NASA-nın Plutonla bağlı addımı: Doqquzuncu planet adı geri qayıdır?

NASA-nın Plutonla bağlı addımı: Doqquzuncu planet adı geri qayıdır?NASA-nın yeni rəhbəri Cared İsakman 2006-cı ildə cırtdan planet kateqoriyasına salınan Plutonun statusunun bərpası üçün təşəbbüs göstərildiyini açıqlayıb. Senatda çıxış edən İsakman, kəşfçi Klayd Tombounun irsini qorumaq məqsədilə elmi ictimaiyyətdə geniş müzakirələrə yol açacaq addımlar atıldığını bildirib.

Qaynarinfo xəbər verir ki, Pluton 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən "cücə planet" kimi təsnif edilib və bu qərar uzun illərdir elmi dairələrdə mübahisə mövzusu olaraq qalır. İsakmanın son açıqlamaları isə bu mövzunun yenidən gündəmə gətiriləcəyinə işarə edir.

Beynəlxalq Astronomiya İttifaqının qaydalarına əsasən, bir səma cisminin planet sayılması üçün üç şərt mövcuddur: Günəş ətrafında fırlanması, kifayət qədər kütləyə sahib olub kürə formasını alması və orbitini digər obyektlərdən təmizləməsi. Pluton Kuiper qurşağındakı digər cisimlərlə eyni orbit bölgəsini paylaşdığı üçün son şərti yerinə yetirmədiyi əsas gətirilərək planet statusunu itirmişdi. Lakin Plutonun müdafiəçiləri bu qaydanın digər planetlərə eyni şəkildə tətbiq olunmadığını irəli sürürlər.

Senatda büdcə müzakirələri zamanı danışan İsakman Plutonun kəşfçisi Klayd Tombounun əməyinin layiqincə qiymətləndirilməli olduğunu vurğulayıb. O, NASA-da bu mövzuda elmi araşdırmaların və sənəd hazırlıqlarının aparıldığını da qeyd edib.

Pluton ABŞ-də xüsusi simvolik əhəmiyyət daşıyır. 1930-cu ildə kəşf edilən bu göy cismi bir amerikalı tərəfindən tapılmış yeganə "planet" kimi tarixə düşüb. 2015-ci ildə "New Horizons" kosmik aparatı tərəfindən göndərilən görüntülər Plutonun sadəcə buzlu və cansız bir obyekt olmadığını, əksinə geoloji baxımdan aktiv və mürəkkəb struktura malik bir dünya olduğunu ortaya qoymuşdu.

NASA rəhbərliyinin bu mövqeyi elmi qərarı birbaşa dəyişməsə də, müzakirələrin yenidən güclənməsinə səbəb ola bilər. Son qərar isə hələ də Beynəlxalq Astronomiya İttifaqının səlahiyyətində qalır. Bununla belə, NASA-dan gələn bu açıq dəstək 20 ildir davam edən elmi mübahisəni yenidən alovlandırır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 511   Tarix: 02 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Norveç 2 milyard avro dəyərində hava hücumundan müdafiə raketləri alacaq

Norveç hökuməti aviabazaları və kritik infrastrukturu hava təhdidlərindən qorumaq məqsədilə təxminən 22 milyard Norveç kronu (2 milyard avrodan çox) dəyərində hava hücumundan müdafiə (HHM) raketləri almağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə hökumətin saytındakı məlumatda bildirilib

22 noyabr
.

Tramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b

21 noyabr
.

Koşta Ukrayna üçün maliyyələşdirməni davam etdirməyi təklif edib

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Aİ-nin ümumi xərclərin azaldılmasını nəzərdə tutan 2028-2034-cü illər üzrə çoxillik büdcəsinə dair öz təklifini təqdim edib. "Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib. "Konkret olaraq mənim təklifi

21 noyabr
.

Çində elektromobillərin satışları rekord vurur

Çində noyabr ayında hər 10 avtomobil alıcısından 7-nin elektromobilə üstünlük verməsi proqnozlaşdırılır. Benzinlə işləyən avtomobillərin satışları isə azalmağa davam edir. xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb. Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) proqnozun

22 noyabr
.

Zelenski: NATO-da olacayıq və yox demək hələ tezdir

Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətinin onun NATO-ya üzvlüyü olduğunu başa düşür. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə onlayn söhbət zamanı bildirib. "Şübhəsiz, bu hər iki tərəfi - həm Ukraynanı, həm də NATO-n

21 noyabr
.

Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək

ABŞ-də tibbi səhlənkarlıqla bağlı məhkəmə prosesi milyonlarla dollarlıq təzminat qərarı ilə yekunlaşıb. xarici mətbuata istinadən xəbər verir ki, Oreqon ştatının Portlend şəhərində keçirilən məhkəmədə 51 yaşlı Vendi Luinin (Wendi Lui) ölümündə həkimin məsuliyyəti araşdırılıb. Ağciyər xərçəngindən dünyasın

21 noyabr
.

Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır

Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd

21 noyabr
.

Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş

21 noyabr
.

Qəribabadi: İranla ABŞ arasında danışıqlar aparılmır

İranla ABŞ arasında danışıqlar aparılmır. "Report" xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi jurnalistlərə açıqlayıb. "Hələ danışıqlara başlanılmayıb. Buna görə də biz texniki detallar və müxtəlif məsələlərin müzakirəsinə keçə bilmərik", - o bildiri

22 noyabr