İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib

İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi və digər sahələri əhatə edən sıx əlaqələrinin olduğunu deyərək, münasibətlərin genişləndirilməsində özünün ərəb ölkələrinə, ərəb dövlətlərinin liderlərinin isə Azərbaycana səfərlərinin rolunu qeyd edib.

Dövlətimizin başçısı ölkəmizin islam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrə toxunub, bu xüsusda Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında yüksək səviyyədə əlaqələrin qurulduğunu deyib, Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirib.

Qonaq ilk növbədə dövlətimizin başçısına qəbula görə minnətdarlığını ifadə edib.

Ərəb Parlamentinin prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdıraraq, regionda və dünyada sülhün bərqərar edilməsində Prezident İlham Əliyevin xüsusi rolunu qeyd edib və dünyanın dövlətimizin başçısı kimi liderlərə ehtiyacı olduğunu bildirib.

Prezident İlham Əliyev xoş sözlərə və təbriklərə görə minnətdarlığını ifadə edib, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını deyib, sülh gündəliyinin irəli aparılmasında ABŞ Prezidentinin xüsusi roluna toxunub.

Qonaq ərəb dünyasının gündəliyində duran məsələlərdə, o cümlədən Fələstin məsələsində göstərdiyi qətiyyətli dəstəyə görə dövlətimizin başçısına ərəb xalqı adından dərin təşəkkürünü bildirib.

Azərbaycanın həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm-əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakını, həmçinin Azərbaycanın Sülh Şurasına dəvət edildiyini məmnunluqla xatırlayıb, ölkəmizin sülh prosesinə töhfə vermək əzmində olduğunu qeyd edib.

Dövlətimizin başçısı Azərbaycanın xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğunu deyib.

Söhbət əsnasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə toxunulub. Prezident İlham Əliyev 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən maddi mədəniyyət abidələrimizin, o cümlədən İslam dininə aid abidələrin, məscidlərin dağıldığını bildirib, hazırda onların bərpa olunduğunu qeyd edib.

Görüşdə Azərbaycanla Ərəb Dövlətləri Liqasının qanunverici orqanı olan Ərəb Parlamenti arasında əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edibİlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edibİlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edibİlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edibİlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edibİlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edibİlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 373   Tarix: 11 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin Naxçıvana səfəri sosial-iqtisadi simasnı tamamilə dəyişəcək - Deputat

"Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində Dövlət Başçımız tərəfindən səsləndirilən fikirlər və təməli qoyula

12 avqust
.

Ermənistan ərazisində enerji dəhlizinin yaradılması TRIPP və bütün bölgə üçün müsbət nəticə verəcək

Bu gün Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliy

12 avqust
.

İlham Əliyevdən iki diplomatla bağlı SƏRƏNCAMLAR

İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Xəzər Nadir oğl

7 avqust
.

İlham Əliyev Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Dövlətimizin başçısı səfirlə söhbət edib. Ötə

13 avqust
.

İsrail İrana qarşı müharibəyə qoşula bilər? - POLİTOLOQDAN AÇIQLAMA

Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşməsi fonunda İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlara qoşula biləcəyi ilə bağlı iddialar beynəlxalq gündəmdə geniş müzakirə olunur. Rəsmi səviyyədə yekun qərar açıqlanmasa da, bölgədə baş verən son hadisələr və tərəflərin sərt bəyanatlar

6 avqust
.

Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mütəmadi əsasda təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəs

7 avqust
.

"Ankara həm NATO üzvüdür, həm də regionda ciddi siyasi və hərbi imkanlara malikdir" - BƏHRUZ QULİYEV

"Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkədə imzalanan birgə müdafiə sazişinə yalnız üç ölkə arasındakı hərbi əməkdaşlıq sənədi kimi yanaşmaq düzgün olmazdı. Bu saziş regionda İran-ABŞ qarşıdurmasının yaratdığı yeni təhlükəsizlik reallığının nəticəsidir. Məsələnin ən mühüm tərəfi onda

11 avqust
.

Azərbaycan 2 ölkə ilə maliyyə sektorunda əməkdaşlıq edə bilər

Azərbaycan Serbiya və Gürcüstanla maliyyə sahəsində əməkdaşlıq edə bilər. "Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir. Sənədə əsasən, bu ilin I yarısında qurumda Serbiya və Gürcüstanın maliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını

7 avqust
.

Payızda bu ölkə Bakıda səfirlik açacaq

2026-cı ilin payızında Bakıda Estoniya səfirliyi açılacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib. "Estoniyanın yeni təyin olunmuş səfiri Tiina Nirk hazırda Bakıdadır, Estoniya səfirliyinin açılışı isə payıza planlaşdırılır"

4 avqust