"Dövlət Proqramı ilə suyun fasiləsiz verilməsi təmin edilərək əhalinin həyat keyfiyyəti yüksəldiləcək" - DEPUTAT

"Dövlət Proqramı ilə suyun fasiləsiz verilməsi təmin edilərək əhalinin həyat keyfiyyəti yüksəldiləcək" - DEPUTAT"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 12 yanvar 2026-cı il tarixdə təsdiqlənmiş 2026-2035-ci illər üçün "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı" ölkənin su təminatı və kommunal infrastruktur siyasətində önəmli dönüş nöqtəsidir".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Dövlət Proqramının əsas məqsədi su təchizatı, yağış suları və tullantı suları infrastrukturunun bütünlüklə yenilənməsi və təkmilləşdirilməsidir:

"Bu çərçivədə əsas hədəflər - Baku və Abşeron yarımadasında dayanıqlı və fasiləsiz içməli su təchizatını təmin etmək, yağış suları sistemlərinin modernləşdirilməsi ilə leysan və şiddətli yağış nəticəsində baş verə biləcək subasma risklərini azaltmaq, tullantı sularının toplanması və təmizlənməsi sistemlərini yeniləyərək ətraf mühitin qorunmasına töhfə vermək və su itkilərini azaltmaq və müasir nəzarət sistemləri vasitəsilə resursların idarə olunmasını optimallaşdırmaqdır.

Dövlət Proqramı paytaxt Bakı, Abşeron yarımadası, eləcə də Sumqayıt və bir çox ətraf kənd-qəsəbəni əhatə edir və 2035-ci ilə qədər icra olunmalıdır. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına. Proqram çox geniş və çox konkretdir.

Proqramın icrası nəticəsində 30-a yaxın yeni su anbarları tikilməlidir, həmçinin sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq.

Qeyd olunan Dövlət proqramının bir çox strateji əhəmiyyəti vardır. Belə ki, Azərbaycanın böyük şəhərlərində, xüsusilə Bakı və Abşeron yarımadasında əhali sayı və sənaye fəaliyyətinin artması su tələbatını kəskin şəkildə yüksəldir. Bu səbəbdən ölkənin davamlı inkişaf perspektivində su təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Dövlət Proqramı ilə suyun fasiləsiz verilməsi təmin edilərək əhalinin həyat keyfiyyəti yüksəldiləcəkdir.

Həmçinin, Proqram su təminatının gücləndirilməsi ilə birbaşa olaraq sosial rifahın yüksəldilməsinə və iqtisadi artıma dəstək verəcəkdir. Keyfiyyətli və etibarlı içməli su şəhərətrafı və kənd ərazilərində yaşayanlar üçün həyat səviyyəsini yüksəldir, eyni zamanda sənaye və tikinti sektorlarında fəaliyyət üçün əlverişli mühit yaradır. Tullantı sularının tam şəkildə toplanıb müasir standartlara uyğun təmizlənməsi Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşmasına töhfə verəcəkdir. Bundan başqa, yağış suları sistemlərinin təkmilləşdirilməsi subasma və eroziya risklərini azaldacaq ki, bu da şəhər infrastrukturunun davamlılığını artırır".

Deputat onu da vurğuladı ki, içməli su və suvarma layihələri də hər zaman insanları narahat edən ən ciddi məsələlərdən biri idi:

"Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Ölkəmizdə son 20 il ərzində dörd böyük su anbarı inşa edilmiş və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edilir. Son 5 il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. "Sərsəng" su anbarı nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Bu gün isə "Suqovuşan" su anbarı, "Sərsəng" su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda "Köndələnçay" - 3 su anbarı və Ağdam rayonunda "Xaçınçay" su anbarı yenidən qurulub.

Beləliklə, 2026-2035-ci illər üçün "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı" Azərbaycanın ölkə miqyaslı infrastruktur siyasətində əsaslı dönüşdür. Su təminatının davamlılığını təmin etməklə, ətraf mühitin qorunmasını gücləndirərək, sosial rifahı yüksəldərək və iqtisadi inkişafı dəstəkləyərək, proqram ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm sütunlarından biridir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1051   Tarix: 15 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın inkişaf yolu, tarixi Zəfəri və yeni geosiyasi reallıqları

2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən ötən 23 il ərzində Azərbaycan dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət və ərazi bütövlüyünün təmin olunmas

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr