"Qonşularımızla münasibətlərin inkişafı regionumuza dayanıqlı sülh gətirir" - DEPUTAT

"Qonşularımızla münasibətlərin inkişafı regionumuza dayanıqlı sülh gətirir" - DEPUTAT"Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti Azərbaycanı dünya siyasi sisteminin etibarlı və nüfuzlu tərəfdaşına çevirmişdir. Azərbaycan körpüləri yandıran deyil, körpülər quran ölkədir. Bu baxımdan son 5 ildə yaratdığımız yeni reallıq regionumuza beynəlxalq marağın artmasına və ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının sürətlə çoxalmasına yol açmışdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Azər Badamov danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycan formalaşan yeni dünya nizamında özünəməxsus yerə malikdir:

"Bu baxımdan Prezident İlham Əliyevin Davosa səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın bu gün dünya ölkələri arasında daha çox parıldadığını bir daha təsdiqləmiş oldu. ABŞ Prezidenti Donald Trampın Davosda keçirdiyi iki görüşdən birinin Azərbaycan lideri ilə baş tutması ölkəmizin dünyanın bir nömrəli dövləti ilə strateji tərəfdaş olduğunu bir daha təsdiq etmiş oldu. O cümlədən Qəzza Sülh Şurasının təsis tədbirində iştirakımız ölkəmizin dünyada baş verən prosesləri yalnız izləyən mövqedə dayanmadığını, məhz yeni nizamın formalaşmasında iştirakçı olduğunu təsdiqləmiş oldu. Bu gün Azərbaycan regional və qlobal dövlətlərlə qarşılıqlı fayda və hörmət əsasında əməkdaşlığı davam etdirməyə açıqdır. Amma ölkəmizə yuxarıdan aşağı baxmağa çalışan və 2020-2023-cü illərdə regionumuzda yaratdığımız yeni status-kvonu qəbul etmək istəməyənlərə də cavabımızı gecikdirmirik".

Deputat onuda vurğuladı ki, bəli, ölkəmiz xarici investisiyalara açıqdır və yeni əməkdaşlıqlar qurur:

"Eyni zamanda reallaşdırdığımız regional layihələrlə dünya ölkələri arasında əməkdaşlığın qurulmasına töhfə veririk. Bu baxımdan həyata keçirdiyimiz iqtisadi layihələr dünya ölkələri ilə siyasi münasibətlərin daha da möhkəmlənməsinə yol açmışdır. Azərbaycan həm qonşu ölkələrlə, həm də uzaqda yerləşən dövlətlərlə münasibətlərini genişləndirir. Qonşularımızla münasibətlərin inkişafı regionumuza dayanıqlı sülh gətirir. Bu baxımdan 30 il düşmən olmuş Ermənistana da yollarımızı açmışıq və kritik əhəmiyyətli neft məhsullarımızın ixracına başlamışıq. Bu baxımdan Azərbaycan dünyada ədalət üzərində möhkəmlənən sülh nümunəsi yaradan nadir ölkələrdəndir".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqeasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir
"Qonşularımızla münasibətlərin inkişafı regionumuza dayanıqlı sülh gətirir" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 772   Tarix: 26 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın inkişaf yolu, tarixi Zəfəri və yeni geosiyasi reallıqları

2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən ötən 23 il ərzində Azərbaycan dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət və ərazi bütövlüyünün təmin olunmas

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr