Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir
Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 25-dən payız-qış uçuş cədvəlinə keçir.
Bu barədə Sonxeber.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, 2027-ci il martın 27-dək davam edəcək mövsümün proqramı Avropa, Türkiyə, Yaxın Şərq, Mərkəzi, Cənubi və Şərqi Asiya, eləcə də digər istiqamətlər üzrə beynəlxalq reysləri əhatə edir.
Avropa üzrə uçuş coğrafiyasına London, Paris, Berlin, Frankfurt, Roma, Milan, Vyana, Barselona, Budapeşt, Varşava, Praqa, Belqrad və Kişineu kimi şəhərlər daxildir. Mövcud cədvələ əsasən, Bratislava istiqamətində uçuşlar oktyabrın 28-dən planlaşdırılır.
Türkiyə istiqamətində İstanbul və Sabiha Gökçən hava limanlarına, həmçinin Ankara, Antalya, İzmir və Trabzona reyslər nəzərdə tutulur.
Yaxın Şərq istiqamətləri arasında Dubay, Şarja, Əbu-Dabi, Doha, Küveyt, Ər-Riyad və Ciddə yer alır. Qış aylarında istirahət planlaşdıran sərnişinlər üçün Şarm əl-Şeyx və Male istiqamətlərinə uçuşlar da mövsümi cədvələ daxildir.
Mərkəzi Asiya üzrə Almatı, Astana, Aktau, Daşkənd, Səmərqənd, Bişkek və Düşənbə kimi şəhərlərə reyslər planlaşdırılır. Cənubi və Şərqi Asiya üzrə uçuş proqramı isə Dehli, Mumbai, İslamabad, Lahor, Pekin və Urumçi istiqamətlərini əhatə edir.
"Payız-qış cədvəli üzrə reyslər "Azerbaijan Airlines", "Air Arabia", "Air Astana", "China Southern Airlines", "flydubai", "IndiGo", "Lufthansa", "Pegasus Airlines", "Qatar Airways", "Turkish Airlines", "Uzbekistan Airways", "Wizz Air" və digər aviaşirkətlər tərəfindən yerinə yetiriləcək.
Uçuş günləri və tezlikləri istiqamətə və mövsümün dövrünə görə fərqlənə bilər. Sərnişinlərə səfərlərini planlaşdırarkən seçdikləri tarixlər üzrə aktual cədvəli aviaşirkətlərin rəsmi kanallarından dəqiqləşdirmək tövsiyə olunur", - məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 180 Tarix: 16 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib
Son 24 saat ərzində Hörmüz boğazından 20 gəmi keçib. "Report"un məlumatına görə, bu barədə "Al Jazeera" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin məlumatına istinadən xəbər verib. "Son 24 saat ərzində İran hərbçiləri 20 gəminin Hörmüz boğazından keçidin
30 mayKİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb
ABŞ-nin bəzi şəhərlərində Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. "ICE - rədd ol!" - şüarının səsləndirildiyi qeyd olunub. Qəzetin məlumatın
1 fevralOteldə İNTİHAR: müştəri özünü binadan atdı
Rusiyanın paytaxtı Moskvada otelin müştərisi intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə saat gecə saatlarında Leninski prospektindəki yerləşən "Salyut" otelində baş verib. Moskva vilayətinin Mıtişi şəhərindən olan 37 yaşlı kişi binanın pəncərəsindən özünü atıb və hadisə yerind
19 oktyabr 2025Azərbaycana turist axını 8%-ə yaxın azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 191 ölkədən 1 milyon 586 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Gələnlərin 27,9 %-i Rusiya, 19,4 %-i Türkiyə, 7,
27 sentyabrHusilər İsrailə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər İsrailə növbəti raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər. "Report" TASS-a istinadən xəbər verir ki, hərəkatın nümayəndəsi Yəhya Saria bildirib ki, üsyançı qüvvələr Təl-Əvivdəki hərbi obyektə hipersəsli ballisti
3 may 2025ABŞ-də parkda silahlı qarşıdurma: Ölən və yaralananlar var
ABŞ-nin Nyu-Meksiko ştatının Las-Kruses şəhərində, parkda baş verən silahlı atışma nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "CBS4 Local" telekanalı məlumat verib. Hadisə zamanı yaralananların dəqiq sayının hələlik məlum olmadığı bildirilir. Məlumatda qeyd olunur ki, hazırda hadis
22 mart 2025