Qobustan Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib

Qobustan Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilibQobustan Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirildi.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Milli Məclisin deputatı Şahin Seyidzadə, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ağsaqqallar və rayon ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə tər çiçək dəstələri qoydular.
Hesabat yığıncağında əvvəlcə Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ölkə başçısının yürütdüyü uzaqgörən, qətiyyətli siyasət nəticəsində Azərbaycanın qazandığı tarixi qələbələrdən, ölkəmizdə mövcud ictimai-siyasi sabitlikdən, Azərbaycanın sosial-iqtisadi inkişafından, insanların rifah halının yaxşılaşmasından, hüquq və azadlıqlarının təmin olunmasından və beynəlxalq aləmdə qazanılan uğurlarından danışdı. A.Məmmədov qeyd etmişdir ki, ölkəmizin hər yerində olduğu kimi Qobustan rayonunda da 2025-ci il uğurlu il kimi yadda qalmışdır.
Rayonda sosial problemlərin demək olar ki, hamısı ötən dövr ərzində həllini tapmışdır. Hesabat dövründə İcra Hakimiyyəti tərəfindən 3 km uzunluqda Şıxzahırlı kənd yoluna və eyni zamanda Qobustan şəhərində 12920 kv.m asfalt yol çəkilmişdir. Xüsusilə qeyd olunmuşdur ki, hazırda rayon əhalisinin 95,2 faizinin yaşadığı 24 yaşayış məntəqəsi asfalt yollar üzərində yerləşir.Əhali şəxsi təşəbbüs göstərərək şəxsi vəsaitləri hesabına kənddaxili yolları asfaltlamış və hazırda 37 faiz kənddaxili yollar asfalt örtüklüdür.

Yaponiyanın Azərbaycandakı Səfirliyi ilə bələdiyyə əsasında bağlanmış sazişə uyğun olaraq Qurbançı və Ərəbşahverdi kəndinin içməli su təminatı yaxşılaşdırılmışdır. Qobustan bələdiyyəsi tərəfindən qazılmış və lahiyəyə əlavə qoşulmuş artezian quyusu isə uzun illər mövcud olmuş Qurbançı və Ərəbşahverdi kənd sakinlərinin içməli su problemini birdəfəlik həll etmişdir.

Qobustan bələdiyyəsi və İcra Hakimiyyətinin birgə səyi ilə Qaracüzlü kəndinə internet verilməsi təmin olunmuş, Qobustan rayonunda internetə əlçatanlıq 100 faiz olmuşdur.

Rayonda 2025-ci ildə abadlıq, tikinti, quruculuq işləri davam etdirilmişdir. Cəyirli kəndində kəndin təmiz saxlanılması istiqamətində gözəl təşəbbüs irəli sürülmüş, hər bir ev üçün şəxsi vəsait hesabına 240 ədəd urna alınmışdır.

Ərəbşalbaş kəndində kənd sakininin təşəbbüsü ilə müasir tibb məntəqəsi tikilib istifadəyə verilmişdir. Cəyirli kəndində bələdiyyənin təşəbbüsü ilə bələdiyyə və tibb məntəqəsi üçün inzibati bina inşa edilmişdir.

Poladlı, Təklə Mirzəbaba kəndlərində bələdiyyə və nümayəndəlik işçiləri təşəbbüs göstərərək inzibati binalar inşa etmişlər.
Ərəbqədim və Göydərə kəndlərində vətəndaşların təşəbbüsü və bələdiyyənin yaxından iştirakı ilə küçələrin işıqlandırılması həyata keçirilmişdir. Qobustan bələdiyyəsi tərəfindən hər iki kənddə park salınması işlərinə başlanılmışdır.

2025-ci ildə Rayon İcra Hakimiyyəti tərəfindən təmizlik və abadlıq işlərinin görülməsi üçün 1 ədəd yükləyici ekskovator, yaşıllıq sahələrinə xidmət üçün 1 ədəd şum traktoru alınmışdır.

Meşə təsərrüfatı ayrılarkən suvarma sisteminin 70 faizi yararsız vəziyyətdə olmuşdur. 2024-cü ildə 100,0 min metr, 2025-ci ildə isə 140,0 min metr suvarma borusu və aksesuarları alınmış, suvarma sistemlərinin 30 faizə yaxını yenidən bərpa edilmişdir. Bu istiqamətdə işlər davam etdiriləcəkdir.

2025-ci ildə Qobustan şəhərinin girişində 2 ha ərazidə yeni yaşıllıq zonası salınmış, suvarma sistemi çəkilmiş, müasir yaşıl hasarla mühafizəsi təmin edilmişdir. Eyni zamanda şəhərin girişində həmişəyaşıl ağaclar və meyvə ağacları əkilmişdir. Bu il həmin ağacların damcı üsulu ilə suvarılmasının təmin edilməsi məqsədilə 2 ədəd 10 tonluq plastik su çəni alınmışdır.

2025-ci ildə Qobustan şəhərində küçələrə ünvan lövhələrinin və evlərə nömrələrin vurulması işləri həyata keçirilmişdir.

Qobustan şəhərinin Röyal Qaçayev və digər küçələrində günəş paneli ilə qidalanan 50 ədəd işıqlandırma dirəyi quraşdırılmışdır.

Hesabat dövründə Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən ümumi dəyəri 522 946,0 manat olan 12 satınalma həyata keçirilmiş, yüksək rəqabət və şəffaflıq nəticəsində 427249,0 manatlıq mal, iş və xidmətlərə görə müqavilə bağlanmış, 95697,0 manat vəsaitə qənaət edilmişdir.

Ümumilikdə 2025-ci il üçün rayonun gəlirləri 6 649 000,0 manat proqnozlaşdırılmış, 6 959 114,0 manat və ya 104,7 faiz icra edilmişdir.

Qobustan rayonunun yerli xərcləri 2025-ci ildə 4 573 000,0 manat nəzərdə tutulmuş, 3983146,0 manat icra edilmiş, 589854,0 manat vəsaitə qənaət olunmuşdur.

Rayonun bütün kəndlərində yaşıllıqların salınmasına xüsusi diqqət göstərildiyi qeyd edilərək bildirilmişdir ki, 2025-ci "Konstitusiya və Suverenlik ili" çərçivəsində ərazi nümayəndəlikləri tərəfindən 6100-dən artıq müxtəlif növ ağac əkilmişdir. Qobustan Rayon İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilatlar tərəfindən Zəfərimizin 5-ci ildönümündə və digər ağacəkmə aksiyalarında Qobustan rayonu ərazisində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 14000-dən çox ağac əkilmişdir.Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl Marafon" kütləvi ağacəkmə kampaniyası çərçivəsində Qobustan rayonunun Təklə kəndi ərazisində IDEA könüllüləri tərəfindən 500-dən çox Eldar şamı əkilib.

Məruzədə qeyd edilmişdir ki, kənd təsərrüfatı rayonu olan Qobustanda ötən il 30041,6 ha sahədən 72083,0 ton məhsul istehsal edilmişdir ki, bunun da 34400,0 tonunu buğda təşkil edir. 2026-cı ilin məhsulu üçün hazırkı dövrədək 30904 ha sahədə əkin aparılmışdır ki, bunun 13400 hektarını buğda, 17504 hektarını isə arpa əkinləri təşkil edir. İlin əlverişli olması, davam edən mübarizə tədbirlərinə istinadən bildirilmişdir ki, 2026-cı ildə 80,0 min tona yaxın yüksək keyfiyyətli taxıl əldə ediləcəkdir.

2025-ci ildə rayonda kartof istehsalı 0,4 faiz artaraq 720 tona, noxud istehsalı 3,9 faiz artaraq 403,0 tona, meyvə və giləmeyvələr üzrə artım 15,2 faiz təşkil etmişdir. Xüsusilə 2025-ci ildə Yekəxana və Poladlı kəndlərində 1500,0 tona yaxın nar istehsal olunduğu vurğulanmışdır.

Rayonda şəhid ailələri və qazilər, eyni zamanda aztəminatlı ailələrin daim diqqətdə saxlanıldığını qeyd edən məruzəçi 2025-ci ildə Vətən müharibəsi şəhidlərinin anım günlərinin keçirilməsi ərəfəsində Vətən müharibəsində övladları şəhid olmuş 17 ailənin hər birinə 500 manat, Zəfər bayramı ərəfəsində isə həm birinci Qarabağ, həm Vətən müharibəsində əlil olmuş şəxslərin hər birinə 100 manat, şəhid ailələrinə isə 300 manat maddi yardım verilmişdir. 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhid analarının və şəhid xanımlarının hər birinə 200 manat maddi yardım verilmişdir. Eyni zamanda əlamətdar bayram günlərində də şəhid ailələrinə maddi yardımlar göstərilmişdir. Ümumilikdə isə hesabat dövründə şəhid ailələri və qazilərə 81,0 min manat maddi yardım göstərilmişdir.

2025-ci ilin Novruz bayramı, Qurban bayramı, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında 230 nəfər aztəminatlı ailənin hər birinə 100 manat maddi yardım göstərildiyi, bütün yardımların 60 faizindən çoxunun İcra Hakimiyyətinin büdcədənkənar vəsaitləri hesabına aparıldığı bildirilmişdir.

Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Milli Məclisin deputatı Şahin Seyidzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən danışaraq, son illər həyata keçirilən sistemli islahatların, strateji layihələrin və diplomatik təşəbbüslərin qarşıdakı illərdə daha geniş hədəflərin müəyyən olunmasına imkan verdiyini qeyd ediblər. Digər çıxış edənlər rayonumuzda görülən işləri, sosial infrastrukturun yenilənməsini, yeni iş yerlərinin açılması istiqamətində mühüm işlər görüldüyünü vurğulayaraq bütün bunlara görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Daha sonra yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 245   Tarix: 15 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Son üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı

Azərbaycanda son 3 ildə nikaha girdiyinə görə ərinin də soyadını götürərək ikili soyad daşıyan qadınların sayı açıqlanıb. "Yeni Sabah"a istinadla bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, 2024-2026-cı illərdə həm kişilərin, həm də qadınların soyad seçim

5 may
.

Şəhid atası vəfat etdi

Vətən müharibəsi şəhidi Nemət Məmmədovun atası Faxrəddin Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, mərhumun bir müddət imiş ki, səhhəti ilə bağlı problemləri ortaya çıxıbmış. Məlumat üçün bildirək ki, Vətən müharibəsi şəhidi Nemət Məmmədov Cəbrayıl və Qubadlının azad olunması istiqamətind

6 may
.

"Son iki ildə inhisarçılıq dahada güclənib" - vəkil Əkrəm Həsənovla MÜSAHİBƏ

Son iki ildə inhisarçılıq dahada güclənib. Səbəb odur ki, nədənsə Rəqabət Məcəlləsi çox gec qəbul olundu. Deməli kimlərsə maraqlı idiki bu məcəllə gec qəbul olunsun". Bu sözləri BİG.AZ-a müsahibəsində vəkil Əkrəm Həsənov bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləyə bilərsiniz:. Müəllif

6 may
.

Sabah 23 dərəcə isti gözlənilir

Azərbaycanda mayın 7-də 23 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il

6 may
.

Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin qəbirüstü abidəsi 40 mərasimdən sonra qoyulacaq. Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov deyib. O, Rasim Balayevin qəbirüstü abidəsinin dövlət tərəfindən hazırlanacağın

5 may
.

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb. bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir. Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölk

6 may
.

Naxçıvanda daha bir həkim öldü

Naxçıvanda həkim-infeksionist Abdulla Babayev vəfat edib. xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb. Onun hansı səbəbdən ölməsi məlum deyil. * 13:20. Naxçıvanda qastroenteroloq-endoskopist Paşa Rəcəblinin vəfat edib. xəbər verir ki, bu barədə Naxçıvan Muxta

6 may
.

18 may tarixində bölgələrdən Bakıya gələn bu yol müvəqqəti bağlana bilər

WUF13 zamanı bölgələrdən Bakıya gələn nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət nəzərdə tutulmur. xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi polis polkovniki Namidan Piriyev deyib. Onun sözlərinə görə

5 may
.

İranda "İsa Məsih" TUTULDU

İranda özünü "İsa Məsih" adlandıran şəxs saxlanılıb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Yəzd əyalətində xristianlığı qəbul edən üç nəfər həbs edilib. Məlumata görə, saxlanılan şəxslər "ev kilsəsi yaratmaq" və "xristianlığı təbliğ etmək"də ittiha

6 may