Valideyn incikliyi uşaqlara necə təsir edir?

Valideyn incikliyi uşaqlara necə təsir edir?Bəzi şeylər izsiz keçmir. Qırılmış oyuncaq, söz verilib amma yerinə yetirilməyən gəzinti planı və ya uşağın ən səmimi hisslərini bölüşmək istədiyi anda deyilən "məni narahat etmə, məşğulam" kimi ifadələr onun yaddaşında dərin iz buraxır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, biz çox vaxt uşaqlıq dövrünü qayğısız bir mərhələ kimi görürük. Halbuki məhz bu dövrdə insanın gələcək psixoloji vəziyyətinin təməli formalaşır və bu prosesdə əsas rolu valideynlər oynayır. Burada məsələ qəsdən edilən sərt davranışlar deyil, daha çox gündəlik həyatda olan diqqətsizlik və emosional həssaslığın çatışmazlığıdır.

Valideynlər bunu yorğunluq və ya məşğulluqla izah etsələr də, uşağın daxili dünyasında bu, fərqli qəbul olunur. Valideyn uşağın gözləntilərini doğrultmadıqda, onun istəklərini görməzdən gəldikdə və ya uşağın haqsız saydığı bir səbəbə görə cəzalandırdıqda, onun daxili dünyasında "çat" yaranır. Böyüklər bunu kiçik bir itaətsizlik kimi görsə də, uşaq bunu sevgi və təhlükəsizlik itkisi kimi hiss edir.

Məsələn, məktəbəqədər yaşlı uşaqlar düşünür ki, iki boşqab sındıran uşaq daha çox cəza almalıdır, hətta o bunu kömək etmək üçün etsə belə. Bu isə göstərir ki, uşaqlar nəticəyə görə deyil, niyyətə görə qiymətləndirmə aparırlar. Əgər valideyn yalnız nəticəyə baxaraq qışqırır və ya cəzalandırırsa, uşaq bunu ədalətsizlik kimi qəbul edir.

Bu inciklik isə zamanla daxili qəzəbə və ya özünə inamsızlığa çevrilə bilər. Xüsusilə "əhəmiyyətsiz" görünən vəziyyətlər daha təhlükəlidir. "Boş şeydir, get oyna" kimi sözlər uşağın hisslərini dəyərsizləşdirir.

Valideyn fərqinə varmadan uşağın daxili dünyasında vacib bir şeyi dağıdır. Zaman keçdikcə bu münasibət əks təsir göstərə bilər. Uşaqlıqda hissləri nəzərə alınmayan insanlar böyüdükdə eyni soyuq münasibəti valideynlərinə göstərə bilərlər.

Psixoloqlar həmçinin travmanın nəsildən-nəslə ötürüldüyünü qeyd edirlər. Uşaqlıqda emosional diqqətsizlik yaşayan valideynlər ya həddindən artıq qoruyucu olur, ya da eyni soyuq münasibəti öz övladlarına ötürürlər.

Araşdırmalar göstərir ki, hətta anası psixoloji travma keçirmiş körpələrdə belə qorxuya reaksiya verən beyin strukturları fərqli inkişaf edə bilər. Yəni uşaq dünyaya müəyyən narahatlıq meyli ilə gələ bilər. Uşağa ən güclü təsir edən amillərdən biri də valideynlərin bir-biri ilə münasibətidir.

Davamlı mübahisələr, qışqırıq və soyuq davranış uşağın təhlükəsizlik hissini sarsıdır. Araşdırmalar göstərir ki, münaqişəli ailələrdə böyüyən uşaqlarda yeniyetmə yaşlarında depressiya, narahatlıq və davranış problemləri daha çox müşahidə olunur. Onlar ya aqressiv olur, ya da özlərinə qapanırlar və çox vaxt ailədəki problemlərə görə özlərini günahlandırırlar. Maraqlıdır ki, mübahisənin özü deyil, onun necə aparılması daha vacibdir. Əgər valideynlər münaqişəni sakit və konstruktiv şəkildə həll edirlərsə, uşaq konfliktlərin təhlükəli olmadığını öyrənir.

Problem ondadır ki, bir çox valideyn hisslər haqqında danışmağı bacarmır. Böyüyən uşaqlar tez-tez "biz sənin üçün hər şeyi etdik" kimi sözlər eşidir və bu, onların hisslərinin dəyərsizləşdirilməsi deməkdir. Mütəxəssislər bildirir ki, incikliyin aradan qalxması üçün ən vacib şey üzr deyil, hisslərin qəbul edilməsidir. Sadəcə "bəli, belə oldu və sənə çətin idi" demək belə böyük təsir göstərir. Əgər uşaq səhv edibsə, ani cəza vermək əvəzinə onunla sakit şəkildə danışmaq, səbəbi izah etmək və etibarın vacibliyini anlatmaq daha düzgün yanaşmadır.

Ən vacib bacarıqlardan biri də öz səhvlərini qəbul etməkdir. Əgər siz qışqırmısınızsa və ya uşağa vaxt ayıra bilməmisinizsə, gec də olsa bunu etiraf etmək lazımdır. Hətta bir neçə gün sonra belə uşağa yaxınlaşıb "üzr istəyirəm, səni dinləyə bilmədim, indi səni başa düşmək istəyirəm" demək onun üçün çox önəmlidir. Hissləri qəbul edilən uşaq böyüdükdə həm özünü, həm də başqalarını anlayan və hörmət edən bir insan olur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 425   Tarix: 15 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Soyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər

Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə

4 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr
.

Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır

Hər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib. xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçan

3 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr