Dərman və avadanlıq problemi: Ayrılan vəsait niyə çatmır?

Dərman və avadanlıq problemi: Ayrılan vəsait niyə çatmır?Ötən il səhiyyəyə ayrılan büdcə vəsaitinin böyük hissəsi xərclənməyib. Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1 milyard 993,6 milyon manat vəsait ayrılması proqnozlaşdırılsa da, proqnozla müqayisədə 718.3 milyon manat az icra olunub.

Səhiyyə sahəsində ölkədə bəzi regionlarda kadr, dərman və avadanlıq çatışmazlıqları mövcuddur. Bu sektorda real ehtiyaclar olduğu halda proqnozlaşdırılan vəsait niyə xərclənməyib?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Dərman və avadanlıq problemi: Ayrılan vəsait niyə çatmır?

"Xərclərin və gəlirlərin optimallaşdırılması nəzərdə tutulur"

Millət vəkili Vüqar Bayramov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, yalnız səhiyyə deyil, digər sektorlarda da qənaət edilməsini müşahidə edirik: "Bunun müxtəlif səbəbləri var. Birincisi, artıq bir sıra sektorlarda, o cümlədən səhiyyə sektorunda maliyyələşmə təkcə dövlət büdcəsi hesabına deyil, həm də büdcədənkənar daxilolmalar vasitəsilə həyata keçirilir. Publik hüquqi şəxslərin sayında artım müşahidə olunur ki, bu da daxilolma mənbələrinin şaxələnməsinə gətirib çıxarıb. Digər tərəfdən, vəsaitlərin xərclənməsi müəyyən vaxt tələb edir. "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq tenderlərin keçirilməsi və satınalmaların reallaşdırılması zəruridir. Bir sıra hallarda dövlət müəssisələri qanunla müəyyən edilmiş müddətlərdə bu prosesləri həyata keçirə bilmirlər. Nəticədə, vəsaitlərin xərclənməsində çətinliklər yaranır, ayrılan vəsaitlərin bir hissəsi istifadə olunmur və növbəti ilə keçirilir. Amma nəzərə alsaq ki, tətbiq olunan büdcə yanaşması sıfır əsaslı büdcə (zero-based budgeting) prinsipinə əsaslanır, bu o deməkdir ki, hər il vəsaitlər əvvəlki illərin göstəricilərinə deyil, cari ilin real ehtiyaclarına uyğun şəkildə planlaşdırılır. 2026-cı ilin büdcəsi də göstərir ki, bu istiqamətdə xərclərin və gəlirlərin optimallaşdırılması nəzərdə tutulur. Yəni xərclər prioritetlərə uyğun müəyyənləşdiriləcək və sektorlara vəsait ayrılması onların real ehtiyacları əsasında həyata keçiriləcək".

Dərman və avadanlıq problemi: Ayrılan vəsait niyə çatmır?

Səmərəli, çevik, şəffaf xərclənmə...

Millət vəkili vurğulayır ki, Prezidentin tapşırığı ilə Azərbaycanda rəqəmsal dövlət maliyyəsi informasiya sistemi formalaşdırılır: "Artıq 29 yanvar 2026-cı il tarixində həmin informasiya sisteminin əsasnaməsi təsdiq edilib. Bu isə onu göstərir ki, xüsusilə dövlət satınalmaları ilə bağlı prosedurlar informasiya sistemi üzərindən həyata keçiriləcək. Bu da dövlət satınalmalarında vaxta qənaət edilməsinə, vəsaitlərin daha səmərəli, çevik və şəffaf xərclənməsinə imkan verəcək. Bu baxımdan, 2025-ci ilin yekunları və 2026-cı il üçün nəzərdə tutulan yanaşma səhiyyə sektoru da daxil olmaqla, bir sıra sahələrdə gəlirlərin optimallaşdırılmasına, ehtiyaclara və xərclərə uyğun vəsaitlərin ayrılmasına şərait yaradacaq".

Dərman və avadanlıq problemi: Ayrılan vəsait niyə çatmır?

"Ayrılan vəsait müalicə xərclərini qarşılamır"

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, səhiyyəyə ayrılan vəsait beynəlxalq standartlar çərçivəsində müalicə xərclərini tam şəkildə qarşılamaq üçün yetərli deyil. Sadəcə, hazırda ölkə iqtisadiyyatının imkanları bu səviyyədədir və biz də mövcud reallıqdan çıxış etməliyik: "Bu gün Azərbaycan səhiyyəsində həllini gözləyən kifayət qədər məsələ var. Bunlardan biri sistemin daha səmərəli şəkildə təşkil olunmasıdır. Digər vacib istiqamət kadr potensialının düzgün və balanslı paylanmasıdır. Eyni zamanda, dərman və tibbi avadanlıqların optimal bölgüsü təmin edilməlidir ki, regionlarda yaşayan əhali də bu imkanlardan lazımi səviyyədə faydalana bilsin. Problemlər icbari tibbi sığortanın tətbiqi ilə də bağlıdır. İcbari tibbi sığorta çərçivəsində ürək-damar xəstəlikləri üzrə əməliyyatlar və digər xidmətlərdən xeyli insan faydalanıb. Lakin sistemin təşkilində müəyyən çatışmazlıqlar mövcuddur. Randevu sistemi vaxtında və effektiv şəkildə qurulmayıb, sabit (fiks olunmuş) maaş mexanizmi tam formalaşdırılmayıb. Xəstəxanalarda sıxlıq, həkimlərin həddindən artıq çox sayda xəstəyə xidmət göstərmək məcburiyyətində qalması da əhalinin haqlı narazılığına gətirib çıxarır".

Dərman və avadanlıq problemi: Ayrılan vəsait niyə çatmır?

"Bəzi sahələrin pulsuz təmin edilməsi bu gün real deyil"

A.Qeybulla vurğulayır ki, icbari tibbi sığortanı tədricən inkişaf etdirmək lazımdır. Bu, elə şəkildə edilməlidir ki, insanlar ondan həqiqətən real fayda görsünlər: "Birinci növbədə doğuş, təxirəsalınmaz yardım və digər vacib sahələr icbari tibbi sığortanın himayəsi altında olmalıdır, çünki bu, sosial müdafiədir. Qalan xidmətlər vəsaitdən asılı olaraq dövlət və vətəndaş arasında bölünə bilər. İcbari tibbi sığortanın onkoloji xəstələri tam təmin etməsi mümkün deyil, çünki onkoloji xəstəliklər çox böyük maliyyə resursu tələb edir. Bahalı preparatlar və xəstələrin sayını nəzərə alaraq, bu sahəyə ciddi büdcə vəsaiti ayrılmalıdır. O baxımdan, bəzi sahələrin hələlik tam pulsuz və icbari tibbi sığorta çərçivəsində təmin edilməsi bu gün real deyil".

"Rayonlarda ciddi həkim çatışmazlığı var"

Sosial ekspert İlqar Hüseynov isə bu vəsaitin xərclənməməsini fərqli faktorlarla əlaqələndirir. Həmsöhbətimiz bildirir ki, ən ciddi məqam bu gün səhiyyə xidmətini göstərə biləcək kadrların azlığıdır: "Məsələn, dövlət 1 milyard 275 milyon vəsait ayırır, lakin bu vəsaiti ayırmazdan əvvəl konkret proqnoz yoxdur ki, ayrılan vəsait çərçivəsində xidmətləri göstərmək üçün kifayət qədər tibb personalı varmı? Statistikaya baxdıqda, demək olar ki, Azərbaycanın rayonlarında 50-dən çox həkim ixtisas qrupu üzrə ciddi çatışmazlıq var".

Dərman və avadanlıq problemi: Ayrılan vəsait niyə çatmır?

"Bu avadanlıqlar üçün böyük vəsaitlər xərclənir"

Həmsöhbətimiz vurğulayır ki, müəyyən avadanlıqların alınması üzrə proqnozlar olsa da, bəzi regionlarda, xüsusən kənd yerlərində həkim çatışmazlığı olduğu halda, həmin avadanlıqların alınması məqsədəuyğun hesab edilmir: "Məsələn, Göyçay və İmişli rayonları üçün radioloji müayinələr aparmaq məqsədilə MRT aparatının alınması planlaşdırıla bilər. Lakin həmin xidməti yerinə yetirəcək radioloq mövcud deyilsə, bu aparatın alınmasına ehtiyac yaranmır. Eyni yanaşma digər tibbi avadanlıqlar üçün də keçərlidir".

Kadr və avadanlıq çatışmazlığı, dərman təminatı

Mütəxəssisin sözlərinə görə, üçüncü səbəb dərman preparatları ilə bağlı ola bilər: "İcbari tibbi sığorta çərçivəsində dərman preparatlarının dövlət tərəfindən təchizatı nəzərdə tutulub. Lakin ola bilər ki, dərmanların alınmasına kifayət qədər vəsait xərclənməyib, çünki icbari tibbi sığorta onları tam əhatə etmir. Bundan əlavə, icbari tibbi sığorta çərçivəsində bəzi dərman preparatlarının çatışmazlığı da yarana bilər. Bəzi dərman qrupları həm özəl sektor, həm də dövlət tərəfindən təmin edilmir və ya zavodlarda istehsal problemləri mövcuddur. Nəticədə, bu vəsaitlərin xərclənməsi mümkün olmur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 258   Tarix: 15 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan-Litva münasibətlərində müşahidə olunan dinamika ölkəmizin beynəlxalq arenada artan nüfuzunun bariz göstəricisidir" - AÇIQLAMA

Azərbaycan və Litva energetika, kənd təsərrüfatı, müdafiə və təhsil sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir. Bu barədə "Report"a müsahibəsində Litvanın Baş naziri İnqa Ruqiniene bildirib. "Dünən kifayət qədər dolğun gün oldu: Prezident İlham Əliyev və Baş nazi

10 aprel
.

Bu gün Bakıda 550 küçə yuyulub - FOTO

Bu gün, aprelin 11-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib. Bu barədə -a Bakı Şəhər İcra Hakimiyyətini

11 aprel
.

Bu ilin ilk üç ayında Azərbaycanda 15-ə yaxın meyit donorunun orqanı başqasına köçürülüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 15-ə yaxın transplantasiya əməliyyatı meyit donordan götürülmüş orqanlar vasitəsilə icra olunub. Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib. Həmçini

12 aprel
.

Azərbaycanda bu avtomobillərə taksi fəaliyyəti QADAĞAN EDİLƏCƏK - RƏSMİ

Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək. "Yeni Sabah" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb. Sənəddə qey

12 aprel
.

Sabah yağış yağacaq

Aprelin 12-si gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimal

11 aprel
.

Keşlə qəsəbəsində kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır

05-06 aprel 2026-cı il tarixlərində intensiv yağan yağışlar nəticəsində Bakı dairəvi magistral kollektorunda su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə. Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşması nəticəsində ərazidə yaranmış fəsadların aradan qaldırılması v

11 aprel
.

"Oğlum onun qurbanlarından biri olub" - Həbs edilən sahibkarın atası

Ötən ilin 21 noyabrında Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə həbs edilən Bəhruz Paşayevin atası istintaqın gedişatından narahatdır. "Qafqazinfo"ya müraciət edən Sabir Paşayev baş vermiş yanğına görə "İvolt" MMC-nin rəhbərinin məsuliyyət daşıdığını deyib

10 aprel
.

Mehriban Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığ

12 aprel
.

"Mən də atam kimi mahnı oxumaq istəyirəm"

Qızı Əminə Xalq artisti Emin Ağalarovla bağlı sualları cavablayıb. Axşam.az xəbər verir ki, Əminə ad günündə Eminin ona mahnı bəstələməsinə münasibət bildirib:. "İlk dəfə mahnıya qulaq asanda nə hiss etdiyimi tam bilmirəm. Çempionatımdan bir hissəni də oraya əlavə etməsi mənim çox xoşuma gəldi"

12 aprel