Azərbaycan maşınları dünya bazarında? - Hansı addımlar atılmalıdır? - VİDEO
16 il əvvəl Azərbaycanda avtomobil sənayesində mühüm addım atıldı. Ölkəmiz öz avtomobil istehsalına başladı. Bu hadisə bir çox vətəndaş tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılandı. İnsanlar düşünürdülər ki, yerli istehsal olan avtomobillər xarici markalarla müqayisədə daha münasib qiymətə təqdim olunacaq. Lakin zaman keçdikcə gözləntilər tam olaraq özünü doğrultmadı.
Bəs ölkəmizdə istehsal olunan avtomobillərə vətəndaşlar arasında maraq niyə azdır?
Baku TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yerli avtomobillərə marağın zəif olmasının əsas səbəblərindən biri bazarda xarici ölkə istehsalı olan avtomobillərin daha sərfəli qiymətlərlə satışa çıxarılmasıdır. Eyni zamanda, sürücülər keyfiyyət, texnologiya və ehtiyat hissələri baxımından da xarici markalara üstünlük verirlər.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Çinin avtomobil sənayeçiləri postsovet ölkələrinə öz məhsullarını ixrac edəndən sonra daxili istehsala olan tələbat bir qədər azaldı:
"Çünki burada, əsasən, qiymətdə rəqabətlilik məsələsi var. Yaxşı olardı ki, müəyyən idarə və qurumlar imkan daxilində yerli nəqliyyat vasitələrinə üstünlük versinlər".
İqtisadçı ekspert Xalid Kərimli bildirir ki, Azərbaycanda fəaliyyət göstərən avtomobil zavodları hələlik nə xarici bazara çıxış əldə edə bilir, nə də daxili tələbatı tam şəkildə qarşılayır.
Ekspertin fikrincə, bu sahənin inkişafı üçün həm istehsal gücü, həm də texnoloji imkanlar genişləndirilməlidir:
"Mövcud vəziyyət digər bazarlara avtomobil ixracı üçün əsas vermir, istehsal yalnız yerli tələbatın ödənməsinə yönəlib. Lakin zavodlar nəinki ixracı, heç daxili tələbatın da əhəmiyyətli hissəsini ödəyə bilmir, bazarda payı çox cüzidir".(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 449 Tarix: 17 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Danışan ÖRDƏK tapıldı - VİDEO
Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy
9 sentyabr 2021Fransada porno saytlar məhkəməyə verildi
Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki
7 sentyabr 2021Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO
Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq
14 sentyabr 2021Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1
15 sentyabr 2021Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 2021Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO
İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid
16 sentyabr 2021Kosmosa uçanların - FOTOLARI
Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar
18 sentyabr 2021Zooloqlar inəklərə görün nə öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl
15 sentyabr 2021Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
14 sentyabr 2021