Türkiyədə məhkəmədən sürpriz qərar: Qalata qülləsi ilə bağlı mübahisəyə nöqtə qoyuldu

Türkiyədə məhkəmədən sürpriz qərar: Qalata qülləsi ilə bağlı mübahisəyə nöqtə qoyulduİstanbulun ikonik tikililərindən biri olan Qalata qülləsinin mülkiyyəti ilə bağlı hüquqi proses başa çatıb.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bununla bağlı açıqlamada qüllənin mülkiyyətinin vəqf qeydlərinə və mövcud qanunvericiliyə uyğun olaraq Vəqflər Baş İdarəsinin yurisdiksiyasında qalacağı bildirilib.

"Torpaq qeydiyyatı, kadastr və arxiv sənədləri Qalata qülləsinin "Kule-i Zemin Vəqfi"nə aid olduğunu açıq şəkildə göstərir. Bu qərarla tarixi irsimiz olan Qalata qülləsi ilə bağlı hüquqi proses yekunlaşdı", - deyə məlumatda qeyd olunub.

Araşdırmalar nəticəsində məlum olub ki, qüllə Beyoğlu rayonunun Bərəkətzadə məhəlləsində yerləşir və 1900-cü il tarixli torpaq qeydiyyatı sənədlərində, həmçinin 12 iyun 1943-cü il tarixli kadastr qeydlərində "Kule-i Zemin Vəqfi"nin adına qeydiyyata alınıb.

Qeyd edilib ki, sözügedən vəqf 1923-cü ildən etibarən qülləni qanunvericiliyə uyğun şəkildə Vəqflər Baş İdarəsi vasitəsilə idarə edir.

Digər tərəfdən, Qalata qülləsi və ətrafı İstanbul 2 saylı Mədəni və Təbiət İrsinin Qorunması Qurumunun 24 dekabr 2009-cu il tarixli qərarı ilə qorunmalı mədəni irs obyekti kimi qeydiyyata alınıb.

5737 saylı Vəqflər Qanunu çərçivəsində isə qüllə 13 may 2019-cu il tarixində "Kule-i Zemin Vəqfi"nin adına yenidən qeydiyyata alınıb.

İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən qaldırılan iddiada qüllənin bələdiyyə adına qeydiyyata alınması tələb olunub. Lakin məhkəmə mövcud vəqf qeydlərini, arxiv sənədlərini və qüvvədə olan qanunvericiliyi qiymətləndirdikdən sonra iddianın təmin edilməməsi barədə qərar verib. Bu qərarla Qalata qülləsinin Vəqflər Baş İdarəsi tərəfindən idarə olunmağa davam edəcəyi hüquqi olaraq təsdiqlənib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 602   Tarix: 29 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi

Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla

19 sentyabr
.

"Hraparak": Hindistan dronları qalib gəldi

"Bizdə olan məlumata görə, Müdafiə Nazirliyi digər ölkələrdə pilotsuz texnologiyaların inkişafını yaxından izləməyə davam edir. Onlar artıq yerli pilotsuz uçuş aparatları istehsalçıları ilə əməkdaşlıq etsələr də, Ermənistan Silahlı Qüvvələri üçün daha böyük təchizat təmin etmək qərarına gəliblər

19 sentyabr
.

Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub

Rusiya və Ukrayna hərbi qulluqçuların meyitlərinin yeni mübadiləsini həyata keçirib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib. Onun məlumatına görə, mübadilə Belarus-Ukrayna sərhədindəki "Novaya Quta" buraxılış məntəqəsində baş tutub. Rusiy

17 sentyabr
.

ABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır

ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr

19 sentyabr
.

Rusiyada ayılara görə komendant saatı tətbiq edildi

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində qəhvəyi ayıların mütəmadi olaraq şəhər ərazisinə daxil olması və insanlara hücum etməsi səbəbindən komendant saatı tətbiq olunub. xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb. Qərara əsasən, Baykalsk sakinləri və şəhərə gələn qonaqla

19 sentyabr
.

Təkcə göydələnlər deyil: Az adamın bildiyi başqa Dubayı harada görmək olar?

Dubay nəhəng göydələnləri, dəbdəbəli ticarət mərkəzləri və bahalı restoranları ilə assosiasiya olunur. Lakin əmirliyin parlaq fasadının arxasında tarixi məhəllələr, qədim qayıqlar və küçə yeməkləri də gizlənir. Qaynarinfo xəbər verir ki, Yaxın Şərqdəki gərgin vəziyyətə baxmayaraq, Dubayda həyat adi ritmd

17 sentyabr
.

Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"

Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib. "Düşünürəm ki, Gürcüstan nümayəndə heyətin

19 sentyabr
.

Tramp Rusiya neftinə 100% tarif tətbiq edən qanunu imzaladı

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları genişləndirən və ona Rusiya enerjisini almağa davam edən ölkələrə tarif tətbiq etmək üçün əlavə səlahiyyət verən qanun imzalayıb. xəbər verir ki, xüsusilə, sənəd Rusiya neft və qazının əsas alıcıları olan ölkələrdən gələn mallara 100%-ə qədər gömrü

19 sentyabr
.

Bu ölkə kitab oxuyanlara pul verəcək

Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali

17 sentyabr