Nuhun gəmisi oradadır - TƏSDİQLƏNDİ
Amerikalı tədqiqatçı Endryu Cons Türkiyənin Ağrı dağı ərazisindəki qaya formasiyası ilə bağlı yeni iddia irəli sürüb.
Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Cons "GB News"-a verdiyi müsahibədə əldə olunan son elmi nəticələr əsasında bu ərazinin Nuhun gəmisi ilə əlaqəli ola biləcəyini iddia edib.
Onun sözlərinə görə, hələ 1959-cu ildə aşkarlanan gəmi formalı qaya strukturu üzərində aparılan son tədqiqatlar diqqətçəkən nəticələr ortaya qoyub. Yeraltı radar araşdırmaları nəticəsində ərazidə tunellər və mərkəzi boşluqların aşkar edildiyi bildirilir. Tədqiqatçı bu strukturların təsadüfi olmadığını və müəyyən plan əsasında formalaşdığını iddia edir.
Alim əlavə edib ki, geofiziki üsullardan, xüsusilə yeraltı radar və infraqırmızı görüntüləmə texnologiyalarından istifadə nəticəsində dağın dərinliklərində gəmi formasına bənzər quruluş müşahidə olunub. Onun fikrincə, bu, təbii deyil və insan fəaliyyəti ilə əlaqəli ola bilər.
2024-cü ildə ərazidən götürülmüş 88 torpaq nümunəsinin analizi də diqqətçəkən fərqlər ortaya qoyub. Araşdırmaya əsasən, qaya formasiyasının daxilindəki torpaqda üzvi maddələrin miqdarı daha çox, kalium səviyyəsi isə təxminən 38 faiz yüksək olub.
Bundan başqa, həmin ərazidə dəniz canlılarına aid fosil qalıqlarının tapılması bu yerin bir vaxtlar su altında qaldığını göstərir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3185 Tarix: 22 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır
ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr
19 sentyabrHellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər
Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv
16 sentyabrAvstraliyada köpəkbalığının hücumu nəticəsində üzgüçü ölüb
Qərbi Avstraliya ştatındakı məşhur Sorrento çimərliyinin yaxınlığında çimərkən köpəkbalığının hücum etməsi nəticəsində bir nəfər ölüb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib. Hücumla bağlı məlumatdan sonra sahilə təcili xidmətlə
18 sentyabrAzadlıq heykəlinin məşəli 110 ildir bağlıdır: 1916-cı ildə nə baş verib?
Hər il milyonlarla turist Nyu-Yorkdakı Azadlıq heykəlini ziyarət edir, lakin onun məşəlinə qalxmağa icazə verilmir. Abidənin ən yüksək müşahidə meydançasına giriş hələ 1916-cı ildə bağlanıb. Bu gün turistlər Azadlıq heykəlinin tacına qədər 162 pillə qalxa bilirlər, lakin məşələ aparan yolu artıq 11
16 sentyabrTramp Rusiya neftinə 100% tarif tətbiq edən qanunu imzaladı
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları genişləndirən və ona Rusiya enerjisini almağa davam edən ölkələrə tarif tətbiq etmək üçün əlavə səlahiyyət verən qanun imzalayıb. xəbər verir ki, xüsusilə, sənəd Rusiya neft və qazının əsas alıcıları olan ölkələrdən gələn mallara 100%-ə qədər gömrü
19 sentyabrƏrdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri
17 sentyabrGöyçə gölü üzərindəki tornadonun görüntüləri paylaşıldı - VİDEO
Ermənistanda, Sevan (Azərbaycan toponimi - Göyçə) gölündə tornado müşahidə olunub. xəbər verir ki, görüntüləri Ermənistan Hidrometeorologiya Mərkəzinin rəis müavini Qaqik Surenyan özünün sosial şəbəkə hesablarında paylaşıb. Göyçə gölü üzərində qeydə alınmış burulğan görüntüləri marağa səbəb olub
19 sentyabrABŞ İranın 104 ticarət gəmisini ələ keçirib
İranın dəniz blokadası bərpa olunandan bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və ya çıxan 104 ticarət gəmisini saxlayıb. xəbər verir ki, bunu ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib. "ABŞ qüvvələri qaydalara tam uyğunluğunu təmin etmək üçün 104 ticarət gəmisin
18 sentyabr