NASA-dan 600 milyon dollarlıq yeni müqavilələr - Hədəf Aya çatmaqdır

NASA-dan 600 milyon dollarlıq yeni müqavilələr - Hədəf Aya çatmaqdırABŞ-ın NASA agentliyi Ay səthində daimi mövcudluq yaratmaq məqsədilə özəl kosmik şirkətlərə ayrılan maliyyə dəstəyini genişləndirib.

Qaynarinfo xəbər verir ki, qurum 2028-ci ilin sonlarında elmi avadanlıqları Ay səthinə çatdıracaq pilotsuz eniş aparatlarının hazırlanması üçün özəl sektora təxminən 600 milyon ABŞ dolları dəyərində yeni müqavilələr təqdim etdiyini açıqlayıb.

NASA qarşıdakı yeddi il ərzində Ay bazası layihəsinə ümumilikdə 20 milyard ABŞ dolları xərcləməyi planlaşdırır. Agentlik ötən ay da proqramın ilk pilotsuz missiyaları üçün təxminən 1 milyard ABŞ dolları həcmində maliyyə paketi elan etmişdi.

Son qərarlar NASA-nın kommersiya tərəfdaşlıqlarına əsaslanan strategiya çərçivəsində Ayda uzunmüddətli fəaliyyət göstərmək niyyətini bir daha nümayiş etdirir.

Yeni Ay eniş aparatı müqavilələrini Pensilvaniyada yerləşən "Astrobotic", Texas ştatında fəaliyyət göstərən "Firefly Aerospace" və "Intuitive Machines" şirkətləri qazanıblar.

Müqavilələr çərçivəsində "Firefly Aerospace" şirkətinə 144,2 milyon ABŞ dolları, "Intuitive Machines" şirkətinə isə 148,3 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.

2028-ci il missiyaları üçün iki əlavə eniş aparatının hazırlanmasına seçilən "Astrobotic" isə 297,9 milyon ABŞ dolları dəyərində yeni müqavilə əldə edib. Bununla da NASA-nın son altı ildə şirkətə Ay proqramları üzrə ayırdığı ümumi maliyyə dəstəyi 600 milyon ABŞ dollarını ötüb.

Bildirilib ki, şirkətlər tamamilə yeni eniş aparatları hazırlamır, əvvəllər sınaqdan keçirilmiş platformaların təkmilləşdirilmiş versiyaları üzərində işləyirlər.

NASA-nın rəhbəri Cared Ayzekman bildirib ki, agentliyin Kaliforniyadakı "Jet Propulsion Laboratory" mərkəzində yerləşən "Promise" adlı Mars tədqiqat robotunun sınaq nümunəsi Ayın cənub qütbündə resursların axtarışı üçün uyğunlaşdırıla bilər.

Onun sözlərinə görə, tamamilə yeni platforma hazırlamaq əvəzinə, mövcud platformaya müxtəlif elmi alətlər inteqrasiya etməklə daha qısa müddətdə nəticə əldə etmək planlaşdırılır.

Ayzekman həmçinin "Blue Origin" şirkətinin Ay proqramına da toxunub. O bildirib ki, şirkətin ötən ay mühərrik sınağı zamanı baş vermiş partlayış səbəbindən bu il planlaşdırılan pilotsuz Ay missiyasının böyük ehtimalla gələn ilə təxirə salınacağı gözlənilir.

NASA-nın Ay Bazası Proqramının rəhbəri Karlos Qarsiya-Qalan isə "Astrobotic" şirkətinə məxsus eniş aparatının hələ də bu il uçuş həyata keçirməsinin mümkün olduğunu bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 743   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021
.

Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu

Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ

16 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021
.

Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO

ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların

17 sentyabr 2021
.

"Məni ləyaqətsiz şəkildə öldürəcəklər" - "Taliban"ın axtardığı qadın - Video

"Taliban" hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda "Taliban" rejimindən gizlənən Taranom Seyidi "CNN"

16 sentyabr 2021
.

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis

15 sentyabr 2021
.

Broyler toyuqlarında da koronavirus aşkarlandı

Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb

16 sentyabr 2021