"Cəmiyyətin sülhə hazır olması diplomatik qələbənin arxasında dayanan ən böyük mənəvi gücdür" - AÇIQLAMA
Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın sülh gündəliyi beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsiplərinə, eyni zamanda dövlətlərin suverenliyinə əsaslanır:
"Azərbaycan xalqı və cəmiyyəti sülhə hazırdır. Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında sülh gündəliyi formalaşıb. Bu sülh gündəliyinin və bütövlükdə yeni geosiyasi reallıqların qəbul edilməsi asan başa gəlməyib. Bu, ilk növbədə, Azərbaycan dövlətinin İkinci Qarabağ müharibəsindən sonra, xüsusilə həyata keçirdiyi düşünülmüş xarici siyasət və diplomatiya nəticəsində əldə olunub".
"Azərbaycanın irəli sürdüyü və beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusilə də dövlət suverenliyi və ərazi bütövlüyü amilinə söykənən sülh gündəliyi, hazırda Cənubi Qafqazın yeni geosiyasi konfiqurasiyasının əsas daşıyıcı sütununa çevrilib", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Mətin Məmmədlinin də qeyd etdiyi kimi, bu reallıq öz-özünə formalaşmayıb, daha çox İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın tətbiq etdiyi sistemli, praqmatik və ardıcıl xarici siyasət strategiyasının məntiqi nəticəsidir. Rəsmi Bakının təklif etdiyi beş prinsip, sadəcə ikitərəfli münasibətlərin normallaşmasını deyil, həm də regionun uzunmüddətli sabitliyini, kommunikasiyaların açılmasını və iqtisadi inteqrasiyanı hədəfləyən daha geniş bir platformadır. Ermənistanın və digər beynəlxalq aktorların bu gündəliyi qəbul etməyə məcbur olması və ya buna meyllənməsi, Azərbaycanın diplomatik müstəvidə güc balansını öz xeyrinə dəyişməsinin və diktə edən tərəf kimi mövqeyini möhkəmləndirməsinin göstəricisidir. Dövlətlərarası münasibətlərdə sülhün ən davamlı forması reallıqları qəbul edən və qarşılıqlı maraqlara hörmət edən modeldir ki, Azərbaycan da məhz bu xətti yeridir. Bu yanaşma həm də o deməkdir ki, regional təhlükəsizlik və inkişaf artıq xarici qüvvələrin maraq dairəsindən çıxaraq, yerli aktorların, ilk növbədə Azərbaycanın müəyyən etdiyi və legitim hesab etdiyi hüquqi çərçivəyə daxil olub. Cəmiyyətin sülhə hazır olması isə bu diplomatik qələbənin arxasında dayanan ən böyük mənəvi gücdür və dövlətin yürütdüyü siyasətin daxili konsensusla dəstəkləndiyini təsdiqləyir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
9-cu sinif şagirdinin meyiti tapıldı
Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…
Bakıda hava kəskin dəyişir: "Əsrin qışı" gəlir - 47 ildir beləsi görünməmişdi
500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
Azərbaycanda terminallarla ÖDƏNİŞ QAYDASI DƏYİŞDİ
Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
Şərqə açılan yeni pəncərə: Azərbaycanın geosiyasi nüfuzu genişlənir - MƏQALƏ
Reuters: "Missuri məhkəməsi Bayer şirkətinin 7,25 milyard dollarlıq razılaşmasını təsdiqləyib"
Perunun And bölgəsində baş verən 6,8 bal gücündə zəlzələ Lima sakinlərini küçələrə çıxarıb
Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən üç Husi raketini vurduğunu bildirib
ƏHALİYƏ MÜJDƏ: Orta aylıq pensiya 56 manat artdı
Bu şəxslərin həyat yoldaşlarına 400 manat veriləcək
Sosial müavinət və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK