AFP: "Yaponiya və Çin arasında mübahisəli adalarla bağlı gərginlik yenidən artıb"
Yaponiya və Çin arasında Şərqi Çin dənizində yerləşən mübahisəli adalar ətrafında növbəti gərginlik yaşanıb. Tərəflər bir-birini ərazi sularını pozmaqda ittiham ediblər.
AFP-nin məlumatına görə, noyabrın 26-da iki Çin Sahil Mühafizəsi gəmisi Yaponiyaya məxsus balıqçı qayığına yaxınlaşmağa çalışıb. Hadisə Yaponiya ilə Çin arasında uzun illərdir mübahisə predmetinə çevrilən Senkaku və Diaoyu adalarının yaxınlığında baş verib.
Yaponiya Sahil Mühafizəsinin açıqlamasına görə, Çin gəmiləri yerli vaxtla saat 07:42-də əraziyə daxil olub. Yapon tərəfi Çin gəmilərinə ərazini tərk etmələri ilə bağlı dəfələrlə xəbərdarlıq edib.
Yaponiya Sahil Mühafizəsi Çin gəmilərinin fəaliyyətini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və patrul gəmilərinin ərazidən çıxmaq tələblərini davam etdirdiyini bildirib.
AFP-yə açıqlama verən Yaponiya Sahil Mühafizəsi nümayəndəsi qeyd edib ki, bu, 2026-cı ildə Çin gəmilərinin mübahisəli ərazidə Yaponiya balıqçı qayığına yaxınlaşdığı beşinci hadisədir.
Çin tərəfi isə adalar üzərində suverenlik iddiasını bir daha təkrarlayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Yaponiya tərəfinə ciddi etiraz bildirildiyini açıqlayıb. Onun sözlərinə görə, Çin Sahil Mühafizəsi gəmiləri müvafiq qaydalara uyğun olaraq lazımi nəzarət tədbirləri həyata keçirib.
Qeyd edək ki, iyul ayında da iki ölkənin sahil mühafizə gəmiləri mübahisəli adaların yaxınlığında üz-üzə gəlmişdi. Hər iki tərəf qarşı tərəfin gəmilərinin öz ərazi sularına daxil olduğunu iddia etmişdi.
Sonxeber.az AFP-yə istinadən xəbər verir ki, Tokio ilə Pekin arasında münasibətlər Yaponiyanın Baş naziri Sanae Takaichinin 2025-ci ildə Çin Tayvana hücum edəcəyi təqdirdə Yaponiyanın hərbi müdaxilə edə biləcəyini bildirməsindən sonra daha da pisləşib. Pekin buna cavab olaraq ticarət məhdudiyyətləri tətbiq edib və öz vətəndaşlarına Yaponiyaya səfər etməmək barədə xəbərdarlıq edib.
Çin Prezidenti Si Cinpin ötən həftə regional görüş çərçivəsində Yaponiyanın baş naziri ilə görüşməkdən də yayınıb.
Mübahisəli adalar ətrafında baş verən son hadisə Şərqi Asiyada onsuz da gərgin olan təhlükəsizlik vəziyyətini yenidən gündəmə gətirib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Azərbaycanda zəlzələ oldu
Qurbağa əti yemək sağlamlıq üçün faydalıdır, yoxsa təhlükəli? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
İş görməyə həvəsin, gücün yoxdur? - Bu iki hormonu yoxladın
Qadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır
Bakının bu ərazisində evlər söküləcək - Kompensasiya məbləği bilindi - Video
Torpağın real ölçüsü sənəddə fərqli göstərilibsə, vətəndaş nə etməlidir? - Hüquqi çıxış yolu - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sulutəpədə ölən 2 bacının xalası danışdı
Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş
"Hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır" - BƏHRUZ QULİYEV
Rafetin keçmiş xanımları ilə azərbaycanlı nişanlısı arasında qalmaqal
Aztəminatlı ailələr üçün kommunal xidmətlərdə sosial tarif tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Ya sülh olacaq, ya da erməni qəbiristanlıqları genişlənəcək
42 yaşlı rəis qəfil vəfat etdi