Hansı hallarda vətəndaşlar hüquqlarının pozulduğunu gec anlayırlar? - AÇIQLAMA
Hüquqların pozulması hər zaman açıq və dərhal hiss olunan formada baş vermir. Bir çox hallarda vətəndaşlar hüquqlarına müdaxilə edildiyini ya gec anlayır, ya da ümumiyyətlə bunun hüquqi məsələ olduğunu fərq etmir.
Hüquqi savadlılığın yetərli olmaması, etibar münasibətləri və sənədlərin diqqətlə oxunmaması bu gecikmənin əsas səbəblərindəndir.
Bəs görəsən hansı hallarda vətəndaşlar hüquqlarının pozulduğunu gec anlayırlar?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Praktikada insanlar ən çox müqavilə münasibətlərində hüquqlarının pozulduğunu gec anlayırlar. Məsələn, kredit, icarə, əmək və ya alqı-satqı müqavilələrində şərtlər diqqətlə oxunmur, əlavə maddələrə əhəmiyyət verilmir. Nəticədə cərimə, faiz, birtərəfli ləğvetmə və ya əlavə öhdəliklər ortaya çıxanda şəxs artıq hüquqi risklə üzləşmiş olur.
Digər geniş yayılmış hal əmək münasibətləri ilə bağlıdır. Bir çox işçi əmək müqaviləsi olmadan çalışır və ya müqavilədə göstərilən şərtlərlə faktiki iş şəraiti arasında fərqi nəzərə almır. İşdən çıxarıldıqdan və ya əməkhaqqı problemi yarandıqdan sonra hüquqlarının pozulduğunu anlayırlar.
Əmlak məsələlərində də oxşar vəziyyət müşahidə olunur. İnsanlar sənədlərin hüquqi statusunu tam araşdırmadan əmlak alır, etibarnaməyə həddindən artıq güvənir və ya dövlət qeydiyyatının əhəmiyyətini kiçik hesab edirlər. Mübahisə yarandıqda isə artıq gec olur.
Bundan əlavə, ailə hüququ, miras bölgüsü və borc münasibətlərində də vətəndaşlar çox vaxt şifahi razılaşmalara güvənirlər. Hüquq isə əsasən yazılı sübutlara əsaslandığı üçün sonradan öz mövqelərini sübut etməkdə çətinlik çəkirlər.
Ümumilikdə, insanlar hüquqlarının pozulduğunu ən çox o zaman gec anlayırlar ki, münasibətlər etimad üzərində qurulur, sənədlər diqqətlə oxunmur və ya "mənə heç nə olmaz" düşüncəsi ilə hüquqi risklər kiçildilir. Hüquqi maariflənmə və hər hansı ciddi sənədə imza atmadan əvvəl mütəxəssis məsləhəti almaq bu kimi halların qarşısını əhəmiyyətli dərəcədə azalda bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1123 Tarix: 16 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ
Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa
1 noyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabr