Çində əvvəllər məlum olmayan insan növünün izləri aşkarlanıb

Çində əvvəllər məlum olmayan insan növünün izləri aşkarlanıbÇində alimlər əvvəllər məlum olmayan, sonradan isə demək olar ki, izsiz yoxa çıxmış qədim insan nəslinin izlərini aşkar ediblər.

Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Current Biology" jurnalında dərc olunub.

Çin Elmlər Akademiyasının genetikləri Pekin yaxınlığındakı Dunhulin arxeoloji ərazisində dəfn olunmuş üç insanın DNT-sini araşdırıblar. Bu şəxslər son buzlaşmadan sonra - iqlimin sürətlə dəyişdiyi istiləşmə dövründə yaşayıblar.

Təhlillər göstərib ki, insanlardan biri Şərqi Asiyada indiyədək məlum olmayan genetik qolun nümayəndəsi olub. Alimlər onun ən yaxın genetik oxşarlığını təxminən 19 min il əvvəl Amur çayı ətrafında yaşamış insanla müəyyən ediblər.

Lakin təxminən 2 000 il sonra eyni ərazidə tam fərqli genetik mənşəyə malik gənc kişi dəfn edilib. Onun DNT-si daha çox Monqolustan yaylası ilə əlaqəli populyasiyalara yaxın olub. Bu da bölgədə əhalinin zamanla dəyişdiyini göstərir.

Buna baxmayaraq, arxeoloji tapıntılar mədəni davamlılığın qorunduğunu göstərir. Daş alətlər, keramika və bitkilərin emalı üsulları demək olar ki, dəyişməyib.

Alimlərin qənaətinə görə, aşkar edilən bu qədim insan xətti zamanla digər əhali qrupları ilə qarışaraq demək olar ki, müasir Şərqi Asiya əhalisinin genomundan silinib. Bu gün onun izlərinə yalnız nadir hallarda rast gəlinir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 302   Tarix: 06 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu tarixə qədər qarpız yeməyin

Vaxtından əvvəl yetişən qarpızlara tez-tez həddindən artıq nitrat gübrələri verilir ki, bu da insanlarda zəhərlənmə simptomları yarada bilir. Bu, xüsusən də uşaqlar və yaşlılar üçün təhlükəlidir. -a istinadən xəbər verir ki, bunu RİA Novosti-yə diyetoloq, tibb elmləri namizədi Olqa Yamilova deyib. Onu

30 may
.

Xanımı dünyasını dəyişən kənd sakinindən örnək addım - VİDEO

Zaqatalanın Fındıqlı kəndində yaşayan Abdulməcid Ziyadov mərhum həyat yoldaşının xatirəsini yaşatmaq və kəndə faydalı iş görmək məqsədilə örnək addım atıb. O, yas mərasimi üçün nəzərdə tutulan vəsaiti kənd qəbiristanlığına gedən yolun təmirinə sərf edib. Baku TV-nin xəbərinə görə, 42 illik ailə həyatında

24 may
.

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə mayın 28-də Xankəndi şəhərindəki Zəfər parkında ucaldılan Zəfər tağının önünə gül dəstələri düzüb. bu barədə AZƏRTAC-a istinadən xəbər verir

28 may
.

Alimlər "üçüncü göz"ü aşkarladılar

Böyük Britaniya və İsveçdən olan tədqiqatçılar insan kəlləsinin dərinliyində yerləşən sirli "üçüncü göz"ün izlərini araşdıraraq onun insan təkamülündəki rolunu müəyyən etməyə çalışıblar. -a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Current Biology" jurnalında dərc olunub

27 may
.

İspaniyada 100 ildir itkin düşən XVII əsrə aid kilsə rəsmləri tapılıb

İspaniya Milli Polisi XVII əsr Sevilya məktəbinin nümayəndəsi, rəssam Lukas Valdesə məxsus iki yağlı boya tablosunu aşkar edib. xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumatda bildirilir. Məlumata əsasən, yerli xəstəxanalardan birinə məxsus olan bu rəsmlər təxminə

26 may
.

Bütün zamanların ən çox satılan telefonu

Uzun illərdir smartfon bazarında Apple məhsulları üstünlük təşkil etsə də, tarixdə ən çox satılan mobil telefon modeli iPhone olmayıb. Araşdırmalara görə, rekord hələ də 200-ci illərin əvvəllərində təqdim olunan düyməli Nokia 1100 modelinə məxsusdur. xarici mediaya istinadla xəbər verir ki, 2003-cü ild

26 may
.

Bir ay taleyinizdən şikayət etməyi dayandırsanız, həyatınızda nə dəyişər?

Heç fikir vermisinizmi ki, daim narazı olan biri ilə söhbətdən sonra sanki enerjiniz tükənir və heç kimi görmək istəmirsiniz? Şikayət etmək bir növ virus kimidir - havadan yoluxur. xarici mediaya istinadən xəbər verir ki, alimlər daim şikayət etmə vərdişinin beynin neyron əlaqələrini dəyişdirdiyi qənaətin

26 may
.

Şokedici kəşf: "Wi-Fi" artıq sadəcə internet deyil - İnsanları izləyən sistem hazırlanıb

Karlsrue Texnologiya İnstitutunun almaniyalı tədqiqatçıları ənənəvi "Wi-Fi" siqnallarından istifadə edərək insanları demək olar ki, 100 faiz dəqiqliklə tanımağa imkan verən yeni üsul kəşf ediblər. xəbər verir ki, bu barədə "ScienceDaily" jurnalı məlumat yayıb. Mütəxəssislərin sözlərin

24 may
.

Bu səhər yeməyi vərdişindən uzaq durun

Səhər yeməyi bir çox insan üçün günə enerjili başlamağın əsas hissəsidir. Ancaq mütəxəssislər xəbərdarlıq edir ki, süfrələrimizdən əskik olmayan bəzi qidalar ürək sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Xüsusilə ağ undan hazırlanan məhsulların düşündüyümüzdən daha zərərli olduğu bildirilir. xəbə

24 may