ŞOK! "Hamilə qaldı, mən də başından güllələdim" - İcra başçısı da HƏBS EDİLDİ
Türkiyənin Tunceli şəhərində yoxa çıxan Munzur Universiteti tələbəsi Gülüstan Doku ilə bağlı aparılan araşdırmalar sarsıdıcı faktları üzə çıxarıb. Yeni tapılan dəlillər hadisənin sıradan bir itkin düşmə yox, qəsdən adam öldürmə, cəsədin gizlədilməsi və sübutların məhv edilməsi olduğunu sübut edir.
NOCOMMENT.az xəbər verir ki, Gülüstan Doku cinayəti üzrə davam edən təhqiqatda həbs edilənlərin sayısı artıq 9 nəfərə çatıb. Hazırda ABŞ-da gizlənən şübhəli Umut Altaşın qardaşı Sidar Altaşın vəkillə apardığı danışıqların video-yazısı rəsmi cinayət işinə daxil edilib. Həmin görüntülərdə S.A. o dövrün şəhər icra hakimiyyətinin başçısı Tuncay Sonelin oğlu Mustafa Türkay Sonelin cinayəti etiraf etdiyini bu sözlərlə bildirib:
"Nə bilirəmsə, kömək etməyə hazıram. Umutun dindirilməsindən öyrəndiyimə görə, Türkay deyib: ‘Qız hamilə qaldı, mən də onu başından güllələdim’. Bu ‘başından güllələdim’ ifadəsi söhbət zamanı bir neçə dəfə təkrar olundu."
İstintaqın gedişatında o dövrün Tunceli icra başçısı Tuncay Sonelin yaxın mühafizəçisi Şükrü Eroğlu saxlanılaraq məhkəmə tərəfindən həbs edilib. Eyni zamanda, keçmiş icra başçısının oğlu Mustafa Türkay Sonel həbs tələbi ilə məhkəməyə sövq edilib. O dövrün dövlət xəstəxanasının baş həkimi Çağdaş Özdemirin isə dindirilməsi planlaşdırılır.
Qeyd edək ki, Gülüstanın keçmiş sevgilisi Zeynal Abakarov, onun ögey atası (keçmiş polis nəfəri) Engin Yücer və digər şəxslər artıq dəmir barmaqlıqlar arxasındadır.
Gülüstan Dokunun SİM kartındakı məlumatları silməkdə ittiham olunan və orqanlardan xaric edilən keçmiş polis nəfəri Gökhan Ertok etirafçı qismində ifadə verərək, hər şeyi icra başçısının göstərişi ilə etdiyini bildirib:
"İcra başçısı Tuncay Sonel və mühafizəçisi məni ‘mətbuat üzərimizə çox gəlir’ deyərək aldatdılar və texniki bacarığımdan istifadə etdilər. SİM kartı mənə mühafizəçi verdi. Qanunsuz müdaxilə etdiyim üçün peşmanam," - deyə o qeyd edib.
Hadisə ilə bağlı qaçqınlıqda olan şübhəlilər üçün beynəlxalq axtarış (Qırmızı bülleten) prosedurları başladılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 710 Tarix: 19 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 yaşlı oğlan itkin düşüb
Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl
13 sentyabr 2021Tanışını döyə-döyə öldürdü
Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma
16 sentyabr 2021Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ
Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c
17 sentyabr 2021Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl
11 sentyabr 2021DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə
11 sentyabr 2021Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı
Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır
12 sentyabr 2021Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO
"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind
11 sentyabr 202119 yaşlı ana doğuş zamanı öldü
Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır
13 sentyabr 2021Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda
11 sentyabr 2021