"İsrail-Fələstin münasibətlərində Azərbaycanın mövqeyi neytral, lakin konstruktivdir" - AÇIQLAMA
İsrailli həmkarımla Yaxın Şərqdə olan vəziyyət barədə də fikir mübadiləsi apardıq. Xüsusən də Qəzza zolağında əldə edilmiş atəşkəsin davamlı olması ilə bağlı arzumuz diqqətə çatdırıldı".
Bunu xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saarla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, İsrail-Fələstin münasibətləri kontekstində ölkəmizin Yaxın Şərq və Qəzza zolağı ilə bağlı mövqeyi məlumdur:
"Bu münasibətlərin sülh, danışıqlar, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq diplomatiya yolu ilə çözülməsinin tərəfdarıyıq".
"Ceyhun Bayramovun açıqlaması Azərbaycanın Yaxın Şərq siyasətində ardıcıl və balanslı mövqeyini əks etdirir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Qəzza zolağında atəşkəsin davamlılığına dair vurğusu ölkəmizin bölgədə sabitlik və humanitar təhlükəsizliyə verdiyi önəmi göstərir. Bu, həm regional, həm də qlobal təhlükəsizlik üçün vacibdir, çünki Qəzza böhranı beynəlxalq gündəmin ən həssas məsələlərindən biridir. Nazir diplomatiya, danışıqlar və beynəlxalq hüququn norma və prinsiplərinə istinad etməklə Azərbaycanın münaqişələrin güc yolu ilə deyil, hüquqi və siyasi vasitələrlə həllini dəstəklədiyini açıq şəkildə ifadə etdi. Bu mövqe Azərbaycanın xarici siyasət fəlsəfəsi ilə üst-üstə düşür: balans, hüquqa hörmət və sülhün təşviqi. İsrail-Fələstin münasibətlərində Azərbaycanın mövqeyi neytral, lakin konstruktivdir; Bakı həm İsrail, həm də Fələstinlə münasibətlərini qorumağa çalışır və bu, ölkəmizi regionda etibarlı tərəfdaş və potensial vasitəçi kimi təqdim edir. Geosiyasi kontekstdə bu yanaşma Azərbaycanın beynəlxalq imicini gücləndirir, onu enerji resursları və strateji mövqeyi ilə yanaşı, diplomatik balansı qoruyan, sabitlik üçün önəmli aktora çevirir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə