Ebola yenidən dünyanı qorxudur: Minlərlə insan risk altındadır
Konqo Demokratik Respublikası və Uqandada yayılan hazırkı Ebola epidemiyası miqyasına görə tarixdə ikinci ən böyük epidemiya hesab olunur.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Afrika Mərkəzinin baş direktoru Jan Kasseya bunu onlayn brifinq zamanı bildirib.
"Bu epidemiya elan ediləndə artıq 200-dən çox ehtimal olunan yoluxma halı vardı. Bu, yayılmanın çox böyük olduğunu göstərir. Miqyas baxımından bu, 2014-2015-ci illərdə Qərbi Afrikadakı epidemiyadan sonra dünyada ikinci ən böyük Ebola yayılmasıdır", - deyə Kasseya bildirib.
O vurğulayıb ki, vəziyyətə çox sürətli reaksiya vermək lazımdır. Xüsusilə də virusun bu ştammına qarşı nə vaksin, nə də xüsusi dərman mövcuddur.
Kasseyanın sözlərinə görə, epidemiyanın qarşısının alınması və cavab tədbirləri üçün hazırda təxminən 319 milyon dollar tələb olunur, lakin bu məbləğ arta bilər.
Qeyd olunub ki, Ebola epidemiyası mayın 15-də elan edilib. Xəstəlik ilk dəfə 2007-ci ildə Uqandada aşkarlanan "Ebola-Bundibuqyo" ştammı ilə əlaqəlidir. Ölüm faizi təxminən 30-50% arasında dəyişir.
Hazırda epidemiyanın episentri Konqonun Uqanda ilə sərhəddə yerləşən İturi əyaləti hesab olunur.
İlkin məlumatlara görə, indiyədək 745-ə yaxın yoluxma və 178 ölüm halı qeydə alınıb. Laborator şəkildə isə 85 yoluxma və 9 ölüm faktı təsdiqlənib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 392 Tarix: 24 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Erlinq Haalandın həmişə oyun günü yediyi ən sevimli yeməyi
Erlinq Haaland - ciddi nizamintizam və qidalanma- əlamətdar fiziki vəziyyəti ilə məşhur olan "Mançester Siti"nin ulduz hücumçusu. O, ən oyun günlərində yediyi sevimli yeməyinin adını çəkib. xarici mediaya istinadla saxlanılmasının hər səhər əmələ gəlməsi vərdişləri barədə məlumat verir. Erlin
27 avqustBahalı kremlərə ehtiyac yoxdur - Gözaltı qaralardan qurtulmağın sadə yolu
Gözaltı qaralmaları yorğun və solğun görünüşə səbəb ola bilər. Lakin bu problemin qarşısını almaq üçün mütləq bahalı kosmetik məhsullardan istifadə etmək lazım deyil. Evdə tətbiq edilə bilən sadə üsullardan biri 10 dəqiqə ərzində gözaltı nahiyəsinə soyuq kompres tətbiq etməkdir. xəbər verir ki, soyu
29 avqustToyda qayınana gözəlliyi ilə DİQQƏT ÇƏKDİ - VİDEO
Toy mərasimlərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, videoda müğənni Dana Durdana ilə birlikdə görüntülənən qayınananın gözəlliyi və görünüşü izləyicilərin diqqətini çəkib. Sosial şəbəkə istifadəçiləri onun gənc görünüşünü müzakirə edib, görüntülər
30 avqustAlkoqolun yuxuya təsiri ilə bağlı həqiqət: Həkimdən mühüm xəbərdarlıq
"Alkoqolun yuxuya getməyə kömək etməsi ilə bağlı deyilənlər əsassız deyil. Doğrudan da, spirtli içki təşvişi azaltdığı və əzələləri rahatlaşdırdığı üçün yuxuya getməyi asanlaşdıra bilər. Lakin bu zaman yuxunun ümumi strukturu pozulur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-psixiatr və narkolo
28 avqust"Selena"nın Nazlısı evlənir
"Selena" serialında Nazlı obrazı ilə tanınan aktrisa Dilara Kurtulmuş və Umutcan Ekmezin toy öncəsi xına gecəsi keçirilib. xarici mediaya istinadla xəbər verir ki, cütlüyün toy həyəcanı xına gecəsi ilə başlayıb. Ailə üzvləri və yaxın dostların iştirak etdiyi gecədə musiqi və rəqslə müşayiə
28 avqustDodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı
Dodaqların kənarlarında yaranan çatlar (anqulyar xeylit) orqanizmdəki bəzi problemlərdən xəbər verə bilər. Bu halın ən geniş yayılmış səbəblərindən biri dərinin və selikli qişaların bərpa olunma qabiliyyətini zəiflədən müəyyən vitamin və mineralların çatışmazlığıdır. xəbər verir ki, bu barədə -ya həkim-terapev
28 avqust