Azərbaycanın sülh diplomatiyasının növbəti uğuru

Azərbaycanın sülh diplomatiyasının növbəti uğuruSülhə sadiqlik və humanitar dəyərlərin qorunması böyük mənəvi məsuliyyət tələb edən bir missiyadır. "Zayed İnsan Qardaşlığı Mükafatı" məhz bu ali məqsədlərə xidmət edən, bəşəriyyətin gələcəyi üçün fədakarlıq göstərən liderləri seçən nüfuzlu bir platformadır. Azərbaycan Prezidenti İlham Əliyevin bu yüksək mükafata layiq görülməsi onun müasir dünya nizamında sülhün və qardaşlığın əsas memarı kimi qəbul edilməsinin bariz nümunəsidir. Müasir diplomatiya tariximizdə müstəsna əhəmiyyət kəsb edən hadisə sadəcə təltif deyil, eyni zamanda Azərbaycanın münaqişələrin həlli və post-münaqişə dövründəki unikal təcrübəsinin dünya üçün bir "yol xəritəsi" kimi qəbul edilməsidir. Həm də Azərbaycan xalqının tolerantlıq ənənələrinə və ölkəmizin beynəlxalq nüfuzuna verilən haqlı dəyərin ifadəsidir. Ən əsası isə Azərbaycan liderinin onilliklər boyu davam edən qanlı münaqişəni sonlandıraraq regionda dayanıqlı sülh modelini yaratmasına verilən beynəlxalq mandatdır. İlham Əliyev bu mükafata müharibədən sonra əməkdaşlıq və reinteqrasiya yolunu seçən uzaqgörən rəhbər kimi layiq görülüb. Mükafatın münsiflər heyəti də qeyd edib ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşması dünyadakı digər münaqişə zonaları üçün ən nümunəvi modeldir.
Müasir dövrün ən böyük problemlərindən biri qətiyyətli və prinsipial liderlik çatışmazlığıdır. Rəqabətli və çox vaxt ədalətsiz olan beynəlxalq sistemdə xaosun qarşısını almaq, intizam yaratmaq hər rəhbərin nail ola biləcəyi uğur deyil. Azərbaycan lideri hər bir addımını zərgər dəqiqliyi ilə hesablayaraq həm regional, həm də qlobal miqyasda ənənəvi liderlik funksiyalarını yenidən bərpa edir. Müharibədə möhtəşəm qələbə qazanmış bir sərkərdənin eyni zamanda sülh masasında da qalib gəlməsi dünya hərb və siyasət tarixində nadir rast gəlinən hadisədir. Prezidentin münaqişədən dərhal sonra sülh gündəliyini qətiyyətlə irəli sürməsi dövlət başçısının humanist obrazını tamamlayır. Dünya ictimaiyyəti də qəbul edir ki, 2020-ci il Zəfəri sadəcə ərazi bütövlüyünün bərpası yox, Cənubi Qafqazın əbədi qan tökülməsindən xilası demək idi. 2025-ci ilin avqustunda Vaşinqtonda sülh prosesi ilə bağlı əldə olunan tarixi razılaşma isə Azərbaycanın öz iradəsini dünyaya qəbul etdirməsi oldu. Prezident İlham Əliyev yalnız sülh qurmur, həm də bu sülhə mane olmaq istəyən xarici təhdidlərin qarşısını alır. Ermənistanı yenidən münaqişəyə sürükləməyə çalışan mərkəzlərin həmlələrini neytrallaşdırır, bölgəni fəlakətdən xilas edən yeganə təminatçı rolunda çıxış edir.
Prezidentin müəyyən etdiyi strateji sülh gündəliyi Davosda da beynəlxalq birliyin tam dəstəyini qazandı. Dünya İqtisadi Forumunda Azərbaycan Prezidentinin növbəti dəfə iştirakı, keçirilən intensiv ikitərəfli görüşlər, panel iclaslarındakı qətiyyətli çıxışlar və dövlət başçısının "Euronews" kanalına verdiyi müsahibə İlham Əliyevin regional və qlobal liderlik statusunun beynəlxalq səviyyədə növbəti təsdiqi oldu. Azərbaycanın post-münaqişə dövründəki haqlı mövqeyini qlobal auditoriyaya bir daha çatdırdı.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın Prezident İlham Əliyevə təqdim edilməsi ilə Davos Forumunda sülh gündəliyinin dəstəklənməsi eyni məntiqə əsaslanır. Dünya birliyi Cənubi Qafqazın gələcəyini məhz İlham Əliyevin cızdığı ədalətli və humanist "yol xəritəsi"ndə görür. Müharibədə qələbə qazanan Azərbaycan lideri sülh prosesini də qlobal uğur hekayəsinə çevirərək müasir tarixin ən nüfuzlu dövlət xadimlərindən biri olduğunu bir daha təsdiqləyir. Dünya artıq Azərbaycanı təkcə hərbi güc deyil, həm də ədalətli və humanist sülhün qarantı kimi tanıyır və qəbul edir.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 700   Tarix: 23 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

"Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Qardaşlıqdan sui-istifadəyə, sosial şəbəkələrdən səfirlik qarşısındakı aksiyalara qədər

"Bir millət, iki dövlət" prinsipini heç kim siyasi təzyiq vasitəsinə çevirə bilməz - Azərbaycan müstəqil dövlətdir və öz yolunu özü müəyyənləşdirir.Azərbaycanla Türkiyə arasındakı münasibətlər ortaq tarixin, milli-mənəvi dəyərlərin, qarşılıqlı etimadın və sarsılmaz qardaşlıq bağlarının üzərind

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərini hədəfə alan kampaniyanın siyasi mahiyyəti

Azərbaycan-Türkiyə münasibətləri ətrafında Türkiyənin sosial media məkanında son həftələr müşahidə olunan hadisələr, ayrı-ayrı siyasi şəxslərin açıqlamaları, Azərbaycana qarşı ittihamların yayılması və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar ciddi siyasi-analitik yanaşma tələb edir

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Azərbaycan-Türkiyə qardaşlığına həmrəylik mesajı: Ortaq dəyərlər, ortaq mövqe və sarsılmaz birlik

Azərbaycan və Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər əsrlərin sınağından keçmiş tarixi bağlılığa, ortaq dilə, mədəniyyətə, mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır. "Bir millət, iki dövlət" ifadəsi xalqlarımızın bir-birinə münasibətin

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirv

14 oktyabr