Ağdamda məktəb direktoru ilə xadimənin dava etməsinin səbəbi bilindi - TƏFƏRRÜAT
Ağdam rayonu Səfərli kənd orta məktəbdə direktorla xadimənin davasının təfərrüatı məlum olub.
Oxu.Az-a müraciət edən xadimə Ülviyyə Abdullayeva bildirib ki, hadisə məktəb direktorunun onu işdən çıxarmasına görə baş verib:
"Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisə belə baş verib. Ağdam rayonu Səfərli kənd orta məktəbinin istilik sistemi yenilənib və kombi sisteminə keçib. Mən isə 0.5 ştat xadimə, 0.5 ştat isə qazançı işləyirdim. Direktor mənim 0.5 ştatımı kəsdi. Direktor mənə dedi ki, Bərdə şəhərində konteyner satılır, get, həmin konteyneri al gətir məktəbə, sənin ştatını bərpa edim. Mən də onun dediyi kimi Bərdə şəhərinə getdim, konteynerlə maraqlandım. Mənə konteyneri 4500 manata dedilər. Pulum olmadığına görə, həmin konteyneri ala bilmədim.
Nəhayət, Ağcabədi rayonunda 1200 manata konteyner tapıb aldım, 300 manat da evakuatora verib həmin konteyneri məktəbə gətirdim. Dedi ki, konteyner quraşdırılsa, ştat artırılacaq və mənim ştatımı tamamlayacaq. Konteyner məktəbdə quraşdırılsa da, direktor mənim ştatımı bərpa etmədi. Hər dəfə müxtəlif bəhanələr gətirməklə prosesi yubatdı. Dəfələrlə direktorun yanına getsəm də, mənim ştatımı bərpa etmədi. Sonra dedi ki, konteyneri qaytar geri, sənin ştatın düzəlmir. Mən də əsəbiləşdim, stolun üstündəki suveniri sındırdım. Məhkəmə də ona görə məni 60 manat cərimələdi".
Ü.Abdullayeva bildirib ki, direktorun təkidi ilə konteyneri orta məktəbin həyətindən götürüb:
"Faktla bağlı Ağdam Rayon Prokurorluğuna müraciət etmişəm, hazırda direktorun fəaliyyəti ilə bağlı araşdırma aparılır. Araşdırmalardan sonra konteynerin məktəbin həyətinə niyə qoyulması, mənim niyə işdən çıxarılmağım məlum olacaq".
Xatırladaq ki, bir müddət əvvəl Ağdam rayonu Səfərli kənd orta məktəbində dava olub. Məktəbin direktoru Aliyə Əliyeva ilə məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayeva arasında baş verən dava zamanı direktorun stolunda olan suvenir qırılıb. Ağdam Rayon Məhkəməsinin qərarı ilə Ü.Abdullayeva 60 manat cərimələnib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1701 Tarix: 07 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda hava kəskin dəyişir: "Əsrin qışı" gəlir - 47 ildir beləsi görünməmişdi
Bakıda havanın temperaturu enib, külək güclənib, yağışlı hava şəraiti müşahidə olunur. Ölkənin bir sıra bölgələrində də yağıntılar davam edir. Bu dəyişikliklər 2026-2027-ci illərin qışına dair proqnozların yenidən gündəmə gəlməsi ilə eyni vaxta təsadüf edir. Şimal qütbü üzərindəki qütb burulğanında rekor
22 noyabrEvindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı
Bakının Yasamal rayonunda valideynlərinin evindən qızıl-zinət əşyaları və nağd pul oğurlayan şəxs saxlanılıb. -ın əldə etdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinən M.Kazımlı yaxalanıb. O, əvvəlcə valideynlərinə məxsus 300 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq lombarda qoyub v
29 noyabrPirallahıda əməliyyat: Keçmiş məhkumlar saxlanıldılar
Pirallahıda oğurluq edən, əvvəllər məhkum olunmuş iki nəfər saxlanılıb. -ın əldə etdiyi məlumata görə, polis rayon ərazisində iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri həyata keçirib. Müəyyən edilib ki, şəxslərdən biri anbar kimi istifadə olunan tikilidən soyuducu və kondisioner mühərrikləri
28 noyabrElçilikdə "yox" dedilər, qızın videosunu atasına göndərdi - Təfərrüat
Oğuz rayonunda 29 yaşlı oğlan sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edib. -a istinadla xəbər verir ki, İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Tural 2024-cü ilin yay aylarında Oğuz rayonunun kəndlərindən birində Ənvərə məxsus evin həyətyanı sahəsində v
29 noyabrMaşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı
Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib. Bu məqsədlə bankların birindən 4 00 manat kredit götürərək yaşadığı evə gətirib
21 noyabrAzərbaycana yağış, qar və güclü külək gəlir - 29 bölgəyə XƏBƏRDARLIQ!
Azərbaycanda həftəsonunun son günü hava şəraiti dəyişəcək. Noyabrın 22-də Bakıda yağış, bəzi rayonlarda güclü külək, dağlıq ərazilərdə isə qar gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar gününə olan hava proqnozunu açıqlayıb. Bakıda və Abşeron yarımadasında gün ərzində hava əsasən yağmursuz keçəcək
21 noyabrGəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Gəncə şəhərinin Ş. İ. Xətai prospektində yol qəzası qeydə alınıb. "Report"un Qərb bürosunun məlumatına görə, "Ford" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2010-cu il təvəllüdlü G.Məmmədova, 2012-ci il təvəllüdlü M. Əlili xəsarət alıb. Yaralılar xəstəxanay
22 noyabrAzərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu
Ağcabədidə kişi arvadını döyüb. -a istinadən xəbər verir ki, 22 yaşlı Səxavət Bağırov (şərti adla) yaşadıqları evdə arvadı 37 yaşlı Nuranə Bağırovanı (şərti adla) üz və baş nahiyələrinə vuraraq döyüb. Zərərçəkənin şikayəti əsasında o saxlanılaraq, barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Bağırovu
22 noyabr