Texnoloji inkişaf, innovasiya və süni intellekt əsasında qurulan yeni dövlət modeli

Texnoloji inkişaf, innovasiya və süni intellekt əsasında qurulan yeni dövlət modeliXXI əsr dövlətlərin inkişaf fəlsəfəsini kökündən dəyişdirən yeni çağırışlar dövrüdür. Əgər ötən əsrdə ölkələrin gücü əsasən təbii sərvətlər, sənaye potensialı və hərbi imkanlarla ölçülürdüsə, bu gün həmin göstəricilər sırasında rəqəmsal texnologiyalar, innovasiya potensialı, süni intellekt imkanları, məlumat resurslarının idarə olunması və kibertəhlükəsizlik xüsusi yer tutur. Dünyada formalaşan yeni iqtisadi münasibətlər sistemi göstərir ki, rəqəmsal iqtisadiyyata vaxtında keçid edən ölkələr daha dayanıqlı inkişaf modeli qurur, investisiyalar üçün cəlbedici məkana çevrilir və qlobal rəqabətdə üstün mövqe qazanırlar.

Azərbaycan da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli inkişaf strategiyası çərçivəsində rəqəmsal transformasiyanı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Son illər ərzində həyata keçirilən islahatlar göstərir ki, ölkəmiz yalnız elektron xidmətlərin genişləndirilməsini deyil, bütövlükdə dövlət idarəçiliyinin yeni texnoloji əsaslar üzərində qurulmasını qarşıya məqsəd qoyub. Bu yanaşma iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə, şəffaf idarəetmənin təmin edilməsinə və Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə xidmət edir.

Bu strateji yanaşmanın yeni mərhələsi 2026-cı ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə müəyyən olundu. Müşavirədə rəqəmsallaşma, innovasiya, süni intellekt, kibertəhlükəsizlik və elektron hökumət sahəsində həyata keçiriləcək islahatların əsas istiqamətləri müəyyən edildi. Eyni zamanda dövlət qurumlarının fəaliyyətinin vahid strateji mərkəzdən əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması barədə qərar qəbul olundu.

Prezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" isə qarşıdakı illər üçün ölkənin rəqəmsal inkişaf strategiyasının əsas proqram sənədinə çevrildi. Fəaliyyət Planında dövlət idarəçiliyinin müasirləşdirilməsi, iqtisadiyyatın rəqəmsallaşdırılması, innovasiya ekosisteminin inkişafı, süni intellekt texnologiyalarının tətbiqi və milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsi kompleks şəkildə əks olunmuşdur.

Bu istiqamətdə mühüm hadisələrdən biri 2026-cı il iyunun 29-da keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası oldu. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən iclas faktiki olaraq ölkədə rəqəmsal transformasiya siyasətinin icrasına verilən yüksək siyasi dəstəyin növbəti ifadəsi idi.
İclas zamanı Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik və təhsil sistemində aparılan transformasiya geniş şəkildə müzakirə edildi.

Birinci vitse-prezident Mehriban Əliyeva çıxışında vurğuladı ki, qarşıdakı illərdə dövlət idarəçiliyində rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik əsas prioritet istiqamətlər olacaq. O qeyd etdi ki, bütün texnoloji qərarlar Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməli, rəqəmsal inkişaf ölkənin iqtisadi qüdrətinin və milli təhlükəsizliyinin möhkəmlənməsinə xidmət etməlidir.

Bu yanaşma Azərbaycanın rəqəmsal inkişaf strategiyasının əsas fəlsəfəsini əks etdirir. Məqsəd yalnız yeni proqram təminatı yaratmaq və ya elektron xidmətləri artırmaq deyil. Əsas məqsəd dövlət idarəçiliyinin daha çevik, şəffaf, səmərəli və vətəndaşyönümlü modelini formalaşdırmaqdır.
Bu baxımdan "mygov" platformasının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Son illər ərzində yüzlərlə dövlət xidməti vahid platformada birləşdirilir. Artıq vətəndaş müxtəlif dövlət qurumlarının ayrı-ayrı informasiya sistemlərinə daxil olmaq məcburiyyətində qalmır. Dövlət xidmətləri tədricən vahid rəqəmsal ekosistem üzərindən təqdim olunur.
Rəqəmsal transformasiyanın digər vacib istiqaməti proaktiv dövlət xidmətlərinin tətbiqidir. Artıq dövlət vətəndaşın müraciətini gözləmir. Mövcud dövlət informasiya sistemlərində olan məlumatlar əsasında xidmətlər avtomatik təqdim edilir.

Yaşa görə əmək pensiyasının avtomatik təyin olunması bunun ən uğurlu nümunələrindəndir. Yaxın perspektivdə uşağın doğulmasına görə birdəfəlik müavinətin, müxtəlif sosial ödənişlərin, sənədlərin yenilənməsi barədə bildirişlərin və digər xidmətlərin də proaktiv qaydada təqdim olunması nəzərdə tutulur. Bu isə tamamilə yeni dövlət idarəetmə modelidir.
Eyni zamanda "Yalnız bir dəfə" prinsipi də dövlət idarəçiliyində mühüm dəyişiklik yaradır. Vətəndaş eyni məlumatı müxtəlif dövlət qurumlarına dəfələrlə təqdim etməyəcək. Dövlət qurumları məlumat mübadiləsini öz informasiya sistemləri vasitəsilə həyata keçirəcəklər.

Bunun əsasında isə Milli Məlumat Hövzəsinin yaradılması dayanır. Milli Məlumat Hövzəsi dövlət məlumatlarının vahid standartlar əsasında toplanmasına, emal edilməsinə və təhlilinə imkan verəcək. Bu sistem gələcəkdə süni intellekt həllərinin tətbiqinin də əsasını təşkil edəcək.

Çünki müasir süni intellekt texnologiyalarının effektiv işləməsi üçün keyfiyyətli və etibarlı məlumat bazası əsas şərtdir. Bu baxımdan Fəaliyyət Planında süni intellekt ayrıca strateji istiqamət kimi müəyyən olunub. Artıq "mygov" platformasında fəaliyyət göstərən virtual köməkçi vətəndaşlara 24 saat fasiləsiz xidmət göstərir. Gələcək mərhələdə səhiyyə sistemində xəstəliklərin erkən diaqnostikası, təhsil sistemində fərdiləşdirilmiş tədris, gömrük sistemində risklərin avtomatik qiymətləndirilməsi, məhkəmə və hüquq-mühafizə sahəsində analitik alətlər, kənd təsərrüfatında məhsuldarlığın proqnozlaşdırılması kimi çoxsaylı süni intellekt layihələrinin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan yalnız hazır texnologiyaların istifadəçisi olmaqla kifayətlənmək niyyətində deyil. Milli hesablama gücünün yaradılması, yüksək məhsuldarlıqlı hesablama sistemlərinin qurulması və yerli süni intellekt modellərinin hazırlanması istiqamətində həyata keçirilən layihələr ölkənin texnoloji müstəqilliyini gücləndirəcək.
Eyni zamanda, innovativ həllərin təhlükəsiz və çevik şəkildə tətbiqini təmin etmək məqsədilə süni intellekt üzrə "Tənzimləyici test mühiti" yaradacaq və yeni texnologiyaların daha sürətli tətbiqinə imkan verəcək. İnnovasiya siyasəti də rəqəmsal inkişafın ayrılmaz hissəsidir. Azərbaycanda texnologiya şirkətləri üçün 20 illik vergi güzəştlərinin tətbiqi, yüksək ixtisaslı mütəxəssislər üçün gəlir vergisinin azaldılması, texnoloji avadanlıqların idxalına vergi güzəştlərinin verilməsinəciddi təkan verəcək. Bütün bunlar göstərir ki, dövlət artıq yalnız tənzimləyici deyil, həm də innovasiya proseslərinin fəal iştirakçısı kimi çıxış edir.

Dövlət satınalmalarında innovativ məhsullara üstünlük verilməsi, yerli startapların dövlət layihələrinə cəlb olunması və açıq məlumatlardan istifadə imkanlarının genişləndirilməsi də bu siyasətin mühüm elementlərindəndir. Rəqəmsal iqtisadiyyatın davamlı inkişafı isə etibarlı kibertəhlükəsizlik sistemi olmadan mümkün deyil. Son illər dünyada kibercinayətkarlığın sürətlə artması bütün dövlətlər kimi Azərbaycan üçün də yeni çağırışlar yaradır. Bu baxımdan Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması və Rəqəmsal Tədqiqat Mərkəzinin fəaliyyətə başlaması ölkənin kibermüdafiə sistemini tamamilə yeni mərhələyə çıxarır.

Kritik informasiya infrastrukturunun qorunması, dövlət informasiya sistemlərinin Hökumət Buluduna köçürülməsi, süni intellekt əsasında işləyən kibermüdafiə sistemlərinin tətbiqi və real vaxt rejimində milli kibertəhlükəsizlik platformasının yaradılması Azərbaycanın rəqəmsal təhlükəsizliyini daha da gücləndirəcək. Bütün bu layihələrin uğuru isə ilk növbədə insan kapitalından asılıdır. Məhz buna görə də təhsil sisteminin rəqəmsallaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Son illərdə məktəblərin internet infrastrukturu tam yenilənib, yüz minlərlə yeni kompüter istifadəyə verilib, "Rəqəmsal məktəb" platforması geniş tətbiq olunub. "STEAM Azərbaycan" və "Rəqəmsal bacarıqlar" layihələri artıq ölkənin gələcək mühəndislərinin, proqramçılarının, kibertəhlükəsizlik mütəxəssislərinin və süni intellekt tədqiqatçılarının yetişdirilməsinə xidmət edir. Elektron diplomlar, elektron attestatlar, rəqəmsal təhsil xidmətləri və süni intellekt əsaslı tədris sistemləri gələcəyin təhsil modelini formalaşdırır.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal inkişaf strategiyası yalnız bugünkü ehtiyacları deyil, növbəti onilliklərin inkişaf perspektivlərini də nəzərə alır. Məqsəd Azərbaycanı yalnız regionun deyil, Avrasiya məkanının qabaqcıl rəqəmsal dövlətlərindən birinə çevirmək, yüksək texnologiyalar əsasında dayanıqlı iqtisadi inkişafı təmin etmək və rəqəmsal suverenliyi möhkəmləndirməkdir.
Rəqəmsallaşma, innovasiya, süni intellekt, kibertəhlükəsizlik və insan kapitalının inkişafını vahid strateji xətt üzrə birləşdirən bu siyasət Azərbaycanın gələcək inkişaf modelini müəyyən edən ən mühüm dövlət proqramlarından biridir. Bu islahatların uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz müasir texnologiyaların istehlakçısından onların yaradıldığı, inkişaf etdirildiyi və ixrac edildiyi qabaqcıl innovasiya məkanına çevriləcək, milli iqtisadiyyatın rəqabət qabiliyyəti daha da yüksələcək və Azərbaycan qlobal rəqəmsal transformasiya prosesində layiqli yerini möhkəmləndirəcək.

Şahin Seyidzadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 436   Tarix: 06 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur"​. Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ​2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib

8 sentyabr
.

Azərbaycanda qızlar oxu savadlılığında oğlanları qabaqlayıblar

Azərbaycanda cinslərarası ən böyük fərq oxu savadlılığında qızların xeyrinə qeydə alınıb. Qızlar oğlanları 36 balla qabaqlayıblar. Buna baxmayaraq, qızların oxu nəticələri belə baza səviyyəsinin altındadır. xəbər verir ki, bu, PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

8 sentyabr
.

Nuranın oğlu Avropada təhsil alacaq

Müğənni Nura Suri kiçik oğlu Davidi Macarıstana yola salıb. Axşam.az xəbər verir ki, sənətçinin övladı Budapeştdə təhsil alacaq. Nura sosial şəbələdə paylaşım edərək "Oğlum David bu gündən yeni həyata addımlayır. Macarıstana təhsil almağa gedir. Yolun açıq olsun. Allah səni qorusun" sözlərin

9 sentyabr
.

Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:. Media və Yayım Şurasının sədri

8 sentyabr
.

Bu ərazi üzrə PENSİYALAR VERİLDİ

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının pensiya ödənişi başa çatdırılıb. Bu barədə -a ƏƏSMN-dən məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankları

8 sentyabr
.

PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB

"PISA 2025 nəticələrinə əsasən, Bakı iqtisadi rayonu riyazi savadlılıq üzrə 460 bal, təbiət elmləri üzrə 440 bal, oxu savadlılığı üzrə isə 405 bal toplayıb. Bu göstəricilər iqtisadi rayonlar arasında müvafiq olaraq riyazi və oxu savadlılığı üzrə ən yüksək nəticələr sırasındadır". xəbər veri

8 sentyabr
.

Bakıda riyazi savadlılıq üzrə 40 bal artım qeydə alınıb

"Bakı üzrə PISA nəticələri 2018-ci illə müqayisədə orta hesabla 35 bal yüksəlib. Riyazi savadlılıq üzrə nəticə 420 baldan 460 bala, təbiət elmləri üzrə 398 baldan 440 bala, oxu savadlılığı üzrə isə 389 baldan 405 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs

8 sentyabr
.

"Şəki yaylası"nda faciə - 2 nəfər öldü

Şəkiyə istirahətə gedən iki nəfər faciəvi şəkildə ölüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün Şəki rayonundakı istirahət mərkəzlərinin birində baş verib. Belə ki, Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu hündürlükdən yıxılaraq həla

8 sentyabr
.

Təcili yardım maşınını telefonla izləmək mümkün ola bilər - RƏSMİ

Gələcəkdə təcili tibbi yardım çağıran şəxslərin briqadanın hərəkətini mobil telefon vasitəsilə izləməsi mümkün ola bilər. TƏBİB-dən -in sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi çərçivəsində çağırışların operativ idarə olunması, briqadaların koordinasiyası

8 sentyabr