Bakıda əmlak qiymətlərində YENİ REKORDLAR: Bir kvadratmetr üçün 17 550 manat təklif olunur
Bakı şəhərinin bəzi küçələrində mənzillərin bir kvadratmetri 17 min manatdan baha təklif olunur. Məsələn, Nəsimi rayonu, Neftçilər prospektində bir mənzilin 1 kvadratmetri 17 550 manatadır.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtda mənzil sahibi olmaq istəyənlər üçün ən bahalı ünvanlar məlum olub. Qiymətləndiricilər Cəmiyyətinin araşdırmasına görə, siyahıya Nəsimi rayonu, Neftçilər prospekti başçılıq edir. Burada bir kvadratmetr üçün tələb olunan məbləğ, orta statistik mənzil qiymətini dəfələrlə üstələyir.
Qiymətlər onu deməyə əsas verir ki, Səbail, Nəsimi və Yasamal rayonları bahalı mənzil reytinqində üstünlüyünü qoruyur. Məsələn, Üzeyir Hacıbəyli küçəsində qiymət 14 min manatdan çoxdur, Ağ şəhər layihəsində isə bu rəqəm 8 min manatı keçir. İstiqlaliyyət, Əhməd Cavad və Əziz Əliyev kimi tarixi küçələrdə isə mənzillərin bir kvadratmetrinin qiyməti 4-5 min manat arasında dəyişir. Bəs qiymətlərdə bu qədər artıma səbəb nədir?
Ekspertlər bildirirlər ki, bu ərazilərdə mənzillərə tələbin yüksək olması və investisiya maraqları da qiymət artımının əsas səbəblərindəndir. Paytaxtın mərkəzində mənzil almaq yalnız yaşayış üçün deyil, həm də gələcəkdə böyük qazanc əldə etməyi vəd edən investisiya hesab edilir. Bundan əlavə, burada ev alıb yüksək qiymətə kirayə verənlər də mövcuddur. İnfrastruktur genişləndikcə, həmin küçələrdə qiymət artımının bu il də davam edəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 967 Tarix: 19 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrÜç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
10 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr