Qədim romalılar sərvətlərini məharətlə idarə edib: Nəyə investisiya qoyublar?

Qədim romalılar sərvətlərini məharətlə idarə edib: Nəyə investisiya qoyublar?Bu gün olduğu kimi, qədim dövrlərdə də insanlar pulların investisiya edilməsinin sərvətin qorunmasına və artırılmasına kömək etdiyini anlayıblar.

Qayanrinfo xəbər verir ki, "Livescience"in yazdığına görə, varlı qədim romalılar əsasən qızıl və gümüş alıblar. Bu, ən populyar investisiya vasitələrindən biri hesab olunub. Adətən qiymətli metallar ya külçə şəklində, ya da zərgərlik məmulatları kimi saxlanılıb.

Qeyd olunur ki, bu cür əşyaların saxlanılması oğurluq riski daşıdığı üçün metallar çox vaxt xüsusi anbarlarda və ya seyflərdə qorunub.

Roma yazıçısı Siseron zəngin bir qadının kiməsə borc vermək istədikdə seyfdən qızıl çıxardığını təsvir edib. Daha sonra həmin qızıl sikkələrə dəyişdirilə bilib.

Qiymətli metallarla ticarət zamanı romalılar onları çəkiyə görə satıblar. Əgər qızıl, gümüş və ya bürünc zinət əşyalarının və ya digər predmetlərin hazırlanmasında istifadə olunurdusa, bu məmulatlar yenidən əridilərək külçəyə çevrilə biliblər.

Bir sıra Roma vəsiyyətnamələri də insanların varislərinə gümüş və qızılı məhz külçə, lövhə və ya çubuq formasında qoyduğunu təsdiqləyir.

Metallardan əlavə, kənd təsərrüfatı məhsulları da böyük tələbat görüb. Xüsusilə taxıl, zeytun yağı və şərab geniş yayılmış investisiya vasitələri olub. Bu məhsullardan gəlir əldə etmək üçün insanlar torpaq alır və bazarda bu mallarla ticarət ediblər.

Roma dövlət xadimi Katon hesab edirdi ki, əsas istehlak məhsullarının istehsalına pul yatırmaq ən təhlükəsiz investisiyadır. Onun fikrincə, bu cür məhsullar iqtisadiyyatda gözlənilməz dalğalanmalara daha davamlı olub.

Qiymətli metallar sərvətin qorunması vasitəsi sayılsa da, satılmadığı halda gəlir gətirməyib. Kənd təsərrüfatı məhsullarından ibarət şaxələndirilmiş portfel isə sabit gəliri təmin edib.

İnsanlar həmçinin sənət əsərləri kimi dəyərli mallara da investisiya edir və onlarla ticarət aparıblar.

Nəşr xatırladır ki, romalılar eramızdan əvvəl 146-cı ildə Korinf şəhərini talan etdikdən sonra məşhur sənət əsərlərindən ibarət kolleksiyanı ələ keçirib və Roma dövlətinə gəlir gətirmək üçün onları auksionda böyük məbləğlərə satıblar.

Həmin auksionda Perqam kralı Attal II eramızdan əvvəl IV əsrdə yaşamış Fivli rəssam Aristeidin bir əsərini inanılmaz məbləğə - 100 talanta, yəni təxminən 2500 kiloqram gümüşə alıb.

Nəşr yekunlaşdırır ki, 2000 il əvvəl əmtəələrə investisiya qoyuluşu şəxsi sərvətin artmasına kömək edə bilsə də, bu proses bu gün olduğu kimi müəyyən risklərlə müşayiət olunub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 641   Tarix: 22 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Merts G20 sammitində Putinlə danışacaqmı? - Özündən açıqlama

Almaniya kansleri Fridrix Merts dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən yayınmayacağını bildirib. Lakin Rusiya prezidentinin bu görüşdə iştirak edib-etməyəcəyi hələ məlum deyil. Bizim.Media xəbər verir ki, Merts bu barəd

9 noyabr
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

8 noyabr
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

9 noyabr
.

Putin, Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi müzakirə olunur

Rusiya, ABŞ və Çin Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi ilə bağlı fikir mübadiləsi aparırlar. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Rusiya prezidentinin mətbuat katibi qeyd edi

9 noyabr
.

Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır

Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb. NDTV-yə istinadən xəbər verir ki, deputatın qızı Şivanqi Rişikeş Kumarla ailə quracaq. Toy Sinqhin doğma kəndində keçiriləcək v

10 noyabr
.

Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar

Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve

10 noyabr
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

8 noyabr
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

8 noyabr
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

9 noyabr