Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı

Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranıRəqəmsal ödənişlərlə bağlı gecikmələrin əsas səbəbi nəqliyyat sistemi ilə bank infrastrukturu arasında sinxronizasiyanın real vaxtda aparılmamasıdır. Bu sistem rahatlıq yaratsa da, mövcud gecikmələr göstərir ki, sistemin texniki dayanıqlığı və istifadəçi ilə kommunikasiya hələ də təkmilləşdirilməlidir.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Rəqəmsallaşma ictimai nəqliyyat sektorunda da ənənəvi ödəniş vərdişlərini sürətlə dəyişir. Nağdsız ödənişlər, xüsusilə NFC texnologiyası son illərdə sərnişinlər üçün həm sürət, həm də rahatlıq baxımından əsas alternativə çevrilib. Lakin son aylarda bu rahatlığın fonunda ciddi narazılıqlar yaranıb. Sərnişinlərin bir qismi nəqliyyatda bank kartlarından istifadə etmədikləri halda vəsait çıxıldığını, digərləri xərclərdən artıq məbləğin, bəzən bir gediş haqqının iki-üç dəfə çıxıldığını iddia edir, bəziləri isə kartlarının əsassız yerə məhdudlaşdırıldığını bildirirlər. Sosial şəbəkələrdə səslənən fikirlərdə qeyd olunur ki, bu ödənişlər əvvəlki uğursuz əməliyyatların əvəzində deyil, sistem tərəfindən sonradan avtomatik şəkildə həyata keçirilir. Xüsusilə son vaxtlar paytaxtda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər metro və avtobuslarda NFC vasitəsilə ödəniş edərkən "kart məhdudlaşdırılıb" bildirişi ilə tez-tez qarşılaşırlar.

Gecikmə haradan yaranır?

Məsələnin əsas səbəbi ödənişin təsdiqi ilə vəsaitin faktiki silinməsi arasında yaranan zaman fərqidir. NFC ödənişlərində əməliyyat dərhal "uğurlu" kimi qeydə alınsa da, vəsait bank hesabından real vaxtda çıxılmır. Bu gecikmə bir neçə saat, bəzən günlərlə davam edə bilər. Nəticədə istifadəçi kartında kifayət qədər vəsait olduğunu düşünsə də, əvvəlki əməliyyatlar sistemdə "borc" kimi qalır və sonradan toplu şəkildə silinir. Xüsusilə oktyabr-aprel aylarında həyata keçirilmiş əməliyyatların bir hissəsinin gecikmə ilə emal olunması bu problemi daha da qabarıq göstərib. Hətta "BakıKart" bununla bağlı açıqlama yayıb.

Rəsmi açıqlama

"BakıKart"dan bildirilib ki, oktyabr-aprel aylarında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı ildən etibarən mərhələli şəkildə silinməsinə başlanılıb və bu proses başa çatdıqdan sonra məhdudiyyətlər aradan qaldırılacaq: "Ödəniş əməliyyatları dərhal icra edilsə də, vəsaitin silinməsi ilə bağlı bildirişlər sizə gecikmə ilə (bir neçə saat və ya gün sonra) təqdim oluna bilər. Bu səbəbdən bəzi hallarda qeyd olunan bank kartlarına ictimai nəqliyyat ödənişləri üzrə müvəqqəti məhdudiyyət tətbiq olunur.

Xahiş edirik, bank kartlarınızda ödəniş əməliyyatları üçün kifayət qədər vəsait saxlayasınız. Borc məbləği hesabınızdan silindikdən sonra bu məhdudiyyət aradan qaldırılacaq və bank tərəfindən sizə bildiriş təqdim olunacaq. Silinən məbləğləri bankınızın kart tarixçəsində görə biləcəksiniz".

Sistem necə işləyir?

Qurumun məlumatına görə, "BakıKart" tərəfindən tətbiq edilən ödəniş sistemi həm "bir dəfəlik keçid imkanı", həm də "gecikdirilmiş avtorizasiya" prinsiplərini əhatə edir. "Bir dəfəlik keçid" funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər, balans bərpa olunduqda ödəniş avtomatik tutulur. Qurumdan bildirilir ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, bir saniyənin altında aparılmasını təmin edir. Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir.

Bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır.

"Gecikmiş silinmə" görüntüsü necə yaranır?

İKT üzrə ekspert Elvin Abbasov bildirir ki, gecikmələrin əsas səbəbi nəqliyyat sistemi ilə bank infrastrukturu arasında sinxronizasiyanın real vaxtda aparılmamasıdır:

"Validatorda kart oxunarkən sistem ilk növbədə kartın aktivliyini yoxlayır, lakin vəsaitin real vaxt rejimində silinməsi üçün hər bir avtobusdan banka anlıq sorğu göndərilməsi şəbəkə yüklənməsinə səbəb ola bilər. Bu səbəbdən tranzaksiya məlumatları paket şəklində toplanır və müəyyən fasilələrlə banka ötürülür ki, bu da "gecikmiş silinmə" görüntüsü yaradır".

E.Abbasovun sözlərinə görə, rabitə problemləri və texniki uyğunsuzluqlar da bu prosesə təsir edir:

"Avtobus hərəkətdə olarkən validatorun internet bağlantısı zəiflədikdə məlumatların serverə ötürülməsi dayanır. Həmçinin bəzi smartfonların NFC modullarının validatorla sürətli əlaqə qura bilməməsi və ya token mübadiləsinin ləngiməsi ödənişin uğursuz olması və ya kartın qara siyahıya düşməsi ilə nəticələnir".

