Azərbaycanda altı nəfərin vəziyyətinin ağırlaşdığı RESTORAN BAĞLANDI

Azərbaycanda altı nəfərin vəziyyətinin ağırlaşdığı RESTORAN BAĞLANDIŞirvan şəhərində beş nəfərin zəhərlənməsi (bir nəfər isə mədə-bağırsaq pozğunluğu səbəbi ilə xəstəxanaya müraciət edib - red.) barədə Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə daxil olan bildiriş əsasında araşdırmalara başlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Açıqlamada qeyd olunub ki, araşdırmalar nəticəsində hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib:

"Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir".

11:46

"Şirvanda baş verən zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır."

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən verilib.

Qeyd olunub ki, aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan altı nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub".

11:36

Şirvan şəhərində qidadan zəhərlənən şəxslərdən dördünün qohum olduğu müəyyənləşib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə onlardan ikisi bacı, iki nəfər onların yaxın qohumu, daha bir nəfər isə tanışlarıdır. Altıncı şəxs isə xəstəxanaya zəhərlənmə diaqnozu ilə yox, mədə-bağırsaq pozğunluğu səbəbi ilə müraciət edib.

Onlar xəstəxanaya ayrı-ayrı vaxtlarda müraciət ediblər.

10:57

Şirvan şəhərində qidadan zəhərlənən şəxslərin son vəziyyəti məlum olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 7-də saat 16:00-da zəhərlənmə şübhəsi ilə beş nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub. Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vuğulanır.

09:48

Şirvanda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün şəhər ərazisində fəaliyyət göstərən "Pizza Time" restoranında baş verib.

Belə ki, həmin iaşə obyektində qidalanan altı nəfərin göbələkdən zəhərlənmə səbəbi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyəti nəzarət altındadır.

Təfərrüatla bağlı aidiyyəti üzrə sorğu verilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 352   Tarix: 08 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İspaniya Baş naziri Sanchez ofisindəki üç vazkeçilməz əşyasını paylaşdı - VİDEO

Pedro Sanchez öz iş otağında vazkeçilməz hesab etdiyi üç xüsusi əşyasını ictimaiyyətlə bölüşüb. xarici mediaya istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, əşyaların ən mənalı olanı Qəzzədən ona hədiyyə edilən və içində rəsim olan şüşədir. O, bu hədiyyənin Fələstində yaşanan iztirabları simvoliz

7 aprel
.

KİV: Çin şirkətləri ABŞ Ordusunu hərəkətləri haqqında məlumatları satır

Yaxın Şərqdəki münaqişə fonunda Çin şirkətləri süni intellekt texnologiyalarından istifadə edərək ABŞ-nin hərbi birləşmələrinin hərəkətləri və silahları haqqında məlumatları satmağa başlayıblar. "Report"un məlumatına görə, bu barədə "The Washington Post" qəzeti xəbər verib. Məlumat

5 aprel
.

İrandan Küveytə hücum: Nazirlik binasına zərbə endirildi

İranın pilotsuz uçuş aparatı Küveytin Maliyyə Nazirliyinin binasına hücum edərək ona ziyan vurub. xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. "Hücum nəticəsində xəsarət alan yoxdur. Nazirliyin əməkdaşları aprelin 5-də məsafədən işləyəcəklər

5 aprel
.

Əraqçi AEBA direktorunu etimadı pozmaqda təqsirləndirib

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, AEBA-nın baş direktoru Rafael Qrossinin İslam Respublikasının nüvə obyektlərinə hücumlara qarşı reaksiya verməməsi agentliyə etibarı sarsıdır. "Report"un məlumatına görə, bu barədə onun BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubd

5 aprel
.

ABŞ-də avtomobil izdihama çırpılıb, 15 nəfər xəsarət alıb

ABŞ-nin Luiziana ştatında Laos Yeni ilinin qeyd edildiyi festivalın keçirildiyi ərazinin yaxınlığında avtomobil izdihama çırpılıb, 15 nəfər xəsarət alıb. "Report"un məlumatına görə, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib. Mənbələrin məlumatına görə

5 aprel
.

Çində yoxa çıxmış qədim insan xəttinin izləri aşkarlandı

Çində alimlər indiyədək məlum olmayan və sonradan yoxa çıxmış qədim insan xəttinin izlərini müəyyən ediblər. xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının genetikləri məlumat yayıb. Tədqiqatın nəticələri Current Biology jurnalında dərc olunub. Məlumata görə, alimlər Pekin yaxınlığındakı Dunxuli

6 aprel
.

Məşhur aktyor "ən xoşbəxt ölkə"ni tərk edib Gürcüstana köçəcəyini açıqladı

"Milli ovun özəllikləri" və "Böyük şəhərdə sevgi" filmlərindən tanınan finlandiyalı aktyor Ville Haapasalo ölkəsini tərk etmək qərarını açıqlayıb. bu barədə -ya istinadən xəbər verir. Aktyor qeyd edib ki, bu qərar Finlandiyanın doqquzuncu dəfə ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəs

5 aprel
.

Əraqçı: "İrana hücumlara reaksiyanın olmaması BAEA-ya inamı sarsıdır"

İranın xarici işlər naziri Abbas Əraqçı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin İrandakı nüvə obyektlərinə hücumlara lazımi reaksiya verməməsinin təşkilata inamı sarsıtdığını bildirib. bu barədə TASS-a istinadən xəbər verir. A.Əraqçı ABŞ və İsrailin, xüsusilə Buşəh

5 aprel
.

Tramp: "İranla aprelin 7-dək razılaşma əldə olunması ehtimalı yüksəkdir"

"ABŞ ilə İran arasında aprelin 7-dək razılaşmanın əldə olunması ehtimalı yüksəkdir". xəbər verir ki, bu barədə ABŞ Prezident Donald Tramp "Axios" portalına açıqlamasında deyib. "Bunun üçün yüksək şans var, amma razılaşmaya getməsələr, orada hər şeyi partladacağam", - dey

5 aprel