Qeyri-sağlam qidalanmanın diz oynağı və bud əzələlərinə mənfi təsiri aşkarlandı
Amerikalı alimlər müəyyən ediblər ki, kolbasa, sənaye istehsalı olan şirniyyatlar və energetik içkilərin müntəzəm istifadəsi bud əzələlərində yağ toplanmasını sürətləndirir və əzələ toxumasının keyfiyyətini pisləşdirir.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu "Radiology" jurnalında dərc olunub.
Qidalanmanın əzələ sağlamlığına təsiri məlum olsa da, əvvəlki tədqiqatlar əsasən zülal kimi faydalı maddələrə yönəlmişdi. Qeyri-sağlam qidaların zərərləri isə az öyrənilmişdi. Bu boşluğu doldurmaq üçün alimlər diz oynağı osteoartrozu riski yüksək olan 615 nəfərin məlumatlarını təhlil ediblər. Maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə bud əzələlərindəki yağın miqdarı ölçülüb və iştirakçıların rasionu ilə müqayisə edilib. Məlum olub ki, ultraemal olunmuş (sənaye üsulu ilə hazırlanmış) qidaları tez-tez istifadə edənlərdə əzələlərin yağlanma səviyyəsi daha yüksəkdir.
Maraqlıdır ki, bu mənfi təsir insanın ümumi kalori qəbulundan, yağlılıq dərəcəsindən, fiziki aktivliyindən və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq özünü büruzə verir.
Ultraemal olunmuş qidalara aşağıdakılar daxildir:
- Dondurulmuş pizza və hazır yeməklər.
- Şirin quru səhər yeməkləri və qablaşdırılmış qəlyanaltılar.
- Kolbasa məmulatları və qənnadı məhsulları.
- Qazlı və energetik içkilər.
Belə qidaların tərkibində çoxlu sayda əlavələr, süni aromatizatorlar və rəngləndiricilər olur. Tədqiqat rəhbərləri qeyd edirlər ki, son onilliklərdə insanların rasionunda təbii məhsulların yerini sənaye üsulu ilə emal edilmiş qidaların alması piylənmə və osteoartrozun yayılmasına birbaşa təkan verir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 618 Tarix: 24 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşında ürəkbulanma niyə yaranır? - SƏBƏB
Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkət xəstəliyi zamanı ürəkbulanma ilə yanaşı baş ağrısı, soyuq tər və halsızlıq da müşahid
30 avqustAlimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?
Astronomlar Yerdən 33 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyədək gizli qalan planet aşkar ediblər. Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib. xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri Mill
30 avqustPlastik tullantılardan peçenye hazırladılar
ABŞ-də Cənubi İllinoys Universitetinin (SIU) alimləri plastik və kənd təsərrüfatı tullantılarını qida məhsullarına çevirməyə imkan verən yeni sistem hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, Amerika Kimya Cəmiyyətinin təşkil etdiyi simpoziumda təqdim olunan araşdırmanın nəticəsi olan "µBites"
26 avqustHəkim yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətini açıqladı
Tanınmış rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətlərindən birini açıqlayıb. xəbər verir ki, mütəxəssis bu barədə "Rossiya 1" telekanalında danışıb. Həkim vurğulayıb ki, yaşlı qadınlar dəmir çatışmazlığı anemiyasına diqqət yetirməlidirlər
30 avqustKişiləri zəhərləyib öldürən 20 yaşlı qıza ÖMÜRLÜK CƏZA
Cənubi Koreyada birinci instansiya məhkəməsi seriyalı qatil kimi tanınan Kim So Yonu ömürlük azadlıqdan məhrum edib. xarici KİV-ə istinadla bildirir ki, 20 yaşlı qız iki kişini öldürməkdə və daha dörd nəfərin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinib. O, sakitləşdirici və yuxugətirici dərmanları
27 avqustGecikmiş səhər və şam yeməyi ürək-damar xəstəlikləri riskini artırır
Orqanizmin vəziyyəti insanın qəbul etdiyi qidadan birbaşa asılıdır. Məlum olub ki, qidalanma rejimi də sağlamlığa təsir göstərir. Səhər və şam yeməyinin gecikdirilməsi ürək-damar xəstəliklərinin inkişafı riskini artıra bilər. Xüsusilə yaşlı insanlar bu baxımdan risk qrupuna daxildirlər. xəbər verir ki
28 avqustİçinə bir dənə əlavə edin: Qatıq turşumayacaq
Evdə hazırlanan qatığın qısa müddətdə turşuması həm dadına, həm də istifadə müddətinə təsir edə bilər. Mayalama zamanı südün içinə bir ədəd noxud əlavə etmək qatığın bərk olmasına və turş dadın daha gec yaranmasına kömək edir. xəbər verir ki, metodun tətbiqi olduqca asandır. Süd qaynadıldıqdan sonr
29 avqust