Ursula fon der Lyayen Avropanın qarşılıqlı müdafiəsi ideyasını həyata keçirməyə çağırıb

Ursula fon der Lyayen Avropanın qarşılıqlı müdafiəsi ideyasını həyata keçirməyə çağırıbAvropa İttifaqı (Aİ) üçün qarşılıqlı müdafiə könüllü məsələ deyil, kollektiv öhdəlikdir.

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında deyib.

"2025-ci ildə Avropada müdafiə xərcləri Ukraynadakı müharibədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 80% artıb. Aİ SAFE proqramımız çərçivəsində 800 milyard avroyadək vəsait ayırır. Biz hava hücumundan və raketdən müdafiə sistemlərindən tutmuş pilotsuz uçuş aparatlarına (PUA) və hərbi mobilliyə qədər bizə lazım olan imkanlara sərmayə qoyuruq. Biz Ukraynanı dəstəkləməkdə sabit mövqedəyik", - o deyib.

Avropa Komissiyasının rəhbəri həmçinin Ukraynaya verilmiş 90 milyard avroluq son kredit barədə xatırladıb və qeyd edib ki, bu kredit yalnız Rusiya reparasiyaları ödədiyi halda qaytarılacaq. "Proqnozlara görə, 2028-ci ilə qədər Avropada müdafiə investisiyaları hətta ABŞ-nin ötən il oxşar avadanlıqlara xərclədiyi vəsaitin həcmini üstələyəcək. Bu, əsl Avropa oyanışıdır. Və bu, hələ görəcəyimiz işlərin başlanğıcıdır", - Lyayen əlavə edib.

O, həmçinin Avropanın qarşılıqlı müdafiəsi ideyasının həyata keçirilməsini vacib hesab etdiyini vurğulayıb. "Qarşılıqlı müdafiə Aİ üçün könüllü məsələ deyil. Bu, bizim öz müqaviləmizdə - 42.7-ci maddədə təsbit olunmuş öhdəlikdir və təsadüfi deyil. Bu, təcavüz halında bir-birimizi dəstəkləmək üzrə kollektiv öhdəliyimizdir, ya da daha sadə desək, "birimiz hamımız, hamımız birimiz üçün". Avropanın mahiyyəti bundadır", - o hesab edir.


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 486   Tarix: 15 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə daha bir MƏKTƏB FACİƏSİ - 2 ölü, 2 yaralı

Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb. "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib. Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb. Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırı

18 aprel
.

Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb

Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola hallarının sayı 7 00-i keçib, təxminən 3 400 nəfərin öldüyü bildirilir. Bu barədə hökumətin yayımladığı son hesabatda məlumat verilib. Sentyabrın 10-na olan məlumata görə, səhiyyə orqanları 7 022 təsdiqlənmiş yoluxma və 3 398 ölüm halı qeydə alıb. Beləliklə

12 sentyabr
.

Boğulma hadisələri daxili turizmə təsir göstərir - AÇIQLAMA

Yay mövsümündə çimərliklərdə baş verən boğulma halları və təhlükəsizliklə bağlı problemlər cəmiyyətin ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilir. Bu cür hadisələr təkcə insanların həyatı üçün risk yaratmır, həm də ölkənin turizm imicinə və daxili turizmin inkişafına təsir göstərən amillərdə

5 avqust
.

İraqın sabiq nazirinin ABŞ vizası ləğv edildi: Terrora dəstəkdə şübhəli bilinir

ABŞ Dövlət Departamenti əvvəllər korrupsiyaya qarşı mübarizəyə və gender bərabərliyinin təşviqinə görə Amerika mükafatına layiq görülən İraqın sabiq maliyyə naziri Taif Sami Məhəmməd əş-Şakərçinin vizasını ləğv edib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin qlobal ictimaiyyətl

29 avqust
.

Ursula fon der Lyayen Avropanın qarşılıqlı müdafiəsi ideyasını həyata keçirməyə çağırıb

Avropa İttifaqı (Aİ) üçün qarşılıqlı müdafiə könüllü məsələ deyil, kollektiv öhdəlikdir. "Report" xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında deyib. "2025-ci ildə Avropada müdafiə xərcləri Ukraynadakı müharibədən əvvəlki səviyy

15 fevral
.

Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir

Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 25-dən payız-qış uçuş cədvəlinə keçir. Bu barədə -a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib. Bildirilib ki, 2027-ci il martın 27-dək davam edəcək mövsümün proqramı Avropa, Türkiyə, Yaxın Şərq, Mərkəzi, Cənubi və Şərqi Asiya, eləcə də digər istiqamətlə

16 oktyabr
.

Braziliyada bir uşaq köpəkbalığı hücumu nəticəsində ölüb

Braziliyanın Olinda şəhərinin çimərliyində 13 yaşlı yeniyetmə köpəkbalığı dişləməsi nəticəsində həlak olub. "Report" xəbər verir ki, bu barədə "Agência Brasil" məlumat yayıb. Agentliyin yazdığına görə, oğlan dənizdə dostları ilə oynayarkən köpəkbalığı ona hücum edərək sağ budunu

1 fevral
.

Əraqçi: İranın yeni ali rəhbəri yaxın günlərdə seçiləcək

ABŞ və İsrail İrandakı siyasi sistemin dəyişməsinə ümid etməməlidirlər, bu vəzifə onlar üçün mümkün deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına verdiyi açıqlamada bildirib. "Əgər onların məqsədi sistemi dəyişdirməkdirsə

1 mart
.

Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb

Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb

17 may