Reuters: Naməlum dron Latviyanın hava məkanına daxil olub - NATO qırıcıları havaya qaldırılıb
Latviyanın hava məkanı noyabrın 27-də səhər saatlarında naməlum pilotsuz uçuş aparatı tərəfindən qısa müddətə pozulub. Hadisəyə cavab olaraq NATO qırıcıları havaya qaldırılıb, Latviyanın silahlı qüvvələri isə müdaxilə məqsədilə xüsusi pilotsuz uçuş aparatı işə salıb.
Reuters-in məlumatına görə, Latviyanın Silahlı Qüvvələri dronun ölkənin şərq sərhədi yaxınlığında hərəkət etdiyini və qısa müddət ərzində Latviya ərazisinə daxil olduğunu açıqlayıb.
Hadisədən sonra ölkənin şərqində yerləşən Ludza bələdiyyəsində hava məkanına təhlükə ilə bağlı xəbərdarlıq elan edilib. Yerli vaxtla saat 02:30-da qüvvəyə minən narıncı xəbərdarlıq saat 02:55-də ləğv olunub.
Daha sonra Ludza bölgəsinin şimalında yerləşən Balvi bələdiyyəsində mümkün hava təhlükəsi ilə bağlı sarı xəbərdarlıq verilib. Bu xəbərdarlıq da təxminən saat 03:30-da aradan qaldırılıb.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Latviya hərbi qüvvələrinin məlumatına görə, hadisəyə reaksiya olaraq NATO-nun Baltikyanı ölkələrin hava məkanının patrul xidməti çərçivəsində fəaliyyət göstərən qırıcıları havaya qaldırılıb. Həmçinin Latviyanın Silahlı Qüvvələrinə məxsus müdaxilə dronu işə salınıb. Həmin aparat uçuşdan sonra buraxıldığı yerə qayıdıb.
Hadisə Rusiyanın Leninqrad vilayətində pilotsuz uçuş aparatlarının hücumuna qarşı müdafiə tədbirlərinin həyata keçirildiyi vaxt baş verib. Vilayətin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, bölgədə 40-dan çox dron vurulub.
Latviyanın hava məkanının pozulması Ukraynada davam edən müharibənin digər Avropa ölkələrinin təhlükəsizliyinə də təsir göstərə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Xatırladaq ki, bu həftənin əvvəlində Polşa da Rusiya kəşfiyyat dronunun ölkənin hava məkanına daxil olduğunu bildirərək Moskvaya qarşı ittihamlar səsləndirmişdi.
Reuters yazır ki, Baltikyanı ölkələrdə hava məkanının pozulması halları regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Azərbaycanda zəlzələ oldu
Qurbağa əti yemək sağlamlıq üçün faydalıdır, yoxsa təhlükəli? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
İş görməyə həvəsin, gücün yoxdur? - Bu iki hormonu yoxladın
Qadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır
Bakının bu ərazisində evlər söküləcək - Kompensasiya məbləği bilindi - Video
Torpağın real ölçüsü sənəddə fərqli göstərilibsə, vətəndaş nə etməlidir? - Hüquqi çıxış yolu - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sulutəpədə ölən 2 bacının xalası danışdı
Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş
"Hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır" - BƏHRUZ QULİYEV
Rafetin keçmiş xanımları ilə azərbaycanlı nişanlısı arasında qalmaqal
Aztəminatlı ailələr üçün kommunal xidmətlərdə sosial tarif tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Ya sülh olacaq, ya da erməni qəbiristanlıqları genişlənəcək
42 yaşlı rəis qəfil vəfat etdi