Adrian Belutsel: Moldova MDB-nin üzvü olaraq qalmağı mənasız görürdü
Moldova Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxdı, çünki indiki reallıqlarda bu təşkilatın üzvü olaraq qalmağın mənasını görmürdü.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında ölkənin hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatı, 2023-2025-ci illərdə Moldova Prezidenti Adminisrtasiyasının rəhbəri işləmiş Adrian Belutsel bildirib.
Onun sözlərinə görə, bununla belə MDB-yə üzv dövlətlərlə ikitərəfli əməkdaşlıq Moldova üçün prioritet olaraq qalır:
"Biz dost, açıq bir ölkəyik. Son illər ərzində MDB dövlətlərinin əksəriyyəti ilə iş dinamikasının yaxşılaşdığını görürük".
Deputat Moldovanın Azərbaycanla da çox yaxşı münasibətlərinin olduğunu qeyd edib:
"MDB ölkələri ilə ikitərəfli münasibətlər rəsmi Kişineu üçün mühüm prioritet olaraq qalır. Sadəcə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra vəziyyət dəyişib. Böyük faciə və ədalətsizliklər oldu. Bu həm də birbaşa MDB-nin nizamnaməsinə ziddir. Hamı başa düşür və bilir ki, MDB həmişə Rusiya mərkəzli təşkilat olub. Biz bu təşkilatın bir hissəsi olaraq qalmağın mənasını görmürük. Çünki hər dəfə ölkələrdən hər hansı biri müəyyən dərəcədə Rusiyanın xoşuna gəlməyən milli maraqlarını göstərəndə dərhal ona qarşı embarqo, siyasi təzyiq, bu ölkəyə qarşı hansısa hibrid hücumlar başlayır".
A.Belutsel vurğulayıb ki, MDB ölkələri üçün vizasız səyahət açıq olaraq qalır.
"Biz Moldovaya qarşı dost münasibət bəsləyən bütün ölkələrlə işləməyə açığıq. Eyni zamanda biznes, siyasi kommunikasiya, ümumilikdə, birlik üçün dost və açıq ölkəyik".
Qeyd edək ki, Moldova Prezidenti Maya Sandu bu həftə ölkənin MDB-dən çıxma prosedurasını başa çatdıran fərmanlar imzalayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 312 Tarix: 11 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrQadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20 sentyabrİran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabrTramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrAvropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabrABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabr