Gizli kameraların alışı və satışı ilə məşğul olanları hansı cəzalar gözləyir? - AÇIQLAMA
Müasir dövrdə texnologiyanın sürətli inkişafı müşahidə və çəkiliş imkanlarını xeyli asanlaşdırıb. Lakin bu imkanlar şəxsi həyatın toxunulmazlığı, məlumatların məxfiliyi və insan hüquqları ilə toqquşduğu anda hüquqi məsuliyyət məsələsi gündəmə gəlir.
Xüsusilə gizli kameraların satışı və istifadəsi cəmiyyət üçün həssas və hüquqi baxımdan ciddi nəticələr doğuran sahə hesab olunur.
Bəs görəsən gizli kameraları satan və alanları hansı cəzalar gözləyir?
Bu barədə hüquqşünas Xanım Yusifova Sonxeber.az -a açıqlama verib:
"Azərbaycanda gizli kameraların satışı hüquqi baxımdan ciddi məsuliyyət yaradan məsələdir. Qanunvericilik bu cür qurğuları adi təhlükəsizlik kameralarından fərqləndirir. Əgər cihaz gizli şəkildə məlumat toplamaq üçün xüsusi olaraq maskalanıbsa və məxfi məlumat əldə etməyə xidmət edirsə, onun dövriyyəsi artıq cinayət hüququ müstəvisində qiymətləndirilir.
Sanksiyalar əməlin xarakterindən və şəraitindən asılı olaraq dəyişir. Qanunsuz satışa görə cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya iki ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Əgər əməl təkrar törədilərsə və ya vəzifəli şəxs tərəfindən həyata keçirilərsə, məsuliyyət daha ağırlaşdırıcı hallarla qiymətləndirilə bilər.
İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə edən şəxslər barəsində həmin vasitələrin müsadirə edilməsi və 200-400 manat məbləğində cərimə tətbiq olunur. Bu vasitələrin qanunsuz istehsalı, satışı və ya satış məqsədilə əldə edilməsi artıq cinayət məsuliyyəti yaradır. Azərbaycan Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə görə, belə əməllərə görə 2000- 5000 manat cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bununla yanaşı, gizli kamera vasitəsilə şəxsin razılığı olmadan onun şəxsi və ailə həyatına dair məlumatların toplanması və yayılması ayrıca cinayət tərkibi yaradır. Bu halda məsuliyyət təkcə cinayət hüququ ilə məhdudlaşmır, zərərçəkmiş şəxs mənəvi və maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət edə bilər"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1304 Tarix: 13 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ
Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa
1 noyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabr