Rusiyanın yeni kriminal kralı kim olacaq? - FOTOLAR

Yeni Moskvada 26 yaşlı "qanuni oğru" "Fransuz" ləqəbli Maksim Fransuzov ("Fransuz") sirli şəraitdə həlak oldu. O pəncərədən düşdü və öldü. Hazırda müstəntiqlər hadisənin səbəblərini araşdırır. Amma Fransuzun oğru dünyasının digər nümayəndələrilə münaqişə zəminində öldürüldüyü istisna edilmir. Kriminal dairələr bu ölümü təsadüfi hesab etmirlər və "Şakro Molodoy" ləqəbli "qanuni oğru" Zaxari Kalaşovun 2016-cı ildə həbs edilməsi ilə bağlı yaranmış çətin vəziyyətlə bağlayırlar.
Aydındır ki, hazırda həbsdə olan mütəşəkkil cinayətkarlığın patriarxı azadlığa gec çıxacaq: bəzi məlumatlara görə, bunu dərk edən Kalaşovun ətrafı Rusiyanı tərk etdi. Kriminal dünya hazırda Kalaşovun təsərrüfatını kimin idarə edəcəyini müəyyənləşdirməlidir.
Pəncərəyə çıxmış Fransuz
Çərşənbə axşamı həlak olan Maksim Fransuzov yerli cinayət tarixi üçün olduqca qeyri-adidir. O, 2013-cü ildə Smolensk vilayətində soyğuna görə həbsdə olub. Fransuz 23 yaşında ölkənin ən gənc kriminal avtoritetlərindən biri olub. Fransuza qiyabi tac qoyulmuşdu. 2013-cü ilin iyununda Fransuz "qanuni oğru" Gela Kardava tərəfindən "taclandırılıb".

Tezliklə bundan sonra o, Smolensk koloniyasından Xakasiyaya göndərilir. Burada iqlim və cəzanın çəkilməsi şərtləri daha sərtdir. Fransuz məhz burada "qanuni oğru" titulundan imtina edib və bu hərəkəti hətta videolentə alınıb. Vəziyyətlə tanış mənbənin sözlərinə görə, Fransız işgəncələr altında statusundan imtina edib. 2014-cü ildə azadlığa çıxan Fransuz birinci növbədə məşhur slavyan "qanuni oğrusu" Vasiliy Xristoforovun ("Vasya Voskres") yanına yollanıb və işgəncələrin altında statusundan imtina etdiyini bildirib. Məsələ burasındadır ki, indiki oğru qanunları ilə sözügedən videolentlər sübut sayılmır. Yəni, buna görə "qanuni oğru" adından kimisə məhrum etmirlər. Fransuz özü də deyib ki, videolent saxtadı.
Lakin Ded Xasanın (Aslan Usoyan) ölümündən sonra onun boş qalmış hakimiyyətinə sahib çıxan Şakro Molodoy Fransuza qarşı çıxıb. O bildirib ki, bütün yeni "qanuni oğrular" könüllü öz statusundan imtina etməlidir. Və 2015-ci ilin avqustunda qatil Yeni Moskvada evinin yaxınlığında Fransuza dörd güllə atır. Fransuzu reanimasiyaya çatdırdılar və həkimlər onun həyatını xilas etməyi bacardılar. Martın 14-də isə məlum oldu ki, o, pəncərədən düşərək həlak olub.
"Hadisə yerində operativ-istintaq qrupu işləyir, fakt üzrə yoxlama aparılır", - Rusiya İstintaq Komitəsinin paytaxt idarəsinin rəhbərinin əsas köməkçisi Yuliya İvanova bildirib.
Fransuzun təsadüfi həlak olmasına inanmırlar, hərçənd istintaq bu versiyanı da yoxlayır. Maraqlıdır ki, martda Moskva vilayət məhkəməsində notarius Orlovun dəstəsinin işi üzrə hökm çıxarılmalıdır. Bəzi məlumatlara görə, cinayətkar qrup həlak olmuş kriminal avtoritetlə bağlı ola bilər. Fransuzun ölümündə Şakro Molodoya bağlı güclərin iştirakı versiyası da nəzərdən keçirilir. Kalaşovun mövqeyinin son zamanlar gözəçarpacaq dərəcədə zəifləməsi oğru dünyasında ciddi dəyişikliklərə gətirib çıxarıb. Amma hətta barmaqlıqlar arxasında olmasına baxmayaraq, Kalaşov ölkədə ən təhlükəli insanlardan biri kimi qalmaqda davam edir.
Şakronun qayıdışı
2015-ci il oktyabrın 29-u yerli kriminal dünya üçün əlamətdar hadisəsi oldu: Kalaşov İspaniyada həbsdən Rusiyaya qayıtdı. Mərhum Ded Xasanın adamı Avropada Rusiyanın kriminal dünyasının maliyyə axınlarına cavabdeh idi. 2006-cı ildə Madrid məhkəməsi qanunsuz alınmış vəsaitlərin yuyulmasında Kalaşovu günahkar bildi. Məhkəmə onu 20 milyon avro cərimələdi və 7,5 il azadlıqdan məhrum etdi. Daha sonra 1,5 il həbs müddəti uzadıldı.

Həbsin Şakro Molodoy üçün çox ciddi nəticələri oldu: onun biznesi faktiki olaraq nəzarətsiz qaldı, tərəfdarlarının Ded Xasan və gürcü "qanuni oğruları" (liderləri Laşa Şuşanaşvili və Tariyel Oniani hesab edilirdi) ilə müharibəsi başlandı. Nəticədə 2013-cü il yanvarın 13-də Usoyan snayperlə öldürüldü. Bunun ardınca başqa kriminal avtoritetlərin qətlləri baş verdi. Bu çətin vəziyyətdə bütün qanuni oğrular təxminən bir mövqeyi tutdular: Şakro Molodoyun Rusiyaya qayıdışını və günahkarları mühakimə etməsini gözləməmək lazmdır.
Ancaq Kalaşov arbitraj hakimi rolunu yerinə yetirməyi bacarmadı. O, bir neçə dəfə "sülh müqaviləsi"ni bağlamaq üçün bütün əsas "qanuni oğrular"ın qlobal yığıncağını təşkil etməyə cəhd etdi. Amma bütün ölkədən avtoritetləri toplamaq çox ağır məsələ oldu. Bu halda, Şakro Molodoy gözlənilməz gediş edərək gürcülərlə tədricən yaxınlaşdı. Kalaşov kriminal dünyada barışıq əvəzinə qarşıdurmanı daha da artırdı.

2015-ci ilin dekabrında Moskvada "Elements" restoranının yaxınlığında atışma oldu və iki nəfər öldü. 13 iyul 2016-cı il tarixində isə Kalaşov həbs edildi.
Sükansız qaldılar
Şakronun adamları vəziyyətə nəzarət etmək üçün cəhdləri etdi. Ancaq zamanla aydın oldu ki, vəziyyəti dəyişmək mümkün olmayacaq və "qanuni oğru" azadlığa çox gec çıxacaq. Buna görə də Kalaşovun ən yaxın tərəfdarları Rusiyanı tərk etdilər. Onların arasında David Ozmanov (Dato Krasnodarski), Nodari Asoyan (Nodar Rustavski) və Şalva Ozmanov (Kuso) var idi. Həmçinin Şakroya yaxın qanqsterlər qrupu və ona maliyyə xidmətləri göstərən bir sıra şəxslər ölkədən tələsik getdilər. Daha əvvəl isə Kalaşovun əsas maliyyəçi Konstantin Manukyan qaçdı.

Rusiyanın oğru dünyasının yeni lideri kim olacaq? Bu suala hələlik birmənalı cavab yoxdur.
Rusiyanın kriminal aləm üzrə ixtisaslaşmış "Prime Crime" saytının redaktoru Viktoriya Gefter "Lenta.ru. saytına deyib ki, Şakronun klanı mövqeləri sürətlə əldən verdiyi üçün kriminal aləmin lideri statusunun bu dairədən olacağı artıq gözlənilmir. Bundan əvvəl həmin titulun slavyan qruplaşmaların lideri Yuri Piçuqinə veriləcəyi gözlənilirdi. Lakin Piçuqin özü də bu ilin fevralında həbs olunub.
Gözlənilən dəyişikliklər
Azadlıqda olan "qanuni oğrular" hələ ki, lider ambisiyalarını göstərmirlər. Amma hər şey bir neçə kriminal avtoritetin həbsxanadan çıxmasından sonra dəyişə bilər. Onlardan biri hazırda Azərbaycanda həbsdə olan Nadir Səlifovdur ("Lotu Quli"). O, uzunmüddətli cəzaya məhkum edilib. Cəzasının müddəti 2021-ci ildə bitir. Ancaq şaiyələrə görə, azərbaycanlı qanuni oğru həbsdən daha tez çıxa bilər.
"Lotu Qulinin azərbaycanlı "qanuni oğrular" arasında qeyd-şərtsiz lider olduğu etiraf edilir. Şübhəsiz, o, azadlığa çıxandan sonra oğru dünyasında əksəriyyət "Lotu Quli"nin ətrafında birləşəcək", - Viktoriya Gefter deyir.
Ekspertin fikrincə, Rusiyanın oğru taxtına iddiaçılar arasında 58 yaşlı Vladimir Tyurinin adını çəkməmək olmaz. Bundan başqa, Qefterin fikrincə, azadlıqda olan kriminal avtoritetlərdən yalnız biri Şakro Molodoyun yerinə iddia edə bilər. Bu, Suxumi qruplaşmasının başçısı Merab Canqveladzedir (Merab Suxumski). Apreldə onun İtaliyada ev həbsinin müddəti başa çatır. Bununla əlaqədar yaxın vaxtlarda onun böyük oğru dünyasına qayıdışı gözlənilir.

Mənbə: publika.az
Rusiyanın yeni kriminal kralı kim olacaq? - FOTOLARRusiyanın yeni kriminal kralı kim olacaq? - FOTOLARRusiyanın yeni kriminal kralı kim olacaq? - FOTOLARRusiyanın yeni kriminal kralı kim olacaq? - FOTOLARRusiyanın yeni kriminal kralı kim olacaq? - FOTOLARRusiyanın yeni kriminal kralı kim olacaq? - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 5259   Tarix: 19 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021