Kömək üçün gəldilər, söyüş eşidəndə sərxoş sürücünü döydülər - VİDEO
Nevşehirdə baş verən yol-nəqliyyat hadisəsindən sonra hadisə yerinə kömək üçün gələn şəxslər sərxoş sürücünü döyüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Esentepe məhəlləsi, Ürgüp prospektində yerləşən Balonlu yolayrıcında qeydə alınıb. Məlumata görə, 34 BLM 448 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mervenur A. svetoforun qırmızı işığında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan 38 ALK 573 nömrəli avtomobilin sürücüsü Feridun Y. isə vaxtında dayana bilməyərək qarşıdakı nəqliyyat vasitəsinə çırpılıb.
Qəzadan sonra tərəflər avtomobildən düşərək mübahisə etməyə başlayıb. Hadisəni görən vətəndaşlar da kömək məqsədilə maşınlarından eniblər. Bu zaman sərxoş olduğu bildirilən sürücü Feridun Y. həm qarşı tərəfə, həm də köməyə gələn insanlara qarşı nalayiq ifadələr işlədib. Nəticədə mübahisə qısa müddətdə davaya çevrilib. Vətəndaşlar təhqirlərə görə sürücünü və onun yanında olan şəxsi döyərək hadisə yerindən uzaqlaşıblar.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Zərərçəkən sürücü Mervenur A. bildirib ki, qarşı tərəf əvvəlcə sürücü olduğunu inkar edib, polis çağırılmasına mane olmağa çalışıb və daha sonra onu və ailə üzvlərini hədələyib.
Sərxoş sürücü ilkin olaraq alkoqol testindən keçməkdən imtina edib. Daha sonra təcili yardım avtomobilində testdən keçməyə cəhd etsə də, buna nail ola bilməyib. Döyülən sürücü və onun dostu ilkin tibbi yardımdan sonra Nevşehir Dövlət Xəstəxanasına yerləşdirilib.
Hadisə nəticəsində sərxoş sürücüyə 25 min lirə məbləğində inzibati cərimə tətbiq olunub, sürücülük vəsiqəsi 6 ay müddətinə əlindən alınıb. Həmçinin avtomobilin istismarına da qadağa qoyulub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 713 Tarix: 01 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabr