Azərbaycan və Kamboca: siyasi dialoqdan çoxşaxəli tərəfdaşlığa doğru

Azərbaycan və Kamboca: siyasi dialoqdan çoxşaxəli tərəfdaşlığa doğruAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşdən sonra mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi hadisədir. Səfər çərçivəsində aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycan-Kamboca əlaqələrinin yeni məzmunla zənginləşdirilməsi üçün imkanlar yaradır.

Prezident İlham Əliyev bəyanatında Azərbaycanla Kamboca arasında yaxşı siyasi münasibətlərin mövcud olduğunu, tərəflərin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiklərini və bir-birini dəstəklədiklərini vurğuladı. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq iki dövlətin beynəlxalq platformalarda təmaslarının mühüm istiqamətlərindəndir.

Azərbaycan və Kamboca arasında münasibətlərin tarixi otuz ildən artıq dövrü əhatə edir. Prezident İlham Əliyevin on iki il əvvəl Kambocanın sabiq Baş naziri Hun Sen ilə Azərbaycanda keçirdiyi görüşü xatırlatması da əlaqələrin davamlı inkişafına verilən əhəmiyyəti göstərir. Baş nazir Hun Manetin səfəri mövcud siyasi dialoqun davam etdirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Bu münasibətlərin inkişafında iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin hazırda aşağı səviyyədə olduğunu qeyd etsə də, rəsmi səfərdən sonra bu sahədə böyük canlanmanın olacağına əminliyini bildirdi. Ticarət və investisiya sahələrində əməkdaşlığın praktiki məsələlərini araşdırmaq üçün birgə işçi qrupunun yaradılması barədə razılıq da bu məqsədə xidmət edir. Oktyabrın 12-də Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında üç mühüm sənədin mübadiləsi həyata keçirildi.

Birinci sənəd ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumudur. Bu sənəd təhsil və diplomatiya sahələrində təcrübə mübadiləsi, institusional əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün zəmin yaradır.
İkinci sənəd gəlirlərə görə ikiqat vergitutmanın aradan qaldırılması, vergidən yayınmanın və vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında sazişdir. Bu razılaşma iqtisadi münasibətlərin hüquqi əsaslarının möhkəmləndirilməsi və sahibkarlıq fəaliyyətində vergi məsələlərinin tənzimlənməsi baxımından əhəmiyyətlidir.
Üçüncü sənəd isə Azərbaycan və Kamboca hökumətləri arasında Ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişidir. Sənəd ticarət əlaqələrinin inkişaf etdirilməsi, iqtisadi əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün əsas yaradır.

Görüş zamanı hər iki ölkə üçün ümumi problem olan mina məsələsi də müzakirə edilib. Mina təhlükəsi yalnız münaqişədən zərər çəkmiş ərazilərin təhlükəsizliyinə deyil, insanların həyatına, sosial-iqtisadi inkişafa və ərazilərin bərpasına da təsir göstərən ciddi problemdir. Azərbaycan üçün işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması insanların təhlükəsiz qayıdışı və quruculuq işlərinin davam etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sahədə təcrübə və məlumat mübadiləsi, mövcud imkanların öyrənilməsi qarşılıqlı əməkdaşlıq üçün faydalı ola bilər.

Prezident İlham Əliyevin bəyanatında nəqliyyat, rəqəmsal transformasiya, turizm və təhsil sahələri də perspektivli istiqamətlər kimi qeyd olundu. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi onun beynəlxalq nəqliyyat bağlantılarında rolunu artırır. Kamboca ilə bu sahələrdə əməkdaşlığın genişləndirilməsi isə qarşılıqlı iqtisadi əlaqələrə əlavə imkanlar qazandıra bilər. Dövlət başçısı, həmçinin Azərbaycanın "ASAN xidmət" modelinin Kambocada maraq doğurmasına diqqət çəkərək, bu təcrübənin ikitərəfli münasibətlərə töhfə verə biləcəyini bildirdi.

Parlamentlərarası əlaqələr də əməkdaşlığın mühüm istiqamətidir. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi siyasi dialoqun davamlılığını dəstəkləyir. Kambocanın dəstəyi ilə Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi də Cənub-Şərqi Asiya regionu ilə əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

Beləliklə, Baş nazir Hun Manetin Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi dialoqun iqtisadi, təhsil, nəqliyyat və digər sahələr üzrə əməkdaşlıqla tamamlanması üçün yeni imkanlar yaradıb. Prezident İlham Əliyevin bəyanatı və imzalanmış sənədlər tərəflərin münasibətləri konkret layihələr və qarşılıqlı faydalı təşəbbüslər əsasında inkişaf etdirmək niyyətini əks etdirir. Qarşıdakı mərhələdə əsas məsələ əldə olunmuş razılaşmaların praktik nəticələrə çevrilməsi və Azərbaycan-Kamboca tərəfdaşlığının daha da genişləndirilməsidir.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 736   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021