür. Zəngəzur dəhlizi Ankaranın türk dünyasına quru körpüsü, Orta Asiyaya açılan strateji arteriyasıdır. Bu yol açıldıqda Türkiyə təkcə Qara dəniz və Aralıq dənizi dövləti yox, Avrasiya miqyasında tranzit gücə çevrilir. Tarix boyu kim ticarət yollarına nəzarət edib, siyasi təsir də onun əlində olub - bu qayda dəyişməyib.
ABŞ-ın ortaya atdığı TRIPP kimi alternativ adlandırmalar isə mahiyyəti dəyişmir. Bu, Zəngəzuru beynəlxalqlaşdırmaq cəhdidir. Amma Bakı və Ankara üçün əsas prinsip bəllidir: dəhliz açılacaq, amma nəzarət Azərbaycan suverenliyi və Türkiyə ilə strateji tərəfdaşlıq çərçivəsində olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə