Norveç 2 milyard avro dəyərində hava hücumundan müdafiə raketləri alacaq
Norveç hökuməti aviabazaları və kritik infrastrukturu hava təhdidlərindən qorumaq məqsədilə təxminən 22 milyard Norveç kronu (2 milyard avrodan çox) dəyərində hava hücumundan müdafiə (HHM) raketləri almağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə hökumətin saytındakı məlumatda bildirilib.
Bu, kral VIII Hakonun iştirakı ilə hökumətin bugünkü iclasında təsdiq edilən Norveçin müdafiə büdcəsində öz əksini tapıb. Sənədi Norveçin müdafiə naziri Ture O. Sandvik təqdim edib.
"Ukraynanın təcrübəsi səmərəli HHM sisteminə malik olmağın nə qədər vacib olduğunu göstərir. Buna görə də biz Silahlı Qüvvələrin ehtiyatlarını təhdidləri vurmağa qadir olan yüksək texnologiyalı hava hücumundan müdafiə raketləri ilə doldururuq. Bizə həm daha böyük ehtiyatlar, həm də müxtəlif xüsusiyyətlərə malik hava hücumundan müdafiə raketləri lazımdır", - nazir bildirib.
Yeni HHM raketləri NASAMS yerüstü buraxılış qurğularında istifadə oluna və xüsusən də zərbə və kəşfiyyat dronlarının, hərbi təyyarələrin və helikopterlərin müxtəlif məsafələrdə vurulması üçün tətbiq edilə bilər.
Yeni raketlərlə təchiz edilmiş HHM sistemləri Erlanddakı aviabazanın, Evenesdəki bazanın, mühüm infrastrukturun və müttəfiqlərin qəbulu zonalarının, həmçinin Quru Qoşunlarının havadan gələn təhdidlərdən qorunmasını təmin etməlidir.
Alınması planlaşdırılan vasitələr - qısamənzilli AIM-9X, ortamənzilli AMRAAM 120C və daha uzaqmənzilli AMRAAM "Extended Range" (ER) raketlərinin kombinasiyasıdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 133 Tarix: 22 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇinli milyarder səkkiz ay ərzində sərvətini itirdi
Çinli iş adamı, 37 yaşlı Yan Juntsze təsis etdiyi süni intellekt şirkətinin səhmlərinin kəskin ucuzlaşması səbəbindən milyarder statusunu itirib. "Forbes"a istinadən xəbər verir ki, "MiniMax" şirkəti süni intellekt bazarı ilə bağlı investorların artan narahatlığından əziyyət çəkir
22 noyabrEstoniyada dronlara görə NATO aviasiyası havaya qaldırılıb
Estoniya Silahlı Qüvvələri İda-Virumaa və Lyaene-Virumaa bölgələrində dronların yarada biləcəyi təhlükə barədə xəbərdarlıq edib - NATO müttəfiqlərinin aviasiyası havaya qaldırılıb. "Report" xəbər verir ki, bu barədə Estoniya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bununl
21 noyabrGTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?
"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla
21 noyabrBraziliyada qadın 33 illik köləlikdən azad edildi
Braziliyanın San-Paulu ştatının Embu-das-Artes şəhərində bir ev qulluqçusu 33 ildən artıq müddəti məvacibsiz və məzuniyyətsiz olaraq bir ailənin evində keçirib. xəbər verir ki, bu barədə Braziliyanın Əmək Prokurorluğu məlumat yayıb. Qadın təkcə ev işlərini görməklə kifayətlənməyib, həm də işəgötürənlər
22 noyabrTramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair razılaşma uzunmüddətli olmalıdır. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib. "Mən İranla elə bir razılaşma bağlamaq niyyətindəyəm ki, hətta 4, 15 və ya 2
22 noyabrTramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"
ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq istəyən 100 nəfərin olduğunu açıqlayıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dörd-beş nəfər namizəd barədə düşünürəm. Deyim ki, bu işi əldə etmək istəyən 100 nəfər var"
22 noyabr