İctimai iaşə obyektlərinin birində yediyi sendviçdən sonra huşunu itirdi
Türkiyənin Trabzon vilayətinin Yomra rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində qida qəbul edən cütlük yaşadıqları hadisə ilə gündəmə gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Fatih və Leman Banu Çolak adlı ər-arvad yedikləri isti sendviçdən sonra özlərini pis hiss edərək xəstəxanaya yerləşdirilib. Hadisədən sonra Fatih Çolakda qısa müddətli yaddaş itkisi müşahidə edildiyi bildirilib.
Cütlüyün şikayəti əsasında Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən obyektə rəsmi yoxlama aparılıb. Yoxlama zamanı son istifadə tarixi keçmiş məhsulların istifadəsi faktı müəyyən olunub və bu hal sənədləşdirilib.
Yaşanan sağlamlıq problemlərindən sonra Çolak cütlüyü məsələni məhkəməyə verməyə hazırlaşdıqlarını açıqlayıb. Onların sözlərinə görə, aparılan araşdırmada qanun pozuntusunun rəsmi şəkildə təsdiqlənməsi hüquqi prosesin başlanmasına əsas yaradıb.
Hadisə qida təhlükəsizliyi ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib. Rəsmi qurumların araşdırmasının davam etdiyi qeyd olunur.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 707 Tarix: 04 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sevdiyi qızın qardaşı tərəfindən qətlə yetirilən Ramal - FOTO
Xəbər verdiyimiz kimi, Şəmkirdə 19 yaşlı Ramal Quliyev yaranan mübahisə zəminində qətlə yetirilib. BİG.AZ "Qafqazinfo"ya istinadən onun fotosunu təqdim edir. Xatırladaq ki, qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən oğlanın bacısını sevirmiş. Hadisəni törədən yeniyetmə gecə saatlarınd
5 aprel44 yaşlı qadın 5-ci mərtəbədən yıxılaraq həyatını itirdi
Türkiyənin Aydın vilayətinin Efeler rayonunda faciəli hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, 44 yaşlı Dilek Turan müştərinin yaşadığı 5 mərtəbəli binanın sonuncu mərtəbəsində ev təmizliyi apararkən pəncərəni silən zaman bir anlıq tarazlığını itirib. Metrlərlə hündürlükdən yıxıla
10 aprelİki gənc qız oğlana görə bir-birini bıçaqlayıb - VİDEO
Sevgi mübahisəsi qanlı bitdi: iki gənc qız bir-birini bıçaqladı. Türkiyənin İnegöl rayonunda iki gənc qız arasında baş verən mübahisə qanlı insidentlə nəticələnib. xarici mediaya istinadən xəbər verir ki, hadisə gecə saat 22:00 radələrində Orhaniyə küçəsində baş verib. İddialara əsasən, 19 yaşlı Cankı
7 aprelKeçmiş həyat yoldaşının yeni sevgilisini ölümcül döydü - VİDEO
Türkiyənin Nevşehir şəhərində baş verən zorakılıq hadisəsi təhlükəsizlik kameralarına düşüb. türk mediasına istinadən xəbər verir ki, qısa müddət əvvəl həbsdən çıxan şəxs keçmiş həyat yoldaşının sevgilisinə hücum edib. Hadisə şəhərin 200 Evler məhəlləsində, Mustafa Paslanmaz küçəsində yerləşən yaşayı
9 aprelGoranboyda 43 yaşlı qadın dəm qazından zəhərlənib
Goranboyda zəhərlənmə faktı qeydə alınıb. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1983-cü il təvəllüdlü T.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 43 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib
5 aprelZibil maşınının vurduğu yaşlı qadın həyatını itirdi
Ərzincan şəhərində bələdiyyəyə məxsus zibil toplayan maşının vurduğu yaşlı qadın həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, hadisə saat 10:00 radələrində şəhərin Demirkent qəsəbəsində, Şəhidlər küçəsində baş verib. Məlumata görə, Ərzincan Bələdiyyəsinə məxsus zibil maşını yol kənarınd
6 aprelPolis yolda hakimlə mübahisə etməyin cəzasını ağır ödədi
Türkiyənin Elazığ şəhərində polis ilə hakim arasında baş verən yol mübahisəsi inzibati araşdırmaya səbəb olub. türk mediasına istinadən xəbər verir ki, hadisə çərşənbə günü şəhər mərkəzində qeydə alınıb. İddialara əsasən, qadın hakimin idarə etdiyi avtomobil yolda sıxlığa səbəb olub. Bu zaman xidmətd
8 aprel