"ABŞ-nin İran tərəfi ilə münasibətləri sanksiyalar, regional qarşıdurmalar və qarşılıqlı ittihamlar fonunda həssas mərhələdədir"- AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp ünvanına yönələn təhdidlərin davam edəcəyi təqdirdə İrana qarşı sərt cavab veriləcəyini bəyan edib.
Tramp bu barədə "NewsNation" telekanalının aparıcısının İranın ona təhdidlər ünvanladığı ilə bağlı fikirlərini şərh edərkən danışıb.
"Onlar bunu etməməlidirlər, amma mən xəbərdarlıq etdim. Əgər nəsə baş verərsə, bütün ölkə havaya sovrulacaq. Mənim çox aydın göstərişlərim var, nəsə baş versə, onlar yer üzündən silinəcəklər", - o deyib.
"ABŞ prezidentinin mümkün sui-qəsd təhlükəsi fonunda səsləndirdiyi bu cür sərt bəyanatlar beynəlxalq hüquq və diplomatik praktika baxımından emosional yox, normativ çərçivədə qiymətləndirilməlidir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Dövlət başçılarının təhlükəsizliyi beynəlxalq hüquqda tanınan legitim məsələdir və hər bir dövlət öz liderinin qorunmasını milli təhlükəsizlik prioriteti kimi təqdim edə bilər. Lakin bu təhlükənin qarşı tərəfə yönəlik açıq məhvetmə ritorikası ilə ifadə olunması hüquqi və diplomatik baxımdan mübahisəli məqamlar yaradır.
BMT Nizamnaməsinin əsas prinsiplərinə görə, dövlətlər beynəlxalq münasibətlərdə güc tətbiqi və ya güc hədəsindən çəkinməlidirlər. Trampın açıqlaması birbaşa hərbi əməliyyat elan etməsə də, "ölkənin tam məhvi" kimi ifadələr preventiv güc tətbiqi ritorikasına yaxınlaşır. Beynəlxalq hüquq isə yalnız real, qaçılmaz və sübut edilə bilən təhlükə halında özünümüdafiə hüququnun istifadəsini legitim sayır. Potensial və ya ehtimal xarakterli sui-qəsd iddiaları bu meyarların hamısını avtomatik şəkildə təmin etmir.
Diplomatik praktikada belə bəyanatlar daha çox siyasi təzyiq aləti kimi qiymətləndirilir. ABŞ rəhbərliyi bu cür açıqlamalarla həm daxili auditoriyaya güclü lider obrazı təqdim edir, həm də qarşı tərəfi çəkindirici psixoloji təsir altına almağa çalışır. Bununla belə, bu ritorika gərginliyin azaldılmasına deyil, daha çox qarşılıqlı etimadsızlığın dərinləşməsinə xidmət edir və diplomatik kanalların daralması riskini artırır.
İran tərəfi ilə münasibətlər onsuz da sanksiyalar, regional qarşıdurmalar və qarşılıqlı ittihamlar fonunda həssas mərhələdədir. Belə bir kontekstdə maksimalist ifadələr beynəlxalq hüquqi müstəvidə konkret mexanizm yaratmır, əksinə, siyasi mövqelərin daha da sərtləşməsinə gətirib çıxara bilər. Nəticə etibarilə, bu cür açıqlamalar hüquqi baxımdan bağlayıcı qərar yox, diplomatik ritorika kimi dəyərləndirilməli, real beynəlxalq münasibətlər müstəvisində isə riskləri artıran amil kimi nəzərə alınmalıdır"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə