Tramp: Hörmüz boğazından keçidə görə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
Hörmüz boğazından gəmiçilik ABŞ və İran arasında atəşkəs dövründə və yekun razılaşma əldə edildikdən sonra ödənişsiz olacaq.
"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu "Truth Social" sosial şəbəkəsində yazıb.
"Atəşkəs dövründə rüsumlar olmayacaq və 60 günlük müddətdən sonra rüsumlar olmayacaq", - o bildirib.
Lakin Trampın sözlərinə görə, rüsumlar yalnız Vaşinqton tərəfindən və yalnız İranla yekun razılaşma pozulduğu təqdirdə ABŞ-nin maraqları naminə tətbiq edilə bilər.
"Rüsumlar, razılaşma tamamlanmadığı təqdirdə, Yaxın Şərq ölkələrinə qəyyum mələklər kimi göstərilən xidmətlərə görə, keçmiş, indiki və gələcək xərcləri ödəmək üçün ABŞ tərəfindən və onun xeyrinə tətbiq olunacaq", - o vurğulayıb.
Daha əvvəl bildirilib ki, İran anlaşma memorandumunun imzalanmasından sonra ABŞ ilə 60 günlük danışıqlar müddətində Hörmüz boğazından keçid üçün ödənişlərdən imtina edib.
Xatırladaq ki, İran və ABŞ iyunun 18-ə keçən gecə 28 fevralda başlayan hərbi münaqişəyə son qoymağı hədəfləyən anlaşma memorandumu imzalayıblar. Saziş münaqişəyə son qoymaq üçün yekun razılığa gəlmək üçün 60 gün ərzində danışıqların aparılmasını nəzərdə tutur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 407 Tarix: 21 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır
ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr
19 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrUkrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah
20 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabr