"Prezident İlham Əliyevin təqdim etdiyi Dövlət Proqramı ölkənin su strategiyasında yeni, daha dayanıqlı mərhələnin əsasını qoyur" - DEPUTAT

"Prezident İlham Əliyevin təqdim etdiyi Dövlət Proqramı ölkənin su strategiyasında yeni, daha dayanıqlı mərhələnin əsasını qoyur" - DEPUTAT"Prezident İlham Əliyevin sədrliyi ilə 12 yanvar tarixində keçirilmiş "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"na həsr olunan müşavirə müasir Azərbaycan dövlətinin infrastruktur siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər", - bunu Sonxeber.az -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:

"Dövlət başçısının çıxışı yalnız konkret bir proqramın təqdimatı deyil, son iyirmi ildə həyata keçirilmiş genişmiqyaslı infrastruktur islahatlarının məntiqi yekunu və növbəti onillik üçün strateji yol xəritəsidir. Son illər ərzində Azərbaycanda icra olunmuş regional inkişaf proqramları ölkənin sosial-iqtisadi həyatında köklü dəyişikliklərə səbəb olmuşdur. Beşillik dövrləri əhatə edən bu proqramlar nəticəsində elektrik enerjisi, qazlaşma, yol infrastrukturu, su təchizatı kimi əsas sahələrdə uzun illər mövcud olmuş problemlər mərhələli şəkildə aradan qaldırılmışdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan enerji generasiya gücü baxımından tələbatını tam ödəməklə yanaşı, artıq ixracatçı ölkəyə çevrilmişdir. Vaxtilə enerji qıtlığı yaşayan, hətta elektrik enerjisini idxal edən ölkənin bu gün regionun enerji təhlükəsizliyinə töhfə verən aktora çevrilməsi ardıcıl və uzaqgörən siyasətin nəticəsidir. Eyni uğurlu yanaşma qaz təchizatı sahəsində də özünü göstərir. Əhalinin 96 faizinin təbii qazla təmin olunması təkcə sosial rifah göstəricisi deyil, həm də milli enerji təhlükəsizliyinin möhkəmləndirilməsidir. Azərbaycan bu gün qaz ixrac edən, onlarla ölkənin enerji balansında mühüm yer tutan dövlətdir. Bu fakt, daxili infrastrukturun gücləndirilməsi ilə xarici iqtisadi strategiyanın vəhdət təşkil etdiyini göstərir. Avtomobil yollarının inşası və yenidən qurulması sahəsində görülən işlər də regional inkişafın mühüm dayağıdır. Magistral və kənd yollarının, körpülərin, tunellərin tikintisi ölkənin vahid iqtisadi məkan kimi formalaşmasına xidmət edir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə paralel şəkildə həyata keçirilən enerji, su, yol və kommunikasiya layihələri bu torpaqların qısa müddətdə dirçəldilməsinə imkan yaradır. Su təhlükəsizliyi məsələsi Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutur. Son iyirmi ildə dörd iri su anbarının inşa edilməsi, onların ümumi potensialının 500 milyon kubmetrdən artıq olması ölkənin həm içməli su, həm də suvarma ehtiyaclarının təminatında həlledici rol oynayır. "Taxtakörpü" və "Şəmkirçay" su anbarları kimi strateji obyektlər tikilməsəydi, bu gün Bakı və qərb bölgələrinin su təchizatı ciddi risk altında ola bilərdi. Eyni zamanda, "Ceyranbatan" su anbarının tam yenidən qurulması və müasir təmizləyici qurğularla təchiz edilməsi paytaxtın dayanıqlı su təminatının əsas sütunlarından biridir. İşğal dövründə Ermənistan tərəfindən həyata keçirilmiş su terroru faktları Prezident İlham Əliyevin çıxışında açıq şəkildə ifadə olunmuşdur. "Sərsəng" və "Suqovuşan" su anbarlarının sudan siyasi və ekoloji silah kimi istifadəsi region üçün ağır nəticələr doğurmuşdur. Bu gün həmin anbarların yenidən qurulması, Füzuli, Ağdam, Laçın və digər rayonlarda su infrastrukturunun bərpası Azərbaycanın suverenliyinin real məzmunla doldurulduğunu göstərir. Dövlət Proqramının əsas hədəflərindən biri Bakı şəhəri, Sumqayıt və Abşeron rayonunun dayanıqlı içməli su ilə təmin edilməsidir. 2035-ci ilə qədər icra olunacaq proqramın genişmiqyaslı olması onun uzunmüddətli və sistemli yanaşma üzərində qurulduğunu sübut edir. Maliyyələşmənin həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına həyata keçirilməsi Azərbaycanın sağlam fiskal mövqeyindən irəli gəlir. Xarici borcun ÜDM-ə nisbətdə aşağı səviyyədə olması ölkəyə əlavə maliyyə imkanları açır. Proqram çərçivəsində 30-a yaxın yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması, fasiləsiz içməli su ilə təmin olunan əhalinin payının 95 faizə yüksəldilməsi nəzərdə tutulur. Su itkilərinin hazırkı 40-45 faiz səviyyəsindən kəskin azaldılması da əsas prioritetlərdəndir. Bu, mövcud resurslardan daha səmərəli istifadəyə şərait yaradacaq. Yağış sularının idarə olunması və kanalizasiya sistemlərinin genişləndirilməsi Bakı üçün həyati əhəmiyyət daşıyır. 30 küçədə yeni kollektor şəbəkəsinin qurulması, əhalinin 95 faizinin kanalizasiya xidməti ilə əhatə olunması şəhər infrastrukturunun dayanıqlığını artıracaq. Eyni zamanda, dənizə buraxılan suların tam təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi Xəzər dənizinin ekoloji mühafizəsinə xidmət edəcək. Abşeron yarımadasında ilk dəfə duzsuzlaşdırma zavodunun tikilməsi isə innovativ yanaşmanın bariz nümunəsidir. Xarici investisiyalar hesabına həyata keçiriləcək bu layihə Bakının su mənbələrinin şaxələndirilməsinə, su təhlükəsizliyinin möhkəmləndirilməsinə imkan verəcək. Beləliklə, Prezident İlham Əliyevin təqdim etdiyi Dövlət Proqramı ölkənin su strategiyasında yeni, daha dayanıqlı və çevik mərhələnin əsasını qoyur"


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 751   Tarix: 16 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın inkişaf yolu, tarixi Zəfəri və yeni geosiyasi reallıqları

2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən ötən 23 il ərzində Azərbaycan dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət və ərazi bütövlüyünün təmin olunmas

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr