"Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir" - DEPUTAT
"Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir. Müstəqil xarici siyasət yürüdən respublikamız dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Bütün beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olan ölkəmiz bunun üçün konkret addımlar atır. Azərbaycanın region, eləcə də dünya ölkələri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı ölkəmizin etibarlı və dayanıqlı tərəfdaş olduğundan xəbər verir. Təbii ki, bütün bu uğurların arxasında cənab Prezident İlham Əliyevin apardığı müdrik və düşünülmüş beynəlxalq siyasət dayanır".
Bunu Sonxeber.az-a deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinin möhkəmlənməsində əsas ağırlıq enerji siyasətinin üzərinə düşür:
"Dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, həmin qurumların fəal üzvünə çevrilmək və ölkənin dünyaya inteqrasiyasını təmin etmək Azərbaycanın qarşısına qoyduğu ən mühüm vəzifələrdən idi. Ötən dövr ərzində qarşıya qoyulan məqsədə çatmaq üçün çox mühüm addımlar atılıb. Yüksək peşəkarlıqla aparılan uğurlu xarici siyasətin nəticəsidir ki, ötən 30 ildə Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğalı faktı dünyanın ən mötəbər beynəlxalq təşkilatları tərəfindən qəbul edilib. Məhz beynəlxalq siyasi müstəvidə qazanılmış uğurlar 44 günlük Vətən müharibəsində ölkəmizin haqlı mövqeyinin nümayiş olunmasına geniş imkanlar yaratdı.
Belə ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Bu diplomatik reallıqlar fonunda respublikamızın Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənib. Dövlət başçısının məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq. Ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcək".
Deputat vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdikdən sonra son illərdə ölkəmizə, Azərbaycan dövləti ilə bir çox sahələrdə çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı təkliflər artmaqdadır:
"Bu da Azərbaycanın güvənilən ölkə və cənab Prezident İlham Əliyevin güvənilən dövlət xadimi, dünya liderləri arasında isə xüsusi çəkiyə malik olmasının sübutudur. Bu baxımdan dünya birliyinə inteqrasiya prosesinin sürətlə getdiyini həm görür, həm də hiss edir və yaşayırıq. Bütün bu proseslər İlham Əliyevin siyasi uzaqgörənliyi və müdrik beynəlxalq siyasətinin müsbət nəticəsidir. Əminliklə deyə bilərik ki, ölkə başçısının uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə mövqelərini bundan sonra da gücləndirəcək".
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqeasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.
Vüsalə İbrahimli

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi