Türk brendlərinin mövqeyi sarsılır: Azərbaycan bazarında yeni oyunçular

Türk brendlərinin mövqeyi sarsılır: Azərbaycan bazarında yeni oyunçularSon illərdə Azərbaycan geyim bazarında aparıcı mövqeyə malik olan Türkiyə məhsulları həm qiymət, həm də çeşid baxımından əsas seçimlərdən biri hesab edilirdi. Lakin 2026-cı ilin əvvəlindən etibarən bu istiqamətdə müşahidə olunan dəyişikliklər diqqət çəkir. Rəsmi məlumatlara görə, yanvar ayında Azərbaycan Türkiyədən 3,18 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinin açıqladığı statistikaya əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz azdır. İdxal həcminin azalması bazarda bir sıra suallar doğurur: bu geriləmənin əsas səbəbi nədir? Azərbaycanda Türkiyə brendlərinə maraq doğrudanmı zəifləyib, yoxsa söhbət mövsümi amillərdən gedir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Türk brendlərinin mövqeyi sarsılır: Azərbaycan bazarında yeni oyunçular

"Sahibkarlar Türkiyədən idxala əvvəlki qədər maraq göstərmirlər"

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının idarə heyətinin üzvü Elxan Mərdanlının sözlərinə görə, idxalın azalmasının əsas səbəblərindən biri Türkiyədə mövcud olan iqtisadi vəziyyətdir: "Yüksək inflyasiya və istehsal xərclərinin artması burada istehsal olunan məhsulların maya dəyərini yüksəldib. Bu isə satış qiymətlərinin bahalaşmasına səbəb olub. Nəticədə qiymət artımı idxalçıların daha az məhsul almasına gətirib çıxarır və bir çox sahibkarlar Türkiyədən mal idxalına əvvəlki qədər maraq göstərmirlər".

Türk brendlərinin mövqeyi sarsılır: Azərbaycan bazarında yeni oyunçular

E.Mərdanlının fikrincə, bazarda hər bir brend öz qiymət seqmentinə uyğun müəyyən mövqeyə malikdir: "Ümumilikdə türk brendlərinə maraq azalmayıb. Lakin bəzi hallarda mövcud qiymətlə təqdim olunan keyfiyyət arasında uyğunsuzluq yaranır. Xərcləri azaltmaq məqsədilə bəzi istehsalçıların keyfiyyətdə müəyyən güzəştlərə getməsi istehlakçı məmnunluğuna mənfi təsir göstərir. Mövcud azalma daha çox struktur xarakter daşıyır. Bir tərəfdən qiymətlər artıb, digər tərəfdən isə bazarda alıcılıq qabiliyyəti zəifləyib. Eyni zamanda rüsumsuz və vergisiz onlayn sifarişlərin qarşısının tam alınmaması, eləcə də bazarda qeyri-leqal şəkildə satılan geyimlərin mövcudluğu rəsmi idxala mənfi təsir göstərir".

"Türkiyədən idxal daha da azalacaq"

Müsahibimiz bildirdi ki, əgər Türkiyədə iqtisadi vəziyyət yaxşılaşmasa, bu tendensiyanın davam etməsi ehtimalı yüksəkdir: "Üstəlik, artıq bir çox istehsalçının fabriklərini Türkiyədən çıxararaq daha ucuz istehsal xərcləri olan qonşu ölkələrdə qurması uzunmüddətli perspektivdə Türkiyədən idxalın azalmasını daha da sürətləndirə bilər".

Türk brendlərinin mövqeyi sarsılır: Azərbaycan bazarında yeni oyunçular

"Bir sıra brendlərin məhsulları əvvəlki keyfiyyətdə deyil"

İqtisadçı-ekspert Günay Hüseynova isə düşünür ki, buna səbəb Türkiyədə inflyasiya səviyyəsinin artması, eləcə də dolların məzənnəsinin yüksəlməsidir: "Əvvəlki illərlə müqayisədə Türkiyədə qiymətlər xeyli bahalaşıb. Türkiyə hökumətinin miqrasiya siyasəti ilə bağlı addımları da geyim sektorunda qiymətlərə təsir edən əsas amillər sırasındadır. Belə ki, tekstil sənayesində uzun müddət xarici vətəndaşlar, xüsusilə də Suriya vətəndaşları ucuz işçi qüvvəsi kimi çalışırdı. Suriyalıların ölkələrinə geri qayıtması, eləcə də miqrasiya idarəsinin yaşamaq və iş icazələri ilə bağlı sərt siyasəti tekstil sənayesində ciddi işçi çatışmazlığı yaradıb. Türk lirəsinin dəyərdən düşməsi ilə birlikdə bu amillər qiymət artımına birbaşa təsir göstərib".

G.Hüseynova bildirdi ki, hər markanın öz alıcısı var: "Lakin qeyd etmək lazımdır ki, bir sıra Türkiyə brendlərinin məhsulları artıq əvvəlki keyfiyyətdə deyil. Keyfiyyətini qoruyan məhsulların qiymətləri isə TÜFE (İstehlakçı Qiymət İndeksi) əsasında artıb ki, bu da tələbin dolayı yolla azalmasına səbəb olur. Azalmanın xarakterinə baxdıqda, proses həm mövsümi, həm də yuxarıda qeyd olunan struktur amillərlə əlaqəlidir. Türkiyədəki inflyasiyanın Azərbaycan idxalına təsirinə gəldikdə, milli valyutamızın dəyəri yüksək olsa da, ticarət əməliyyatları ABŞ dolları ilə aparılır. İnflyasiya tempinin dolların məzənnə artımını üstələməsi Azərbaycan bazarında qiymətlərin yüksəlməsinə gətirib çıxarır".

Türk brendlərinin mövqeyi sarsılır: Azərbaycan bazarında yeni oyunçular

"Azərbaycan üçün alternativ bazarlar mövcuddur"

İqtisadçının fikrincə, azalmanın digər, nisbətən gizli səbəblərindən biri də Türkiyənin onlayn ticarət platformalarını Azərbaycan bazarına açması olub: "Bir müddət karqo daşımalarının pulsuz olması, gömrük və vergi rüsumlarının qarşılanması hesabına məhsullar cüzi gəlirlə ixrac edilib, alıcı kütləsi formalaşdırıldıqdan sonra isə qiymətlər əvvəlki səviyyəyə qaytarılıb. Bu proses Azərbaycan alıcısı üçün gözlənilməz olub və nəticədə ənənəvi ticarət qısa müddət də olsa maliyyə çətinlikləri ilə üzləşib".

Ekspertin sözlərinə görə, Çin ilə qarşılıqlı viza rejiminin aradan qaldırılması azərbaycanlı sahibkarları məhsulun maya dəyəri daha ucuz olan Çin bazarına yönəlməyə vadar edib: "Artıq Azərbaycan üçün alternativ bazarlar mövcuddur. Əvvəllər geyim əsasən Türkiyədən idxal edilirdisə, hazırda İran və Çin kimi ölkələrdən də məhsullar gətirilir. Digər ölkələrdən idxal olunması məhsulların keyfiyyətsiz olması anlamına gəlmir".

Türk brendlərinin mövqeyi sarsılır: Azərbaycan bazarında yeni oyunçular

G.Hüseynovanın fikrincə, ümumilikdə idxalın azalması və ya artması əsasən Türkiyədəki iqtisadi vəziyyətdən asılıdır. Hökumətin bu sahəyə mümkün dəstəyi qiymətlərə müəyyən qədər təsir göstərə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 752   Tarix: 15 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr