Notariat hərəkətləri sirrinin saxlanılması qaydaları dəyişdirildi
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 30-da qəbul etdiyi "Notariat haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.
Sonxeber.az President.az-a istinadən xəbər verir ki, yeniliyə əsasən, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna uyğun olaraq kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, nizamnamə kapitalındakı payın yüklü edilməsi, təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ötürüləcək.
Həmçinin, təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması qaydalarında dəyişiklik edilib.
Belə ki, kommersiya hüquqi şəxsləri üzrə aşağıdakı məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən birbaşa Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə onlayn rejimdə əldə edilərək qeydiyyata alınacaq:
- nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrlə əlaqədar məlumatlar;
- kapitalındakı nizamnamə payın vərəsəlik qaydasında digər şəxsə keçməsi ilə əlaqədar məlumatlar;
- nizamnamə kapitalındakı payın yüklü edilməsi ilə əlaqədar məlumatlar;
- təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar.
Sənədə görə kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları təqvim ili bitdikdən sonra növbəti ayın 31-dək təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişikliyin olub-olmaması barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hesabatı kağız və ya elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi