Tur şirkəti 200 nəfəri Kəbə ziyarəti adı ilə aldadıb, pullarını oğurlayıb
Türkiyənin Sakarya vilayətinin Akyazı rayonunda təxminən 200 nəfər Kəbə ziyarəti üçün ödədikləri pulu geri ala bilmədiklərini iddia edərək polisə müraciət edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sözügedən şəxslər Kəbə ibadətini yerinə yetirmək üçün bir tur şirkəti ilə əlaqə saxlayıb və hər biri orta hesabla 1500 ABŞ dolları ödəyib. Lakin ödənişdən sonra şirkət nümayəndəsi ilə əlaqənin kəsildiyi bildirilir. Vətəndaşlar qeyd ediblər ki, onların uçuşu 3 aprel tarixində planlaşdırılıb, lakin səfər baş tutmayıb.
Zərərçəkənlər məsələ ilə bağlı Akyazıdakı polis bölməsinə gedərək şikayət ərizəsi təqdim ediblər.
İddialara görə, İstanbul mərkəzli Həcc və Kəbə xidməti göstərən turizm şirkətinin təkcə Sakaryada deyil, həm də Kocaeli və Düzce bölgələrindəki vətəndaşları da aldadaraq eyni üsulla vəsait topladığı ehtimal olunur.
Şirkətin Sakarya filialı isə məsələ ilə bağlı açıqlama yayaraq özlərinin də zərərçəkən olduqlarını bildirib. Açıqlamada qeyd olunub ki, təşkilati və maliyyə məsələləri mərkəzi ofis tərəfindən idarə edildiyindən yaranmış problemlərə birbaşa müdaxilə etmək imkanları yoxdur. Filial həmçinin zərərçəkən vətəndaşlara hüquqi yollara müraciət etməyi tövsiyə edib və özlərinin də hüquqi prosesə başladığını vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 750 Tarix: 03 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabr