Bakı-Şamaxı yolunda "KamAZ" sərnişin avtobusuna ÇIRPILIB: Xəsarət alanların vəziyyəti açıqlandı
Bakı-Şamaxı yolunda "KamAz" markalı yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin, Kliniki Tibbi Mərkəzin və Respublika Neyrocərrahiyyə Xəstəxanasının birgə məlumatında bildirilir ki, martın 6-da saat 07:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəza səbəbindən Bakı-Şamaxı yolundan çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müştərək travma diaqnozu ilə üç nəfər (iki qadın, bir kişi) Kliniki Tibbi Mərkəzə, bir nəfər (qadın) Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının Neyrotravma şöbəsində müalicəsi davam etdirilən pasiyentin isə vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq "KamAz" sürücüsü və avtobusda olan üç sərnişinin xəsarət aldıqları bildirilib.
Qeyd olunub ki, dayanacaqda dayanan 1965-ci il təvəllüdlü Bəylər Cümşüd oğlu Yusubovun idarə etdiyi "Daewoo" markalı 10-TH-152 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılan 1994-cü il təvəllüdlü Sərxan Səxavət oğlu Kazımovun idarə etdiyi "KamAz" markalı 10-GG-967 dövlət nömrə nişanlı yük avtomobili olub.
Faktla bağlı araşdırma aparılır.
11:25
"KamAZ" markalı yük avtomobili dayanacaqda dayanmış "Daewoo" markalı sərnişin avtobusu ilə toqquşub. Baş verən hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) müraciət yayımlayıb.
Oxu.Az həmin müraciəti təqdim edir:
"Qeyd edilməlidir ki, son vaxtlar eyni istiqamətdə və eyni hərəkət zolağında hərəkət edən nəqliyyat vasitələrinin toqquşması ilə nəticələnən qəzaların sayında artım müşahidə olunur. Belə hadisələr əksər hallarda sürücülərin idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə yol verməsi, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməsi, eləcə də ara məsafəsini düzgün seçməməsi ilə əlaqəli olur.
BDYPİ bir daha sürücülərə müraciət edərək avtomobil idarə edərkən onlardan diqqəti yayındıran hərəkətlərdən çəkinməyi, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi, yol hərəkəti qaydalarına, eləcə də iş və istirahət rejiminə ciddi əməl etməyi tələb edir".
10:58
Bakı-Şamaxı yolunda sərnişin avtobusunun qəzaya uğramasına səbəb yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq 114 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən "Xaliq Faiqoğlu" şirkətindən məlumat verilib.
Qeyd olunub ki, sürücü B.Yusibovun idarə etdiyi "Daewoo" markalı avtobus dayanacaqda olarkən yük maşını idarəetmədən çıxaraq avtobusa çırpılıb.
"Nəticədə avtobusa xeyli zərər dəyib, həmçinin bir neçə sərnişin xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və müvafiq araşdırmalar aparılır", - deyə məlumatda bildirilir.
10:16
Bakı-Şamaxı yolunda sərnişin avtobusu qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, "KamAZ" markalı yük avtomobili 114 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Hadisənin bu gün səhər saatlarında baş verdiyi qeyd olunur. Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əlvida, 24 saat: Yer kürəsində 25 saatlıq günün görünəcəyi tarix açıqlandı
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
"WhatsApp"dan sürpriz qərar: Buna görə pul ödəyəcəyik
Alena Əliyeva konsertdə - Fotolar
Dəhşətli qəzada ölən şəxs müəllim imiş
Nuhun gəmisi oradadır - TƏSDİQLƏNDİ
Maraq üçün məzarın içinə girən gənclər az qala öləcəkdilər - VİDEO
5 aylıq hamilə qadın öldü - 5 il sonra ana olacaqdı
Nevroloqlar bu gün dayandırmalı olduğunuz 5 vərdişi açıqladı
Məktəblərdə kütləvi yoxlamalara başlanıldı
Metrodakı görüntü müzakirə yaratdı - FOTO
Mələkxanım Eyubova həyat yoldaşı ilə - Fotolar
Niyə yaşımız artdıqca aşıq olmaq çətinləşir? - AÇIQLAMA
"Anam atamı öldürdü, ertəsi gün məni geyindirib məktəbə göndərdi" - Fotolar
Psixiatriya xəstəxanasında ölən Miri ilə bağlı - Həbs edilən var