"Sərnişinlər üçün maliyyə qeyri-müəyyənliyi yaradır"

Gecikmiş ödənişlər sərnişinlər üçün maliyyə qeyri-müəyyənliyi yaradır. İstifadəçi balansının yetərli olduğunu düşündüyü halda, əvvəlki gediş haqları sonradan silindikdə balans mənfiyə düşə bilər. Bu isə xüsusilə debet kartlarda gözlənilməz bloklanmalara və digər ödənişlərin gecikməsinə səbəb olur.

Ekspert əlavə edir ki, oflayn tranzaksiya modeli müəyyən hallarda saxtakarlıq risklərini də artırır:

"Bu modeldə validator kartın balansını bankla anlıq yoxlamadığı üçün, balansı olmayan və ya bloklanmış kartlarla gediş etmək mümkün ola bilər. Bu boşluğu doldurmaq üçün sistem sonradan "qara siyahı" tətbiq edir, lakin məlumatların gecikməsi saxta və ya klonlanmış kartlarla sistemdən müvəqqəti istifadə imkanını artırır".

Bununla belə, ödənişlər zamanı tokenizasiya tətbiq olunur və kart məlumatları şifrələnmiş formada ötürülür.

Mütəxəssislər sərnişinlərə kart balansını mütəmadi yoxlamağı, əməliyyat tarixçəsini izləməyi və şübhəli hallarda bankla əlaqə saxlamağı tövsiyə edirlər. Daha təhlükəsiz yanaşma kimi nəqliyyat ödənişləri üçün ayrıca kartdan istifadə etmək də məqsədəuyğun hesab olunur.

Nəticə olaraq, NFC texnologiyası rahatlıq yaratsa da, mövcud gecikmələr göstərir ki, sistemin texniki dayanıqlığı və istifadəçi ilə kommunikasiya hələ də təkmilləşdirilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1865   Tarix: 12 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Küçədə salfet satan 68 yaşlı qadını avtomobil vuraraq öldürdü

Türkiyənin Aydın vilayətinin Efeler rayonunda yol qəzası baş verib. Svetoforda dayanan avtomobillərə salfet və su satdığı bildirilən 68 yaşlı Günay Çimentepe avtomobilin vurması nəticəsində həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Mimar Sinan məhəlləsində, Otoban qovşağında ba

19 avqust
.

Zəhərli otlar mal-qaranı tələf etdi: "Əli bıçaq tutan hər kəs bura gəlsin"

Türkiyənin Çorum vilayətində heyvanlarını otlaq sahəsində otaran vətəndaş dəhşətli hadisə ilə üzləşib. Zəhərli otları yeyən mal-qara qısa müddət ərzində bir-birinin ardınca yerə yıxılmağa başlayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni görən heyvandar böyük panikaya düşüb. Sürünün təxminə

25 avqust
.

Şəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kən

22 avqust
.

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan VAZ-2106 və KIA markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada həyatını itirib. "Xəzər"

17 avqust
.

Dörd yaşlı uşağın quduzluğa yoluxması həyəcan yaratdı: Həkimdən ciddi XƏBƏRDARLIQ - VİDEO

Türkiyənin Diyarbəkir şəhərində 4 yaşlı qız küçə pişiyi tərəfindən dişləndikdən dörd ay sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisədən dərhal sonra xəstəxanaya aparılan azyaşlı müayinə edildikdən sonra evə buraxılsa da, aylar sonra vəziyyəti kəskin pisləşib. Uşaqda quduzluq virusu təsdiqləni

16 avqust
.

Kişi, qadın paltarı geyinib evlərə oğurluğa girdi - VİDEO

İstanbulun Sultangazi rayonunda qadın paltarı geyinərək 4 mərtəbəli binaya daxil olan kişi şübhəlinin ikinci mərtəbədəki boş mənzildən 4 bilərzik, 2 qram qızıl və nağd pul oğurladığı bildirilir. Binadan çıxarkən kişi olduğu üzə çıxan şübhəli məhəllə sakinlərinin onu təqib etməsi ilə qaçmağa başlayıb

27 avqust
.

Toyda öldürülən İlkinin qatilinə bu cəza verildi

Ağdaşda keçirilən toy mərasimi zamanı 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində 1970-ci il təvəllüdlü Qadir Məmmədo

16 avqust
.

Keçmiş sevgilisi ilə görüşən qadın dəqiqələr sonra polisə zəng vurdu - VİDEO

Türkiyənin Aksaray şəhərində keçmiş sevgilisi olduğunu bildirdiyi S.K. ilə görüşən 29 yaşlı B.İ. aralarında yaranan mübahisə zamanı döyüldüyünü deyərək 112 Təcili Çağrı Mərkəzinə müraciət edib. Hadisə yerinə qısa müddətdə gələn polis əməkdaşları gənc qadını mühafizəyə götürüb, onun şikayəti əsasınd

27 avqust
.

8 yaşlı uşaq "reşotka"nın arasında boğulub öldü

Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 24-ü saat 17 radələrində Ramana qəsəbə sakini 2018-ci il təvəllüdlü Yusif Dövlətli oğlu Əmənov yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı metal çubuğa ilişib. Nəticədə

25 avqust