Yapon turistin canlı yayımına müdaxilə edən şəxs gündəm oldu - VİDEO
İstanbulda canlı yayım açan yapon bloger və yayımçı Nanatty gözlənilməz hadisə ilə üzləşib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, şəhər küçələrindən birində yayım etdiyi vaxt yaşlı bir kişi kameraya yaxınlaşaraq qəribə hərəkətlər etməyə başlayıb. Gözlənilməz vəziyyət qarşısında çaşqın qalan Nanatty həmin şəxsə necə reaksiya verəcəyini bilməyib.
Hadisə ətrafdakı insanların da diqqətini cəlb edib. Ərazidə fəaliyyət göstərən bəzi sahibkarlar və vətəndaşlar yaşlı kişinin davranışına etiraz edərək onu uzaqlaşdırmağa çalışıblar. Görüntülərdə şəxslərdən birinin həmin adama hücum etməyə cəhd göstərdiyi də əks olunub.
Hadisənin görüntüləri qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub. Faktla bağlı rəsmi açıqlama verilməyib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 581 Tarix: 23 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda hava kəskin dəyişir: "Əsrin qışı" gəlir - 47 ildir beləsi görünməmişdi
Bakıda havanın temperaturu enib, külək güclənib, yağışlı hava şəraiti müşahidə olunur. Ölkənin bir sıra bölgələrində də yağıntılar davam edir. Bu dəyişikliklər 2026-2027-ci illərin qışına dair proqnozların yenidən gündəmə gəlməsi ilə eyni vaxta təsadüf edir. Şimal qütbü üzərindəki qütb burulğanında rekor
22 noyabrToyda havaya atəş açıldı, yoldan keçən qadın yaralandı
Rusiyanın İnquşetiya Respublikasında toy mərasimi zamanı açılan atəş faciə ilə nəticələnib. Rusiya mediasına istinadən xəbər verir ki, Karabulak yaşayış məntəqəsində 23 yaşlı qadın küçədə gedərkən güllə yarası alıb. Şahidlər hadisə zamanı ərazidən keçən toy avtomobillərdən atəş səslərinin gəldiyini bildiriblər
29 noyabrBakıda stilist doğuşdan sonra vəfat etdi
Bakıda qadının doğuşdan sonra ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Belə ki, stilist kimi çalışan Fəzilə İskəndərova doğuşdan sonra həyatını itirib. Qeyd edək ki, o, 2025-ci ildə ailə həyatı qurub
28 noyabrMilli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə tədbirləri davam etdirilir. xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, idarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birg
22 noyabr