"Ermənistanın yolları açılacaq, o, tariflərdən faydalar qazanacaq"
"Bizim Avropa İttifaqının "Qlobal Qapılar" adlanan layihəsi haqqında məlumatımız var. Bu layihə Avropanı Mərkəzi Asiya ilə birləşdirəcək və əlbəttə ki, Azərbaycan burada önəmli rol oynayır".
"Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda "Euronews" telekanalının təşkil etdiyi "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
"Bu vaxtadək biz əsasən öz nəqliyyat infrastrukturumuza - dəniz limanlarına, hava limanlarına, dəmir yollarına, magistrallara sərmayə yatırmağa nail olmuşuq. Beləliklə demək olar ki, hər bir şey artıq hazırdır. Lakin yüklərin həcmi o qədər sürətlə böyüyür ki, biz Dəniz Limanımızın ötürmə qabiliyyətini artırmaq qərarına gəldik. Beləliklə, nəqliyyat əlaqələri, o cümlədən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsi, həmçinin Ermənistanı da Mərkəzi Asiyanın daha geniş regional nəqliyyat şəbəkəsinə daxil edəcək, sülh işinə töhfə verəcək. Çünki Ermənistanın yolları açılacaq, o, tariflərdən faydalar qazanacaq, daha geniş beynəlxalq əməkdaşlıqda iştirak edəcək. Onlar artıq faydaları görürlər, çünki Ermənistanla sülhə nail olduqdan sonra Azərbaycan yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb və Azərbaycanın ərazisindən Ermənistana gedən, Qazaxıstandan və Rusiyadan gələn ilk yüklər artıq göndərilib. Bundan əlavə, biz Ermənistana onların əldə edə biləcəyi qiymətdən çox ucuz olan mühüm neft məhsullarını təchiz etməyə başlamışıq. Bütün bu məsələlər bir-birinə bağlıdır - nəqliyyat əlaqələri, qonşularla yaxşı münasibətlər, sülh, yəqinlik və qarşılıqlı maraq", - dövlət başçısı əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə