Cəlilabadda 85 yaşlı kişinin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI
Cəlilabad rayonunda 85 yaşlı kişinin ölümü ilə nəticələnən yanğın hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə dünən gecə saat 23 radələrində rayonun Maşlıq kəndi ərazisində baş verib. Kənd sakini, 1941-ci il təvəllüdlü Bəhrəm Bayrı oğlu Nuriyev psixoloji problemləri ilə əlaqədar ailəsindən ayrılıbmış. O, ailəsindən ayrılandan sonra eyni həyətdə özünə ikiotaqlı ev tikib və orada tək yaşamağa başlayıb. Uzun illər tək yaşayan B.Nuriyevin qaldığı evdə gecə saatlarında qısaqapanmadan yanğın baş verib. Yanğın zamanı B.Nuriyev yatmış vəziyyətdə olduğundan tüstüdən boğulub ölüb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürəndən sonra onun meyitini otaqda aşkarlayıblar.
09:41
Cəlilabaddakı güclü yanğın zamanı yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.
Sonxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, yanğınsöndürənlər tərəfindən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.
"Yanğın nəticəsində ümumi sahəsi 50 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 15 kv.m olan talvarın taxta atmaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1941-ci il təvəllüdlü Bəhrəm Bayrı oğlu Nuriyevin meyiti aşkar edilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır", - deyə bildirilib.
09:16
Cəlilabadda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 1-də saat 23 radələrində Cəlilabad rayonu, Maşlıq kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 1941-ci il təvəllüdlü Bəhrəm Bayrı oğlu Nuriyev yaşadığı - qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə baş vermiş yanğın nəticəsində ölüb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 555 Tarix: 02 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabr