Uzunmüddətli perspektivlərə malik Azərbaycan - ABŞ iqtisadi əlaqələri

Uzunmüddətli perspektivlərə malik Azərbaycan - ABŞ iqtisadi əlaqələriBir neçə gün əvvəl ABŞ Ticarət Palatasının nümayəndə heyəti Bakıya səfər edib. Nümayəndə heyətinin tərkibinə ABŞ-ın aparıcı 31 şirkətindən 60 nəfərdən çox rəhbər şəxs daxil idi ki, onlar "Apple", "Ardea Energy Technologies Inc.", "Ericsson AB", "ExxonMobil", "Herbalife", "Illumina", "Meta", "Visa", "Wabtec", "bp", "Boeing Global", "Mastercard" və s. kimi aparıcı şirkətləri təmsil edirdilər. Qonaqlar Prezident İlham Əliyevtərəfindən qəbul edilib. Qarşılıqlı səfərlər və görüşlərdə verilən mesajlar ABŞ-ın region ölkələri ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu göstəricisidir.
Eyni zamanda ABŞ vitse-prezidenti Ceyms Devid Vens də regiona səfərə gəlib. Ötən həftə İrəvanda müvafiq görüşlər keçirən cənab Vens fevralın 10-da Azərbaycana gəlib. ABŞ vitse-prezidentinin ölkəmizə səfəri və ölkə rəhbərliyi səviyyəsində müzakirələrin aparılması Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin uzunmüddətli perspektivlərindən xəbər verir.
Azərbaycan özünün iqtisadi inkişaf strategiyasının prioritetlərini dəfələrlə müxtəlif görüşlərdə - ABŞ-da keçirilən müzakirələrdə, Dünya İqtisadi Forumunda və digər müstəvilərdə səsləndirib və bu istiqamətdə beynəlxalq hüquq normalarına hörmətlə yanaşan bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırdır. Sevindirici haldır ki, regionda sülhün möhkəmləndirilməsində Azərbaycanın, eləcə də Ermənistanın iqtisadi inkişaf perspektivlərinin reallaşmasında dünyanın bir nömrəli dövləti olan ABŞ da maraqlıdır.
Azərbaycan-ABŞ əlaqələrinin özünəxsusluğu ondadır ki, burada siyasi münasibətlər biznes əlaqələrini qabaqlayır. 2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü iki ölkə arasında biznes münasibətlərinə, iqtisadi əlaqələrə xüsusi stimul verdi. Avqust görüşündən bir neçə ay sonra artıq ABŞ-ın aparıcı şirkətləri ölkəmizdəki əlverişli investisiya mühitini canlı olaraq görmək, investisiya yatırımı sahələrini konkretləşdirmək və uzunmüddətli biznes əlaqələri qurmaq üçün Bakıdadır.
Dövlət başçısı ilə keçirilən görüşdən də aydın olduğu kimi, nəqliyyat və logistika, bərpa olunan enerji mənbələri, süni intellekt və data mərkəzlərinin yaradılması, yeraltı enerji qaynaqlarının istismarı, turizm xidmətləri və s. kimi sahələr Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin aparıcı istiqamətləri kimi zəngin potensial imkanlara malikdir.
Fevralın 10-da ABŞ Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri rəsmi Bakının artan çəkisini nümayiş etdirir. Bu, sadəcə, diplomatik səfər deyil, iki ölkə arasındakı yüksəksəviyyəli etimadın və birbaşa liderlik dialoqunun mühüm nəticəsidir. Səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya" imzalanıb. Sənədə əsasən, tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Azərbaycan və ABŞ terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar.
İmzalanma mərasimin zamanı mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, "Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına çox minnətdarıq. Bu gün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir".
Vurğulanıb ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və bu Xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. "Bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş ştatları ilə qururuq", - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. "Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir", - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edilməlidir ki, Azərbaycan regionun lider dövlətidir, Avrasiyanın aparıcı nəqliyyat-tranzit qovşağıdır. Ölkəmiz 25-30 il əvvəldən başlayaraq etibarlı nəqliyyat infrastrukturu formalaşdırıb, bütün növ yükləri daşımağa qadir mexanizmlər yaradıb. Bütün bunlar regiona maraq göstərən tərəflərin Azərbaycanla iqtisadi əlaqələrini zərurətə çevirir. Yəni regionda Azərbaycanın iştirakı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür. Bu baxımdan, dünyanın bir nömrəli dövləti də bunu dəqiqliklə bilir, yüksək qiymətləndirir və Azərbaycanla uzunmüddətli iqtisadi əlaqələrin qurulmasında maraqlıdır.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 578   Tarix: 11 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

14 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın güc amilləri, strateji seçimləri və gələcəyin çağırışları

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. Bu tarix Azərbaycanın müasir siyasi tarixinin mühüm mərhələsini təhlil etmək, dövlətin inkişaf istiqamətlərini, geosiyasi mövqeyində baş verən dəyişiklikləri və qarşıdakı dövrün əsas çağırışların

14 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr
.

İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:. "Bir daha xoş gəlmisiniz, cənab Prezident. Ço

13 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Prezident: "İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır"

"Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun inkişafı yaşayış məntəqələrində müasir sosial xidmətlərin təşkili ilə müşayiət olunur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuil

14 oktyabr
.

Azərbaycan və Kamboca: siyasi dialoqdan çoxşaxəli tərəfdaşlığa doğru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşdən sonra mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi hadisədir. Səfər çərçivəsind

13 oktyabr
.

İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirv

14 oktyabr