Ərinə xəyanət edən qadın onun cinayətini öz üstünə götürüb

Ərinə xəyanət edən qadın onun cinayətini öz üstünə götürübTürkiyənin Diyarbakır şəhərində 2024-cü ildə baş vermiş müəllim qətli ilə bağlı məhkəmə prosesində hadisənin təfərrüatları gözlənilməz istiqamətdə inkişaf edib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra cinayəti öz üzərinə götürən müəllim Z.A. ifadə verərkən silahdan necə istifadə etdiyini izah etməkdə çətinlik çəkib. Bu ziddiyyət istintaqın yenidən araşdırılmasına səbəb olub. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qətli törədən şəxs onun həyat yoldaşı Ş.Y. olub.

Təqsirləndirilən Ş.Y. ifadəsində bildirib ki, hadisə günü həyat yoldaşı ilə münasibətdə olduğu deyilən şəxs - O.K. evlərinə gəlib və bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə böyüdükdən sonra o, silahdan atəş açaraq müəllimi qətlə yetirib.

Araşdırma zamanı o da üzə çıxıb ki, Ş.Y. həbs olunacağı təqdirdə uşaqlarının zərər görəcəyini düşünərək, cinayəti həyat yoldaşının üzərinə götürməsini istəyib.

Məhkəmə Ş.Y.-nin "qəsdən adam öldürmə" cinayətini törətdiyini təsdiqləyib. Lakin hadisənin haqsız təhrik şəraitində baş verdiyini nəzərə alaraq cəza yüngülləşdirilib və o, 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayəti öz üzərinə götürən Z.A. isə "cinayəti üzərinə götürmə" maddəsi ilə 8 ay 10 gün həbs cəzasına məhkum olunub. Digər təqsirləndirilən şəxslər barəsində isə bəraət qərarı verilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 731   Tarix: 13 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Küçədə salfet satan 68 yaşlı qadını avtomobil vuraraq öldürdü

Türkiyənin Aydın vilayətinin Efeler rayonunda yol qəzası baş verib. Svetoforda dayanan avtomobillərə salfet və su satdığı bildirilən 68 yaşlı Günay Çimentepe avtomobilin vurması nəticəsində həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Mimar Sinan məhəlləsində, Otoban qovşağında ba

19 avqust
.

Zəhərli otlar mal-qaranı tələf etdi: "Əli bıçaq tutan hər kəs bura gəlsin"

Türkiyənin Çorum vilayətində heyvanlarını otlaq sahəsində otaran vətəndaş dəhşətli hadisə ilə üzləşib. Zəhərli otları yeyən mal-qara qısa müddət ərzində bir-birinin ardınca yerə yıxılmağa başlayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni görən heyvandar böyük panikaya düşüb. Sürünün təxminə

25 avqust
.

Şəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kən

22 avqust
.

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan VAZ-2106 və KIA markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada həyatını itirib. "Xəzər"

17 avqust
.

Dörd yaşlı uşağın quduzluğa yoluxması həyəcan yaratdı: Həkimdən ciddi XƏBƏRDARLIQ - VİDEO

Türkiyənin Diyarbəkir şəhərində 4 yaşlı qız küçə pişiyi tərəfindən dişləndikdən dörd ay sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisədən dərhal sonra xəstəxanaya aparılan azyaşlı müayinə edildikdən sonra evə buraxılsa da, aylar sonra vəziyyəti kəskin pisləşib. Uşaqda quduzluq virusu təsdiqləni

16 avqust
.

Kişi, qadın paltarı geyinib evlərə oğurluğa girdi - VİDEO

İstanbulun Sultangazi rayonunda qadın paltarı geyinərək 4 mərtəbəli binaya daxil olan kişi şübhəlinin ikinci mərtəbədəki boş mənzildən 4 bilərzik, 2 qram qızıl və nağd pul oğurladığı bildirilir. Binadan çıxarkən kişi olduğu üzə çıxan şübhəli məhəllə sakinlərinin onu təqib etməsi ilə qaçmağa başlayıb

27 avqust
.

Toyda öldürülən İlkinin qatilinə bu cəza verildi

Ağdaşda keçirilən toy mərasimi zamanı 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində 1970-ci il təvəllüdlü Qadir Məmmədo

16 avqust
.

Keçmiş sevgilisi ilə görüşən qadın dəqiqələr sonra polisə zəng vurdu - VİDEO

Türkiyənin Aksaray şəhərində keçmiş sevgilisi olduğunu bildirdiyi S.K. ilə görüşən 29 yaşlı B.İ. aralarında yaranan mübahisə zamanı döyüldüyünü deyərək 112 Təcili Çağrı Mərkəzinə müraciət edib. Hadisə yerinə qısa müddətdə gələn polis əməkdaşları gənc qadını mühafizəyə götürüb, onun şikayəti əsasınd

27 avqust
.

8 yaşlı uşaq "reşotka"nın arasında boğulub öldü

Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 24-ü saat 17 radələrində Ramana qəsəbə sakini 2018-ci il təvəllüdlü Yusif Dövlətli oğlu Əmənov yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı metal çubuğa ilişib. Nəticədə

25 avqust